Qlobal iqtisadiyyatın ABŞ-dakı tənəzzülə görə kiçiləcələcəyi proqnozlaşdırılır.
GDP “The Economist”ə istinadla xəbər verir ki, analitiklərin fikrincə, ABŞ tənəzzüllə üzləşərsə, qlobal iqtisadiyyat ən azı 5-6% kiçiləcək. Eyni zamanda, dövlət borcu, inflyasiya və işsizliklə bağlı vəziyyətə görə bir neçə ildir ki, tənəzzül ehtimalı artır.
İyul ayında The Goldman Sachs Group, Inc. gələn il tənəzzül şansını 15%-dən 25%-ə qaldırıb. Bildirilir ki, vəziyyət hələ də “ümumiyyətlə normal” görünür, lakin ABŞ Federal Ehtiyat Sistemi (FED) təcili tədbirlər görməsə, qlobal iqtisadiyyat uçurumun astanasında olacaq.