ABŞ hökuməti Özbəkistanla ölkənin mühüm faydalı qazıntılarına daha yaxşı çıxışı təmin etməyə yönəlmiş saziş imzalayıb.
GDP bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.
Sənəd ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyası (DFC) tərəfindən hazırlanıb və iki ölkə arasında strateji əməkdaşlığın inkişafına yönəlmiş Birgə İnvestisiya Proqramının yaradılmasını nəzərdə tutur.
Qeyd olunur ki, saziş kritik əhəmiyyətli minerallarla bağlı fəaliyyətin bütün mərhələlərini – geoloji kəşfiyyatdan və hasilatdan tutmuş emala qədər – əhatə edir. Bundan əlavə, mineral ehtiyatlar və infrastruktur sahəsində gələcək layihələrlə məşğul olacaq ABŞ–Özbəkistan birgə investisiya holdinq şirkətinin yaradılması planlaşdırılır.
Agentliyin məlumatına görə, regionun ən böyük iqtisadiyyatlarından biri olan və əhalisi təxminən 40 milyon nəfər təşkil edən Özbəkistan qızıl, uran və misin əhəmiyyətli ehtiyatlarına, həmçinin müasir texnologiyaların əsasını təşkil edən litium və

