Author: Aynure Gdp

S&P500 indeksi 1,9% azaldı, Nasdaq Composite isə həftə ərzində 2,34% gerilədi ki, bu da noyabrdan bəri ən böyük enişdir. Russell 2000 indeksi korreksiya zonasına daxil oldu. Fed-in dekabr iclası göstərdi ki, rəsmilər inflyasiyanın 2%-lik hədəfə doğru azalacağını gözləyirlər, lakin bu prosesin daha uzun çəkə biləcəyini vurğuladılar. Dekabr ayı üzrə məşğulluq hesabatı 256 min yeni iş yeri açıldığını göstərdi, bu isə proqnozlaşdırılan 155 mindən yuxarıdır. İllik əməkhaqqı artımı 3,9% təşkil edərək, əmək bazarının dayanıqlılığını nümayiş etdirdi. 10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi 4,73%-ə yüksələrək 2023-cü ilin oktyabr səviyyələrinə yaxınlaşdı. Avropa Almaniyada dekabr inflyasiyası 2,9%-ə çatıb ki, bu da gözləntilərdən yuxarıdır və…

Read More

Ötən il “PAŞA Kapital” İnvestisiya Şirkəti 26 milyard 834 milyon 695 min manatlıq əməliyyat həcmi və 6966 əməliyyat sayı ilə investisiya şirkətləri reytinqində 2-ci yeri tutub. GDP Bakı Ford Birasında ticarət olunan qiymətli kağız seqmentləri üzrə “PAŞA Kapital” İnvestisiya Şirkətinin ticarət həcmini və bazar payı barədə geniş məlumatı təqdim edir. 2023-cü ildə PAŞA Kapitalın ARMB qiymətli kağızları üzrə əməliyyat həcmi 2 milyar 211 milyon 775,965 min manat təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 361 milyon 245,650 min manata enərək -850,530,315 manat olub ki, bu da -38.45% azalma deməkdir. Bazar payı baxımından, 2023-cü ildə 10.83% olan göstərici 2024-cü ildə…

Read More

ABB İnvestin 2024-cü il üzrə bütün qiymətli kağız seqmentlərindəki ticarət nəticələrinin 2023-cü il ilə müqayisəsinə nəzər saldıqda, bəzi seqmentlərdə artım, digərlərində isə azalma müşahidə olunur. ARMB qiymətli kağızları:2023-cü ildə əməliyyat həcmi 224 milyon 116,083 min manat təşkil edib, 2024-cü ildə bu rəqəm 105 milyon 516,394 min manata manata düşüb. Bu, 118,599,689 manat və ya 52.92% azalma deməkdir. Bazar payı isə 2023-cü ildə 1.10%, 2024-cü ildə isə 0.10% olub ki, bu da -1.00% azalmasının göstəricisidir. Dövlət istiqrazları:2023-cü ildə əməliyyat həcmi 1 milyard 488,087,536 manat təşkil edib, 2024-cü ildə bu rəqəm 1,871,137,867 manata yüksəlib. Bu, 383 milyon 050,331 min manat və ya 25.74% artım deməkdir. Bazar payı isə 2023-cü ildə 7.29%, 2024-cü ildə isə 1.78% və ya -5.51% azalıb. Korporativ…

Read More

Microsoft şirkəti cümə günü dərc etdiyi bloq yazısında 2025-ci maliyyə ilində süni intellekt iş yüklərini idarə edə biləcək məlumat mərkəzlərinin tikintisinə 80 milyard dollar xərcləyəcəyini açıqlayıb. Microsoft-un vitse-sədri və prezidenti Bred Smitin sözlərinə görə, gözlənilən süni intellekt infrastrukturuna xərclərin yarıdan çoxu ABŞ-da həyata keçiriləcək. Microsoft-un 2025-ci maliyyə ili iyun ayında başa çatır. “Bu gün Amerika Birləşmiş Ştatları özəl kapital sərmayələri və müxtəlif ölçülü Amerika şirkətlərinin – dinamik startaplardan tutmuş köklü müəssisələrə qədər – innovasiyaları sayəsində qlobal süni intellekt yarışına rəhbərlik edir. Biz Microsoft olaraq bunu OpenAI ilə əməkdaşlığımız, Anthropic və xAI kimi inkişaf edən şirkətlər və öz süni intellektə əsaslanan…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib. GDP xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu. AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Read More

SOCAR 15 yanvar 2025-ci il tarixindən “Yaşıl istiqraz”ların buraxılışına başlayır. 200 milyon ABŞ dolları həcmində buraxılacaq istiqrazların nominal dəyəri 1000 dollar, illik gəlirliyi 6% olacaq. GDP xəbər verir ki, 5 illik müddətə buraxılan istiqrazların kupon ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlardan toplanan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan enerji layihələrinə yönəldiləcək. İstiqrazların anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkətidir. “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazları 28 fevral 2025-ci ilədək 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən və investisiya şirkətlərindən əldə etmək mümkündür. Ətraflı məlumat üçün: 1999 (çağrı mərkəzi), socaristiqraz.az və socarcapital.az

Read More

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. GDP xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

Read More

Məlum qəzadan sonra baş verən və yaxud da baş verməli olan kommunikasiya addımlarını nəzərə alaraq daha ərtaflı fikir bölüşməyə ehtiyac olduğunu düşünürəm. Təbii ki, bunda AZAL-ın böhran kommunikasiyasına hazır olmamağının hiss edilməməsi ilə bağlı olan öncəki paylaşımımın da təsiri var. Ətraflı və bölmələr üzərində olacaq məqalənin kimlər üçün isə uzun olma ehtimalı ola bilər, əvvəlcədən nəzərə almağınızı xahiş edirəm. Beləliklə, bu məqalədə oxuyacaqsınız: 1. Mətbuat xidməti və PR-ın fərqi AZAL-ın timsalında;2. Böhran kommunikasiyası nədir və AZAL-ın etməli olduqları;3. Həmkarı düzgün müdafiə etmə yolları;4. İmic reputasiyası: AZAL əməkdaşları, AZAL, dövlət – Ölkə başçısının addımı. Çalışacağam ki, bu bəndlərin üzərindən mümkün olduğu…

Read More