Close Menu
    What's Hot

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026
    Trending
    • Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
    • Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
    • TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
    • İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
    • “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
    • “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    • Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026
      Recent

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026

      TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

      12 İyun 2026

      Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

      11 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026
      Recent

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026

      “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

      12 İyun 2026

      Azərbaycanda yeni neft emalı zavodu tikiləcək – BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

      11 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Qlobal Maliyyə Bazarlarının Həftəlik İcmalı -Investor Club təqdim edir
    Birja

    Qlobal Maliyyə Bazarlarının Həftəlik İcmalı -Investor Club təqdim edir

    12 Yanvar 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    S&P500 indeksi 1,9% azaldı, Nasdaq Composite isə həftə ərzində 2,34% gerilədi ki, bu da noyabrdan bəri ən böyük enişdir. 

    Russell 2000 indeksi korreksiya zonasına daxil oldu. Fed-in dekabr iclası göstərdi ki, rəsmilər inflyasiyanın 2%-lik hədəfə doğru azalacağını gözləyirlər, lakin bu prosesin daha uzun çəkə biləcəyini vurğuladılar.

    Dekabr ayı üzrə məşğulluq hesabatı 256 min yeni iş yeri açıldığını göstərdi, bu isə proqnozlaşdırılan 155 mindən yuxarıdır. İllik əməkhaqqı artımı 3,9% təşkil edərək, əmək bazarının dayanıqlılığını nümayiş etdirdi.

    10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi 4,73%-ə yüksələrək 2023-cü ilin oktyabr səviyyələrinə yaxınlaşdı.

    Avropa

    Almaniyada dekabr inflyasiyası 2,9%-ə çatıb ki, bu da gözləntilərdən yuxarıdır və noyabrda qeydə alınan 2,4%-dən çoxdur. Bahalaşmaya əsas səbəb enerji və ərzaq qiymətlərinin artmasıdır. Oxşar tendensiya İspaniyada da müşahidə edildi, burada inflyasiya 2,8%-ə çatdı.

    Bu göstəricilər, Avropa Mərkəzi Bankının (AMB) daha əvvəl bəzi rəsmilər tərəfindən irəli sürülən kəskin faiz endirimləri ehtimallarını zəiflətdi.

    Almaniyanın sənaye istehsalı noyabrda 1,5% artaraq 0,5%-lik proqnozu üstələdi. Bununla belə, ölkə, qismən rüsumlarla bağlı risklərə görə, ardıcıl ikinci illik ÜDM azalmasına doğru irəliləyir.

    Yaponiya

    Yaponiyanın Nikkei 225 indeksi 1,8%, TOPIX isə 2,5% azaldı. Yaponiya Mərkəzi Bankının (BoJ) növbəti faiz artımı ilə bağlı ehtimallar müzakirə olunmağa davam etdi. ABŞ-Yaponiya faiz dərəcələri fərqi fonunda yen dollar qarşısında 158,1 səviyyəsinə qədər ucuzlaşdı. 10 illik Yaponiya dövlət istiqrazlarının gəlirliliyi 1,19%-ə yüksələrək 2011-ci ildən bəri ən yüksək həddə çatdı.

    Çin

    Çin birjaları, böyük fond menecerlərindən bazarlardakı gərginliyi azaltmaq üçün aksiyaları məhdud satmağı xahiş etdi. ABŞ rüsumlarına dair qorxular səbəbindən aksiyalar ucuzlaşdı. Şanxay Kompozit indeksi 1,34%, Hang Seng 3,52% gerilədi.

    Dekabr inflyasiya göstəriciləri 0,1% artım nümayiş etdirdi ki, bu da davam edən deflyasiya narahatlıqlarına işarədir. İstehsalçı qiymət indeksi (PPI) 2,3% azaldı və artıq 27-ci ay ardıcıl olaraq fabrik qiymətlərində deflyasiya qeydə alınır. Çin Xalq Bankı tələbi artırmaq üçün yumşaq monetar siyasətlər tətbiq edəcəyinə söz verdi.

    Neft 

    ABŞ Rusiya neft sənayesinə qarşı genişmiqyaslı sanksiyalar elan etməsi səbəbindən neft qiymətləri kəskin artdı. Brent markalı neft 2,84 dollar (3,69%) bahalaşaraq barreli 79,76 dollara, ABŞ xam nefti isə 2,65 dollar (3,58%) yüksələrək barreli 76,57 dollara çatdı. Hər iki göstərici oktyabrdan bəri ən yüksək səviyyədə bağlandı. Sanksiyalar “Gazprom Neft” və “Surgutneftegas” şirkətlərini, onların törəmə müəssisələrini, 180-dən çox tankeri, eləcə də bir neçə Rusiya enerji rəsmisini və rəhbərini hədəf alır.

    Avropada əsas təbii qaz qiymət göstəricisi sayılan Dutch TTF-in qiyməti, Ukrayna üzərindən Avropaya Rusiya qazının nəqlinin dayandırılması səbəbindən, 4%-dən çox artaraq meqavatt-saatı 51 avroya yüksəldi və 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatdı.

    Regionun şimalında hökm sürən sərt soyuqlar qiymətləri daha da artırdı. Son həftələrdəki xüsusilə soyuq hava nəticəsində Avropanın qaz ehtiyatları təxminən 75%-ə düşərək 2021-ci ildən bəri ən sürətli azalma tempini göstərdi.

    Sentyabrın sonunda – yəni ehtiyatların bərpası mövsümü başa çatdıqdan sonra – dekabrın ortalarınadək bloka daxil olan anbarlardakı qaz həcmi təxminən 19% azalıb.

    Həftəlik İcmal Investor Club tərəfindən hazırlanıb

    https://investorclub.pro

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

    11 İyun 2026

    Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

    02 İyun 2026

    “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

    02 İyun 2026

    Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

    01 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.