- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
Author: Aynure Gdp
Mərkəzi Bank Faiz dəhlizinin parametrləri haqqında məlumat yayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. (Xatırladaq ki, 2025-ci ilin ilk iclasında, 22 Yanvar 2025-ci il tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanmışdı. Əlavə edək ki, ardıcıl 7-ci iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır) Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili…
Trampın tarif müharibəsi polad və alüminium bazarlarına zərbə vurur. Prezident Donald Trampın polad və alüminium idxalına yeni tarifləri qüvvəyə minib. GDP xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosunun yayımladığı məlumata görə, bu addım onun ticarət müharibələrini ABŞ-ın əsas ticarət tərəfdaşlarına yaydı, onilliklər ərzində xarici rəqiblərə keçmiş sənaye bazasını dirçəltmək üçün riskli bir cəhd oldu. ABŞ Siyahıyaalma Bürosunun məlumatlarına əsasən təqdim olunan cədvəl, ölkələr üzrə polad və alüminium idxalının həcmini göstərir. Polad seqmentində Kanada 11.2 milyard dollar idxalla birinci, Meksika 6.5 milyard dollar idxalla ikinci, Braziliya və Çin hərəsi 5.2 milyard dollar idxalla üçüncü yerdə qərarlaşıb. Daha sonra Tayvan (3.8 milyard dollar),…
Kanada hökuməti dollar istiqrazlarının satışı üçün rəsmi ərizə təqdim etdiyini açıqlayıb. Satılacaq istiqrazların dəqiq həcmi barədə məlumat verilməsə də, Kanadanın hazırda 350 milyard dollar dəyərində Amerika qiymətli kağızlarına sahib olduğu və dünyada beşinci ən böyük ABŞ istiqrazları saxlayıcısı olduğu bildirilir. Kanadanın yeni təyin olunmuş Baş naziri Mark Karni vəziyyətlə bağlı sərt açıqlamalar verib. Onun sözlərinə görə, “Amerikalılar bizim resurslarımızı, suyumuzu, torpağımızı, ölkəmizi istəyirlər” və uğurlu olduqları təqdirdə “onlar bizim həyat tərzimizi məhv edəcəklər”. Karni, ABŞ-a xəbərdarlıq edərək, “əlcəklər atıldığında” Kanadanın həmişə hazır olduğunu və Amerikanın “səhv etməməli” olduğunu vurğulayıb. Baş nazir həmçinin qeyd edib ki, həm ticarətdə, həm də hokkeyda…
“Azər-Türk Bank”ın İdarə Heyətinin üzvlərindən biri olan İslam Musayev vəzifəsindən ayrılıb. GDP xəbər verir ki,bu dəyişiklikdən sonra bankın İdarə Heyətinin üzvlərinin sayı dördən üçə düşüb. Hazırda “Azər-Türk Bank”ın İdarə Heyətinə Orxan Hüseynov sədrlik edir. İdarə Heyətinin digər üzvləri isə Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərovdur. Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb və bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edir. Prezident İlham Əliyevin Bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanına əsasən, kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı barədə press-reliz 12 mart 2025-ci il tarixində, saat 11:00-da ictimaiyyətə təqdim olunacaq. Maliyyə bazarları və iqtisadi subyektlər tərəfindən gözlənilən bu qərar, ölkənin monetar siyasətində növbəti addımları müəyyən edəcək. Mərkəzi Bankın qərarı inflyasiya hədəfləri, iqtisadi artım və maliyyə sabitliyinə təsir göstərəcək əsas amillərdən biri hesab olunur.
Maliyyə bazarları 2022-ci ildən bəri ən böyük çöküşü yaşayır GDP xəbər verir ki, 20 fevraldan etibarən S&P 500 indeksi 4,5 trilyon dollar bazar dəyərini itirib, ABŞ-ın texnologiya sektoru isə cəmi bir gün ərzində 1 trilyon dollar dəyərsizləşib. Bazarın sərt enişinə səbəb, Donald Trampın mümkün iqtisadi tənəzzüllə bağlı bəyanatları olub. Bütün bu itkilərin fonunda yeganə qazanan şəxs – Uorren Baffetdir. Onun Berkshire Hathaway investisiya şirkəti ehtiyatlı və uzunmüddətli strategiyası sayəsində enişdən təsirlənməyib və əksinə, dəyər qazanıb. Kriptovalyuta bazarı da ciddi zərbə alıb. Son üç ayda ümumi dəyəri 1,3 trilyon dollar azalan kriptosektor, investorlar üçün riskli zona olaraq qalır. Maliyyə analitikləri bildirirlər ki, bazarın gələcək trayektoriyası FED-in faiz dərəcələri ilə bağlı qərarlarından və…
ABŞ-ın aparıcı bankları steýblkoin “qızıl hərisliyi” fonunda öz tokenlərini buraxmağa başlayırlar. GDP xəbər verir ki,onlar, rəqəmsal valyutalar hesabına radikal şəkildə dəyişəcək transsərhəd ödənişlər bazarının bir hissəsini ələ keçirmək niyyətindədirlər. Keçən ay Bank of America öz rəqəmsal pul vahidini buraxmağa hazır olduğunu açıqladı. Artıq Standard Chartered, PayPal, Revolut və Stripe da kriptovalyuta sektoruna daxil olub. Onlar, Tether və Circle kriptovalyuta qruplarının dominant olduğu bazara istiqamətləniblər.
Avropa İttifaqında banklar müdafiə sənayesini kreditləşdirmək istəmirlər və onu pornoqrafiya ilə eyni kateqoriyaya aid edirlər. GDP -nin məlumatına görə Bloomberg yazır ki, Avropanın müdafiə sənayesi rəhbərləri, siyasətçilər və bankirlər ESG tələblərinin təcili olaraq yenidən nəzərdən keçirilməsinə çağırırlar ki, banklar silah istehsalçılarına və hərbi podratçılara daha tez maliyyə ayıra bilsinlər. Silah istehsalçıları “günah səhmləri” (sin stocks) kimi qiymətləndirilir. Alpine Eagle şirkətinin qurucusu – pilotsuz uçuş aparatlarının tutulması üçün texnologiyalarla məşğul olan bir iş adamı – şikayətlənir ki, Avropa bankları ona anketlər göndərir və orada ondan təsdiqləməsini istəyirlər ki, onun biznesi non-ESGkateqoriyasına aid edilmir. Bu kateqoriyada isə müdafiə sənayesi pornoqrafiya ilə eyni səbətə qoyulur. Onun sözlərinə görə, banklar…
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 2025-ci il martın 12-də keçiriləcək növbəti faiz qərarı ictimaiyyətin diqqət mərkəzindədir. Əvvəlki qərarlarda uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində saxlanılıb. Son rəsmi qərarda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 8.25% səviyyəsində dəyişməz saxlamışdır. Bu qərarın əsaslandırılması faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda (4±2%) olması, qlobal iqtisadi vəziyyət və ölkədaxili makroiqtisadi tendensiyalar nəzərə alınmaqla verilmişdir. 2025-ci ilin yanvar ayına dair ən son məlumatlar inflyasiya təzyiqlərinin davam etdiyini göstərir. Belə ki, yanvar ayında illik istehlak qiymətləri indeksi 5.4% artım nümayiş etdirib.…
2024-cü il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 milyard manat təşkil edib ki, bu da ölkə ÜDM-nin 6 mislinə bərabərdir. Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) “Rəqəmsal Ödənişlər İcmalı”nda məlumat verilir. İcmalda qeyd olunur ki, gündəlik ödənişlərin həyata keçirilməsində əsas ödəniş aləti kimi debet və kredit kartlarından istifadə genişlənib. Bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% artaraq 78.9 milyard manata çatıb.
