Author: Aynure Gdp

İdman malları istehsalçısı olan Amerika şirkəti Nike Inc. ikinci maliyyə rübündə xalis mənfəətini dörddə bir qədər, gəlirlərini isə 8% azaldıb, lakin hər iki göstərici bazar proqnozlarını üstələyib. GDP xəbər verir ki, Nike-ın mətbuat açıqlamasında bildirilir ki, 30 noyabrda başa çatan rüb üzrə xalis mənfəət 1,16 milyard dollar və ya bir səhm üzrə 78 sent təşkil edib ki, bu da əvvəlki maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 1,58 milyard dollar və ya bir səhm üzrə 1,03 dollar azalma deməkdir. Şirkətin rüblük gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 13,4 milyard dollardan 12,4 milyard dollara düşüb. FactSet-in sorğu etdiyi ekspertlər Nike-ın xalis…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankı Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı təsdiq edib. GDP xəbər verir ki, bu Konsepsiya maliyyə sektorunda beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və sistem riskinin minimallaşdırılmasına xidmət edəcək. Yeni Konsepsiya çərçivəsində ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlı nəzarət yanaşması tətbiq ediləcək. Bu sistem maliyyə qurumlarının fəaliyyətində risklərin erkən aşkarlanması və qiymətləndirilməsi, həmçinin risklərə uyğun preventiv nəzarət rejiminin tətbiqini nəzərdə tutur. Sənəddə risk əsaslı nəzarətin təşkilati strukturu və Nəzarət Komitəsinin funksiyaları da müəyyənləşdirilib. Komitə nəzarət təlimatlarının təsdiqi, nəzarət…

Read More

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb. Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib. Bu səbəbdən Qafar Dəmirçi və işçiləri barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar istintaq təcridxanasından sərbəst buraxılıblar. Qeyd edək ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi. İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs…

Read More

Tesla-nın bazar dəyəri 1,4 trilyon dollara yüksələrək dünyanın 40 ən iri avtomobil istehsalçısının ümumi dəyərini geridə qoyub. GDP xəbər verir ki, bu, elektrik avtomobillərinin populyarlığının artması və Tesla-nın bazardakı dominant mövqeyi ilə əlaqələndirilir. Müqayisə üçün qeyd edək ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazandığı ərəfədə Tesla-nın bazar dəyəri cəmi 770 milyon dollar idi. Hazırda şirkət elektrik avtomobil sənayesində lider mövqeyini qorumaqla yanaşı, dünya miqyasında avtomobil istehsalçıları arasında ən yüksək bazar dəyərinə malikdir. Tesla-nın sürətli inkişafı və uğurlu strategiyası şirkətin qiymətləndirilməsinə mühüm təsir göstərib və onu avtomobil sənayesində inqilabi dəyişikliklərin simvoluna çevirib.

Read More

Kapital Bank aktivlərini maksimum dərəcədə effektiv idarə etməyə çalışır və uzunmüddətli daşınmaz əmlaka sərmayə qoymaqdan uzaq durmağa üstünlük verir.  GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Emin Məmmədov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Emin Məmmədov bildirib ki, Kapital Bank, əsasən, fəaliyyət göstərdiyi filialları icarəyə götürməyə maraq göstərir. “Zamanın tələbinə uyğun olaraq, bu aktivlərdən rahatlıqla çıxa bilmək üçün daha çox icarə strategiyasına üstünlük veririk. Çünki aktivləri satın aldıqda bu, uzunmüddətli investisiya hesab olunur,” – deyə o qeyd edib. Məmmədov əlavə edib ki, Kapital Bank Port Baku 2-ni…

Read More

Ötən il “Kapital Bank”ın inzibati xərclərində artım müşahidə olunub.  GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Emin Məmmədov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Emin Məmmədov qeyd edib ki, xərclərin artmasının əsas səbəbi uzunmüddətli investisiyaların həyata keçirilməsidir. Müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştərilərə daha keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə bank tərəfindən müxtəlif layihələrə vəsait ayrılıb. Bundan əlavə, loyallıq proqramlarının icrası çərçivəsində müştərilərə millər, ikiqat ƏDV və kəşbək şəklində təxminən 65 milyon manat dəyərində vəsait geri qaytarılıb. Bu addımlar, bankın müştəri məmnuniyyətini artırmaq istiqamətindəki strateji hədəflərini əks etdirir.

Read More

“Kapital Bank” müştərilərinə kredit tarixçəsinə və risk profilinə uyğun olaraq individual faiz dərəcəsi tətbiq edir.  GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Fərid Hüseynovun sözlərinə görə, müştərilərin əvvəlki kreditlərini vaxtında və keyfiyyətli şəkildə qaytarması onların növbəti kreditlərində daha aşağı faiz dərəcəsi ilə təmin olunmasına səbəb olur. Bu yanaşma bankın müştəri məmnuniyyətini artırmaq və fərdiləşdirilmiş həllər təqdim etmək strategiyasını əks etdirir.

Read More

Kapital Bank bazar strategiyası və müştərilərinə təklif etdiyi xidmətlərdə balanslı yanaşması ilə seçilir. Kapital Bank bahalı bank deyil və müştərilər üçün daha əlverişli şərtlər yaratmağa çalışır.  GDP xəbər verir ki, Fərid Hüseynov bu fikirləri 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında səsləndirib. Hüseynov əlavə edib ki, bank bazar payının dəyişməsini və rəqib bankların kredit siyasətini davamlı olaraq izləyir. Kapital Bank bazarın orta mövqeyində qərar tutmağa çalışsa da, xüsusi seqmentlərdə müştərilərinə daha cəlbedici təkliflər təqdim edir. Məsələn, Kapital Bankdan təqaüd alan təqaüdçülər üçün kredit faizləri nisbətən aşağı səviyyədədir. Hüseynovun sözlərinə görə, bu, sosial məsuliyyətin bir hissəsi…

Read More

Kapital Bank 2024-cü ildə kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş fəaliyyətini genişləndirərək mühüm yeniliklər həyata keçirib. Bankın məlumatına görə, bu il təqdim olunan bütün qarantiya portfeli 100%-lik həcmdə rəqəmsal formada təqdim olunub ki, bu da müştərilər və bank üçün böyük bir nailiyyətdir. GDP xəbər verir ki, “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında bildirib ki, bank artıq yalnız mikro sahibkarlara deyil, orta biznes subyektlərinə də xüsusi diqqət yetirir.  O əlavə edib ki, orta biznes subyektləri olan müştərilər 300 min manata qədər olan kreditləri bir gün…

Read More