Author: Aynure Gdp

Kapital Bank 2024-cü ildə korporativ bankçılıq istiqamətində daha çox biznes sahəsinə diqqət ayırıb. Bankın çox aktiv 200 min müştərisindən 140 mini BirBank Biznes mobil tətbiqindən istifadə edir, onlardan 100 mindən artıq hissəsi mikro sahibkarlardır.  GDP xəbər verir ki, “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında bu məlumatları açıqlayıb. Mikro sahibkarlar əsas hədəf qrupuna çevrilib. Hesabların tam onlayn açılması, mobil POS üçün müraciətlərin artımı, rəqəmsal kreditlərin əldə edilməsi mikro sahibkarlar üçün daha əlçatan edilib. Kapital Bank mikro sahibkarlara verdiyi kreditlərin 80%-ni tam rəqəmsal formada BirBank…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədini təsdiqləyib.  GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, sənəd beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur. Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub. Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər…

Read More

Kapital Bank 2025-ci ilin ilk rübündən etibarən brendini Birbank adı altında tamamilə transformasiya edəcək. GDP xəbər verir ki, bu barədə Kapital Bankın İdarə Heyətinin rəhbəri Fərid Hüseynov bankın 2024-cü ilin göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Fərid Hüseynov bildirib ki, Birbank rəqəmsallaşma, müasir texnologiyalar və süni intellekt tətbiqi ilə daha dinamik və innovativ bir brend olaraq Kapital Bank-ın yerini alacaq. “Bu dəyişiklik Kapital Bank-ın tamamilə yox olması demək deyil. Kapital Bank maliyyə institutu və korporativ brend olaraq fəaliyyətini davam etdirəcək. Lakin bütün məhsul və xidmətlər müştərilərə Birbank brendi vasitəsilə təqdim ediləcək,” – deyə o vurğulayıb. Hazırda 3 milyondan…

Read More

Microsoft bu il ABŞ və Çindəki rəqiblərindən iki dəfə çox Nvidia çipi satın alıb. GDP xəbər verir ki,şirkət, süni intellekt infrastrukturasına investisiyalarını artıraraq, ümumilikdə 485 min Nvidia Hopper çipi alıb. Bu göstərici ilə Microsoft, Nvidia-nın ABŞ-dakı növbəti ən böyük müştərisi olan Meta-nı (224 min çip) və bulud hesablama sahəsində rəqibləri olan Amazon və Google-u geridə qoyub. Texnologiya üzrə konsaltinq şirkəti Omdia-nın analitikləri qeyd edirlər ki, Microsoft-un süni intellekt texnologiyalarına böyük marağı şirkəti bu sahədə lider mövqeyə çıxarıb.

Read More

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Qarabağda işğal illərində vurduğu zərərin təqribən 150 milyard dollardan çox olduğunu açıqlayıb. GDP xəbər verir ki,bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə bildirib. Prezident qeyd edib ki, vurulmuş zərərin ətraflı təhlili və sənədləşdirilməsi son 4 ildə başa çatdırılıb. “Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub,” – deyə o vurğulayıb. Prezident İlham Əliyev qarşılıqlı iddialardan imtinanın hər iki tərəf üçün daha məqsədəuyğun olduğunu da bildirib: “Bu, təqribən…

Read More

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini ardıcıl olaraq üçüncü dəfə 25 baza bəndi azaldaraq 4,25–4,5% səviyyəsinə endirib. GDP xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı mətbuat açıqlamasında bildirilib. FED-in iki günlük iclasının nəticələrinə görə, iqtisadi aktivliyin “əmin templərlə” artdığı vurğulanıb. İnflyasiya 2% hədəfinə yaxınlaşıb, lakin bir qədər yüksək olaraq qalır. İlin əvvəlindən əmək bazarında ümumi şəraitin yaxşılaşdığı, lakin işsizlik səviyyəsinin az miqdarda artdığı və yenə də aşağı səviyyədə qaldığı qeyd edilib. “Komitə hesab edir ki, məşğulluq və inflyasiya məqsədlərinə nail olmaq üçün risklər təxminən balanslaşdırılıb,” – deyə açıqlamada bildirilir. FED-in yeni proqnozları: FED-in İctimai Bazar Əməliyyatları Komitəsinin (FOMC) üzvlərinin…

Read More

Azərbaycanda rəqəmsal savadlılığın vəziyyəti ilə bağlı yeni araşdırma maraqlı nəticələr ortaya qoyub. GDP xəbər verir ki, Kaspersky tərəfindən keçirilmiş sorğuya görə, ölkədə rəqəmsal bacarıqların inkişafı əhəmiyyətli bir problem olaraq qalmaqdadır. Belə ki, rəqəmsal savadlılıq üzrə təlimlərdə yalnız 42% iştirak edib, bu isə əmək bazarında ciddi çatışmazlıqlara işarə edir. Azərbaycanlılar inanırlar ki, daha yüksək rəqəmsal bacarıqlara malik olsalar, gəlirlərini təxminən 36% artıra bilərlər. Xüsusilə gənc nəsil bu potensialı daha yüksək qiymətləndirir – 18-25 yaş qrupu hesab edir ki, texnologiyalara daha dərindən yiyələnsələr, gəlirləri təxminən 1,5 dəfə (47%) çoxala bilər. Şirkətlər üçün bu vəziyyət ciddi risklərlə müşayiət olunur. Rəqəmsal savadlılığın aşağı səviyyəsi…

Read More