- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
- ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
- Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır
- “PAŞA Maliyyə Holdinqi”nin İdarə Heyətinin sədrinə müavini təyin edilib
Author: Aynure Gdp
“Mənim neft ixrac edən ölkələrə pis xəbərim var.Bizim neft ixracı və hasilatını kəskin artırmaq planlarımız var. Bu, ABŞ-ın enerji siyasətinin ən vacib prioritetlərindən biridir. Şübhəsiz ki, Bayden dövründə qəbul edilən LNG ixracına verilən lisenziyaların dayandırılması qərarı ləğv edilə bilər. Biz eyni zamanda qaz hasilatını və ixracını da artırmağı nəzərdən keçiririk. ABŞ enerji bazarında əsas oyunçu olmalıdır.” GDP xəbər verir ki, bu açıqlama ilə Donald Trump, ABŞ-ın enerji siyasətindəki dəyişiklikləri və strateji hədəflərini açıqlayıb. Trump, ABŞ-ın enerji sahəsindəki mövqeyini gücləndirmək və xarici bazarlarda daha çox təsir göstərmək üçün neft və qaz istehsalını artırmağı hədəfləyir. Bu addımların ABŞ-ın enerji müstəqilliyini daha da…
Çin Mərkəzi Bankı noyabr ayında qızıl ehtiyatlarını artırıb. GDP xəbər verir ki, şənbə günü dərc edilən rəsmi məlumatlara əsasən, ehtiyatlar 160 min troy unsiyası artaraq 72,96 milyon troy unsiyaya çatıb.
OPEC+ karteli neft hasilatını artırma qərarını 2025-ci ilin aprel ayına qədər təxirə salıb ki, bu da neft qiymətlərində cüzi azalmaya səbəb olub. Lakin bu qərar daha geniş bazar dinamikasını həll etmir. Qrupdan kənarda hasilat yüksək səviyyədə qalmaqda davam edir, tələbat isə təklifdən geri qalır. Qısamüddətli dövrdə ABŞ-da faiz dərəcələrinin aşağı olması səbəbindən neftə tələbat artacaq, çünki bu, dollarda qiymətləndirilən nefti ucuzlaşdırır. İlin gedişində isə qiymətlərin mülayim artımı gözlənilir. Morgan Stanley, 2025-ci ilin üçüncü və dördüncü rübləri üçün Brent markalı neftin qiymət proqnozunu 66 dollardan 70 dollara qaldırıb, ING Group isə Brent proqnozunu 69 dollardan 71 dollara qədər artırıb. HSBC analitiklərinin…
Gürcüstan hökuməti ölkənin qərbindəki rayonlarda qaz kəmərlərinin SOCAR Gas Georgia şirkətinə birbaşa satışını təsdiqləyib. GDP xəbər verir ki, bu qərar çərçivəsində şirkət qaz kəmərlərini 19,8 milyon lariyə (təxminən 7 milyon ABŞ dolları) alacaq. Müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb. Söhbət İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti bölgələrinin kəndlərində yerləşən 41 qaz kəmərinin özəlləşdirilməsindən gedir. Özəlləşdirmə prosesi 17 il üçün nəzərdə tutulub və dövlətə ödənişlər 2032-ci ildən başlayacaq. Şirkət hər il təxminən 2 milyon lari olmaqla 10 il ərzində ödənişlər edəcək. Hazırda SOCAR Gürcüstanın əsas təbii qaz, neft və neft məhsulları təchizatçısıdır.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp biznes imperiyasını genişləndirərək “Mübarizə, Mübarizə, Mübarizə” adlı yeni ətirini təqdim edib. GDP xəbər verir ki, ətirin qiyməti 199-298 dollar arasında dəyişir. Bu ətir uğura can atan və hədəfləri uğrunda mübarizə aparmağa hazır olan insanlar üçün nəzərdə tutulub. Bu, Trampın öz adı ilə məhsul təqdim etdiyi ilk hal deyil, lakin adın seçimi və yüksək qiymət medianın və sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Əsas səhm indeksləri həftəni qarışıq nəticələrlə tamamladı. S&P 500, Dow Jones Industrial Average və Nasdaq Composite yeni rekordlar qırdı, lakin Russell 2000 keçən həftə nəticəsində 1% düşdü. Sektor göstəriciləri müxtəlif idi: istehlakçı malları, kommunikasiya xidmətləri və informasiya texnologiyaları 3%-dən artdı, enerji, kommunal xidmətlər və materiallar 3%-dən çox azaldı. Həftənin əvvəlində Fransa və Cənubi Koreyada siyasi hadisələr ABŞ bazarlarına ciddi təsir göstərmədi. İqtisadi məlumatlar diqqət mərkəzində idi. Noyabrda 227 min yeni iş yeri yaradıldı, işsizlik 4,2%-ə yüksəldi. Əmək Departamenti də bildirdi ki, oktyabrda iş yerlərinin sayı 7,74 milyon olub. ADP məlumatına görə, özəl sektor 146 min iş yeri əlavə edib, illik əmək…
Bakı Fond Birjasının 2023 və 2024-cü illərin yanvar-noyabr dövrü üzrə investisiya şirkətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızları üzrə PAŞA Kapital İnvestisiya Şirkəti QSC ən yüksək ticarət həcminə malik olsa da, şirkətin ticarət həcmi 2 milyard 123 milyon 193,508 min manatdan, 1 milyard 361 milyon 245,650 min manata enərək 761 milyon 947,858 min manat və ya 35.9% azalıb. ABB Invest İnvestisiya Şirkəti QSC-nin bu seqment üzrə ticarət həcmi 224 milyon 116,081 min manatdan 105 milyon 516,394 min manata enərək 118 milyon 599,687 min manat və ya 52.9% azalıb. Assist Finance İnvestisiya Şirkəti ASC-nin Mərkəzi Bankının qiymətli kağızları üzrə əməliyyatlarının həcmi…
“ABB İnvest” bazar lideri olmaqla fond bazarında ən yüksək həcmli əməliyyatları həyata keçirən şirkətdir. GDP Bakı Fond Birjasının üzvlərinin dövriyyəsi ilə bağlı hesabatına istinadən xəbər verir ki, “ABB İnvest” bazar payı 56,37%-dir, yəni fondda dövriyyədə olan qiymətli kağızların yarısından çoxu onun vasitəsilə alınıb-satılır. “PAŞA Kapital” isə bazarın 24,95%-nə nəzarət edir və ikinci böyük şirkət kimi çıxış edir. Fond bazarında ən az paya “Troni İnvestisiya Şirkəti” malikdir, yalnız 0,005% bazar payına sahibdir.
Dünyanın ən böyük neft şirkətlərindən olan Chevron 2025-ci ildə ABŞ-ın nəhəng Permian hövzəsində kapital xərclərini əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb. GDP xəbər verir ki, şirkətin bəyanatına görə, Permian hövzəsində qazma xərcləri 10% azaldılaraq 4.5-5 milyard dollar səviyyəsinə endiriləcək. Qlobal səviyyədə isə şirkət neft kəşfiyyatı xərclərini cari ildəki 19 milyard dollardan 17 milyard dollara qədər azaltmağı planlaşdırır. Bu qərar ABŞ prezidenti Donald Trampın ölkədə enerji hasilatının artırılması planları üçün ciddi çağırış hesab olunur. Qeyd edək ki, Permian hövzəsi ABŞ-ın ən böyük neft yatağıdır və ölkənin enerji strategiyasında mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, xərclərin azaldılması qlobal enerji bazarındakı qeyri-müəyyənlik və neftin qiymətindəki dəyişkənliklə…
