Author: Aynure Gdp

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və tərəfdaşı “PMD Projects” MMC tərəfindən tikinti və təmir sektorunda fəaliyyət göstərən tədarukçülərə ödəniş və təchizat imkanlarının araşdırılması, alternativ hesab ödəniş modelləri ilə tanışlıq və faktorinq məhsulunun istifadəsi, həmçinin faydaları barədə məlumat vermək məqsədilə keçiriləcək Faktorinq Forumuna qeydiyyatı açıq elan edir. “PAŞA Bank” və “PMD Projects” MMC ilə əməkdaşlıq etməklə, iştirakçılar faktorinq məhsulu vasitəsilə maliyyə əməliyyatlarının nizamlanması, ödəniş dövriyyələrinin azaldılması və gecikdirilmiş ödənişlərlə bağlı risklərin aradan qaldırılmasına dair ətraflı məlumat əldə edəcəklər. Tədbir çərcivəsində, növbəti dövrdə birgə iş imkanları, işgüzar əlaqələr və əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək. İlk növbədə tikinti sahəsində 2 ildən çox fəaliyyət…

Read More

11 iyun 2024-cü il tarixində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu “Kapital Bank” ASC-nin istiqrazları abunə yazılışı üsulu ilə birjaya yerləşdirilib. Qiymətli kağızların buraxılış həcmi 30 000 000 ABŞ dolları təşkil edir. GDP xəbər verir ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 18,397,000  dollar (61%), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 11,603,000 dollar (39%) olub. Gəlirliliyi 7% olan qiymətli kağızların hər birinin nominal dəyəri isə 100 ABŞ dollarıdır. 32 investor tərəfindən 30 000 000 ABŞ dolları dəyərində reallaşdırılmış istiqrazlar üzrə ödəmə 24.06.2031 tarixində baş tutacaq. Dollarda rəqabətli gəlirlilik təklif edən “Kapital Bank” istiqrazlarını əldə etmək istəyən investorlar “PAŞA…

Read More

“Bakı Fond Birjası” QSC səhm bazarının təşviqi ilə bağlı qərar qəbul edib. GDP xəbər verir ki, “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin qərarına əsasən Səhm bazarının təşviq edilməsi məqsədi ilə ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər 1 iyul 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinə qədər listinq haqqından azad edilir.

Read More

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. GDP xəbər verir ki, Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Read More

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski sığortalanacaq. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata əsasən, bu, “Əmanətlərin sığortalanması haqqında” qanuna investisiya şirkətləri üzrə yatırımların sığortalanması ilə bağlı dəyişiklik layihəsində öz əksini tapıb. “Layihədə kompensasiya hadisəsi, sığortalanan investisiyaların əhatə dairəsi, müvafiq kompensasiya fondunun yaradılması, investisiya şirkətlərinin üzvlüyə qəbul edilməsi, fonda üzvlük haqlarının ödənilməsi və kompensasiyaların verilməsinə dair müddəalar müəyyən edilib. Hazırda layihənin aidiyyəti dövlət qurumları ilə müzakirəsi davam etdirilir və yaxın vaxtlarda tamamlanması gözlənilir”, – AMB qeyd edir. Bildirilir ki, investisiyaların sığortalanması mexanizmi Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən birgə hazırlanaraq, ƏSF tərəfindən…

Read More

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) “Kağızsız hökumət”ə keçid çərçivəsində “ASAN İnnovasiyalar Mərkəzi”nin texniki dəstəyi ilə Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (MESD) sisteminə inteqrasiya olunub. MESD sisteminə qoşulma digər dövlət qurumları ilə səmərəli kommunikasiyanın qurulmasına və müasir texnoloji həllərin tətbiqinə yönəlib. Bu, həmçinin “MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”na uyğun olaraq kargüzarlıq sisteminin təkmilləşdirilməsini və yenilənməsini mümkün edəcək, sənəd dövriyyəsinin daha sürətli və səmərəli olmasına, məlumatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl şifrələmə texnologiyalarından istifadə edilməsinə imkan yaradacaq. Kağız əsaslı əməliyyatların azaldılması nəticəsində əməliyyat vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azalacaq.

Read More

Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib. Bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov “AzTV” telekanalında yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində deyib. Onun sözlərinə görə, Fondun xətti ilə indiyənədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb: “Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78 %-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər”. İ. Kələşov qeyd…

Read More

Azərbaycan neftinin qiyməti 89 dollara çatıb GDP xəbər verir ki, dünya birjalarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları, yaxud 2,1 % artaraq 89 ABŞ dolları təşkil edib.

Read More

Shanghai Composite 1% artaraq 2,970-ə, Shenzhen Komponenti isə 0,8% artaraq 8,915-ə yüksəlib. GDP xəbər verir ki, Donald Trump və Co Bayden ilk ABŞ prezidentlik debatlarında Çinə qarşı tənqidlərə çox diqqət yetirməyərək bazarları təəccübləndirdikləri üçün əvvəlki sessiyadakı itkilər kompensasiya olundu. Bu arada, Şanxay və Shenzhen indeksləri bu ay müvafiq olaraq təxminən 3.9% və 4.7% itirmək istiqamətində irəliləyir.

Read More

2023-cü ildə SOCAR-ın Baş rəhbərliyinə ödənişlər açıqlanıb. GDP SOCAR-ın hesabatına istinadən bu barədə xəbər verir ki, 2023-cü il ərzində baş rəhbərliyə cəmi ödənişlər 1 milyon 699 min manat (2022-ci ildə 1 milyon 844 min manat) təşkil edib. 2023-cü ildə SOCAR-ın Baş rəhbərliyinin hər biri orta hesabla 154,5 min manat ödəniş alıb.31 dekabr 2023-cü il tarixinə Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti və 10 vitse-prezident (2022-ci il: SOCAR-ın Prezidenti, onun birinci vitse-prezidenti və doqquz vitse-prezident) daxil olub. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də Qrupun…

Read More