Author: Aynure Gdp

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin yüksək həddi tənzimlənib. GDP xəbər verir ki, bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında yer alıb. Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib. Həmçinin, Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri də yenilənib. Belə ki, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı -83 manat olub. *** AZAL-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.

Read More

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobuslarında sərnişindaşıma xidmətinin tarifi yenilənib. GDP xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən istiqamət üzrə gedişhaqqı 70 qəpik müəyyən edilib.

Read More

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. GDP xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar verib. Bildirilib ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. Bildirilib ki, bu Qərar Azərbaycan Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik; Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik; Müntəzəm…

Read More

Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib. GDP  xəbər verir ki, bu barədə Tarif Şurasından məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi…

Read More

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Bu barədə “GDP”yə Tarif Şurasından məlumat verilib. Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.

Read More

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Bu barədə SOCAR-dan “GDP”yə verilən məlumata görə, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.  Bildirilib ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili…

Read More

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır GDP xəbər verir ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini…

Read More

Azərbaycan sığorta bazarı son illərdə nəzərəçarpan inkişaf mərhələsindən keçir. Sığorta sektoru, iqtisadiyyatın müxtəlif sahələrində risklərin təminat altına alınmasında mühüm rol oynayır. Həyat sığortası polisləri yığım komponenti ilə təqdim edilir. Bu faktor da sığorta olunan şəxsin müəyyən müddət ərzində yığılan pulunu toplamasına imkan verir. Həyat sığortası məhsulları vergi güzəştləri ilə dəstəklənir ki, bu da onu maliyyə planlaşdırılmasında və fərdlərin maliyyə təhlükəsizliyinin təminində effektiv sığorta alətinə çevirir. Həyat sığortası əhalinin maliyyə təhlükəsizliyinin artırılmasında əhəmiyyətli rol oynayır Həyat sığortası məhsulları, sığorta portfelinin diversifikasiyasını təmin edir. Müxtəlif həyat sığortası növləri fərqli riskləri təminat altına alaraq, ümumi riskləri azaldır və maliyyə sabitliyini artırır. Həyat sığortasının…

Read More

ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı sentyabr ayında faiz dərəcələrini azaltmağa gedə bilər, çünki əsas məlumatlar ABŞ və Avro zonasında inflyasiyanın azalması ilə bağlı əlavə işarələr verir. GDP xəbər verir ki, bunu Morgan Stanley strateqləri açıqlayıb. Bildirilir ki, idarəedici direktor və çarpaz aktivlər strategiyasının rəhbəri Endryu Sheets son istehlak qiymətləri indeksi, ABŞ və Avropada əmək bazarı məlumatları fonunda bank ikili ixtisar perspektivi ilə bağlı yüksəliş göstərib.”Biz həm Fed, həm də ECB-nin sentyabr ayında dərəcələri azaldacağına daha nikbinik” İki mərkəzi bank bu ayın əvvəlində monetar siyasətdə fərqlilik əlamətləri göstərdi, çünki Avropa Mərkəzi Bankı demək olar ki, 5 ildə…

Read More