- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Dövlət proqramı çərçivəsində indiyədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 16 milyard manatdan çox vəsait ayrılıb. GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov deyib.Onun sözlərinə görə, bu vəsaitin əsas hissəsi yolların və sosial infrastrukturun tikintisinə ayrılıb.Bundan əlavə, biz reabilitasiya və tikinti fəaliyyətlərində özəl sektorun iştirakını dəstəkləyir və təşviq edirik. Hazırda bu ərazilərdə həm dövlət-özəl tərəfdaşlıq əsasında, həm də birbaşa investisiyalar hesabına bir sıra sahibkarlar fəaliyyət göstərir.
Nar-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinə yeni direktor təyin olunub GDP xəbər verir ki, bu vəzifəyə Hökümə Kərimova təyinat alıb. O ADA Unvesitetində Korporativ kommunikasiyalar üzrə müəllim vəzifəsində çalışıb. Daha öncə isə “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru olub.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. GDP xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, daha sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub. İndiki təyinata qədər isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsində…
“Competo” MMC-yə yeni Baş İcraçı Direktor təyin edilib. Rauf Qulaməliyev “Competo” MMC-nin yeni Baş İcraçı Direktoru təyin edilib. GDP xəbər verir ki, Rauf Qulaməliyev Korporativ Maliyyə üzrə magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holdinq” MMC-yə qoşulmuş və 2024-cü il iyulun 1-dək Ekosistemin İnkişafı Departamentinin rəhbəri vəzifəsini icra edib. Rauf Umico Bonus, Umico Market və m10 kimi məhsulların satışa çıxarılmasında iştirak edib və mühüm rol oynayıb. Bundan əlavə, o, Uklon, Trendyol və Bakikart ilə tərəfdaşlıqlarla əməkdaşlığın qurulmasında aparıcı mövqe tutub.
İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsi siyasətini həyata keçirən AccessBank, bu gün əsaslı təmirdən sonra “20 yanvar” filialını müştərilərin xidmətinə təhvil verib. GDP xəbər verir ki, yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, A.Mustafayev küçəsi 1c ünvanında yerləşir. Müasir konseptli “20 yanvar” filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin təqdim edilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edilir. “Məqsədimiz Azərbaycanda müştərilərə maksimum rahat şəraitdə keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir. İlin əvəllindən müxtəlif bölgələrimizdə və paytaxtda müştərilərimizə təqdim etdiyimiz filiallarımızın hər biri müasir bank…
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistan Respublikasına işgüzar səfəri başlayıb. GDP xəbər verir ki, iyul ayının 3-dək davam edəcək səfər zamanı nümayəndə heyətinin Düşənbə şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirakı nəzərə tutulub.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinat olub. “BP-Azerbaijan” şirkətindən GDP-yə daxil olan məlumata görə, hər bir yeni təyinat BP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarının davamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarını və işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir. Leyla Məmmədova BP-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib. L.Məmmədova bu vəzifədə bp-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib. Leylanın sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar…
Azərbaycanda yük şirkətləri xidmətlərin dəyərini manatla göstərməli olacaqlarGDp xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda logistika şirkətlərinə göstərilən xidmətlərin qiymətlərini manatla göstərməyi tapşırıb. İdarədə xaricdən sifariş edilən malların istehlakçılara çatdırılması üzrə xidmət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.Görüşdə sahibkarlara göstərilən xidmətlərin qiymətlərinin manatla göstərilməsi, istehlakçılara daşıma tarifləri ilə bağlı düzgün və düzgün məlumatların verilməsi, fəaliyyətlərində istifadə olunan ölçmə vasitələrinin vaxtaşırı yoxlanılmasının zəruriliyi diqqətə çatdırılıb. Maarifləndirici görüşdə sahibkarların üzərinə düşən öhdəliklər izah edilib, bu sahədə qanunvericilik tələbləri barədə ətraflı izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb. Bu barədə GDP-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, bu günədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir. Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.
ESG-nin hər bir komponenti üzrə qanunvericilikdə bir sıra güzəşt, imtiyaz və dəstək tədbirləri nəzərdə tutulur. Həmin güzəşt və imtiyazları diqqətinizə təqdim edirik. E komponenti (ekoloji, ətraf mühitin mühafizəsi) üzrə güzəştlər Azərbaycanda atmosfer havasını çirkləndirən əsas mənbə nəqliyyat sektorunun payına düşür. Son illər iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı da sürətlə artır. Qeyd edilməlidir ki, köhnə nəqliyyat vasitələrinin istismarı Bakı və digər böyük şəhərlərdə havanın keyfiyyətinə mənfi təsir göstərir. Bu tendensiyanın qarşısını almaq üçün 2019-cu ildən etibarən, mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb. Vergi Məcəlləsinə əsasən elektrik…
