- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. GDP -nin məlumatına görə, bu barədə şərh verən VI çağırış parlamentinin deputatı olmuş iqtisadçı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. “Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən, hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır. Hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib…
Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz rayonunda taxıl biçininin təşkili prosesini izləyib. Bu il Xaçmaz rayonunda 18942 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 12029 hektarını buğda, 6913 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 48 kombayn iştirak edir. Bunlardan 28-i fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 20 kombayn dislokasiya edib. Artıq rayon üzrə zəmilərin 45,2 faizində biçin başa çatıb. Başqa sözlə, bugünədək 8570 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 25126,5 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 29,3 sentnerdir. Nazir Məcnun Məmmədov rayonun Alıcıqışlaq kəndində taxıl biçini prosesində iştirak edib,…
“Azərbaycan Dəmir Yolları” QSC ilə Szyansu vilayətinin (Çin) hökumət nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. GDP xəbər verir ki, memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafına və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək. Görüş zamanı tərəflər Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi, Azərbaycan ərazisindən tranzit daşımalarda Çinin subsidiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Milli Depozit Mərkəzinə üzv olan investisiya şirkətləri tərəfindən müştərilərə depo hesablarını məsafədən açmaq imkan yaradılıb. MDM -dən GDP-yə verilən məlumata görə, depo hesabları proqram interfeysi üzərindən zəruri olan xanalar doldurulduqdan sonra avtomatik olaraq yaranacaq. Yeni arxitektura kapital bazarının inkişafını, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə yanaşı, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətinin daha effektiv həyata keçirilməsinə imkan verəcək.
“Kapital Bank” ASC 30 milyon ABŞ dolları məbləğində istiqrazlar buraxıb. GDP xəbər verir ki, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ Dolları, sayı 300 000 ədəddir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 7% təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində) hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənil’əcəkdir. İstiqrazların geri satın alınması ilə bağlı Emitent tərəfindən öhdəlik nəzərdə tutulmur. İstiqrazlar yerləşdirildiyi tarixdən 2 il sonra Emitent tərəfindən istiqrazların geri çağrılması hüququ qüvvəyə minəcəkdir. Emitent bu hüquqdan istifadə etdikdə…
“Tacikistana işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının (İMB) sədri Tomas Cordan ilə ikitərəfli görüşümüz oldu.”GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb. O bildirib: “Görüş zamanı hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr apardıq. Tomas Cordana qurumlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Seçki Qrupu ölkələri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqinə verdiyi mühüm töhfəyə görə təşəkkürümüzü bildirdik.”Taleh Kazımov həmçinin qeyd edib ki, İMB-də sədrlik fəaliyyətini başa çatdıran cənab Cordana yeni fəaliyyətində uğurlar arzu etdik.
Azərbaycan Sənaye Sığorta ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. GDP xəbər verir ki, İcbari Sığorta Bürosunun keçmiş rəhbəri Rəşad Əhmədov bu vəzifəyə təyinat alıb. Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD). O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri olub. Yeni təyinatına qədər R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.
“17 Avropa bankının 1952-ci ildə qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bankla (Avropa İxrac-Ticarət Bankı) Çərçivə Müqaviləsi imzaladıq.” GDP Xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov AKA Bankla imzalanan müqavilə barəsində deyib. O bildirib, “Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. Müqavilə əsasında artıq ilk müştərimizə 4,3 milyon Avro məbləğində uzunmüddətli maliyyələşmə xəttinin açılmasına qərar verilib və prosesə başlanıb.”Abbas İbrahimov qeyd edib ki, ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini üzünmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik.
2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib GDP xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə ümumi baxış statistikasında məlumat verilib. Bildirilir: ” 2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib. 2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7%, Azərbaycanda 4%, Özbəkistanda 6,2%, Qırğızıstanda 8,8%, Qazaxıstanda 3,7%, Macarıstanda 1,1%, Şimali Kipr Türk Respublikasında 3,5% və Türkmənistanda 6,3% olub” Bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9% qeydə alınıb
İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb. Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə enerji texnologiyası şirkətinin enerji keçidində iştirakını gücləndirən fəaliyyəti, ölkəmizlə yeni texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlıq və səmərəliliyin artırılması üzrə əməkdaşlığı nəzərdən keçirilib. Dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji keçidinin təşviqi və bu xüsusda, “Baker Hughes” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Energetika nazirinin “Zhero” şirkətinin həmtəsisçisi və “Zhero Europe” üzrə baş icraçı direktor Alessandra Pasini ilə görüşündə isə “yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə…
