Author: Aynure Gdp

Çin Xalq Bankının investorların əhval-ruhiyyəsinə təsir edən yuan bir dollar üçün 7,30-u keçib və yeddi ay ərzində ən aşağı səviyyədə qalıb. GDP xəbər verir ki, Çin Xalq Bankı, orta nöqtə dərəcəsini 1 dollar üçün 7,1291 səviyyəsində təyin edərək, 21 noyabrdan bəri ən zəif səviyyəsini qeyd edərək, yuanın daha da ucuzlaşmasına icazə verməyə hazır olduğunu göstərir. Yuanın ucuzlaşması həm də ABŞ-da gəlirlilik artımı və Donald Trampın prezidentliyə potensial qayıdışı ilə bağlı spekulyasiyalar nəticəsində güclü ABŞ dolları ilə əlaqədardır.

Read More

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ötən günə nisbətən ucuşlaşıb. GDP xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,41 ABŞ dolları, yaxud 1,59 % artaraq 90,06 ABŞ dolları təşkil edib Qeyd: Ötən gün “Azeri Light” 88.65 dollara ticarət edilib.

Read More

Tarixin ən uğurlu investorlarından biri Warren Buffett Occidental Petroleum neft şirkətindəki payını 29%-ə çatdırıb.GDP xəbər verir ki, Berkshire Hathaway neft hasilatı korporasiyasındakı payını 15,37 milyard dollara çatdırıb. Və Bill Gates Vayominqdəki atom elektrik stansiyalarına milyardlarla sərmayə qoyur.Bundan əlavə, Buffett Çinin ən böyük elektrik avtomobil istehsalçısı BYD-dəki payını azaltmağa davam edib.

Read More

Neftin qiymətləri artmaqda davam edir.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri 0,49 dollar və ya 0,58%bahalaşaraq 85,49 dollar/barelə çatıb.Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI fyuçerslərinin qiyməti bu vaxta qədər 0,43 dollar və ya 0,53% artaraq 1 barelə görə 81,97 dollar təşkil edib.İyunun əvvəlindən etibarən hər iki brend bir ay əvvəlki enişdən bərpa olunaraq təxminən 6% bahalaşıb.Neft qiymətləri Yaxın Şərqdə davam edən gərginlik, həmçinin OPEC+ ölkələrinin nümayəndələrinin bazar konyukturasından asılı olaraq hasilat planlarını düzəltməyə hazır olduqları barədə bəyanatları ilə dəstəklənir.

Read More

Azərbaycan və Bolqarıstan arasında energetika, ticarət və sənaye sahələrində əməkdaşlıq potensialı müzakirə edilib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə Azərbaycan və Bolqarıstanın iqtisadi əlaqələrinin inkişaf istiqamətlərini nəzərdən keçirdik. Energetika, ticarət və sənaye sahələrində sıx əməkdaşlıq potensialının reallaşdırılması məsələlərini müzakirə etdik”, – deyə o qeyd edib.

Read More

“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik”. GDP  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib. “Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş…

Read More

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb. GDP-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb. Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78…

Read More

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində Düşənbəyə işgüzar səfərimiz başlayıb.” GDP xəbər verir ki. bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb. O bildirib: “Səfərin ilk görüşü tacikistanlı həmkarım Firdavs Tolibzoda ilə baş tutdu.Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdıraraq dəvətə görə təşəkkürümü bildirdim.” Taleh Kazımov görüşdə müzakirə edilən məsələləri də açıqlayıb “Görüşdə Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də əlaqələrin daha da möhkəmləndirilməsi imkanlarını müzakirə etdik.”

Read More

Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. GDP xəbər verir ki, büdcə gəlirləri 36 388 000 min manat, büdcə xərcləri 39 742 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 612 753 min manat, yerli gəlirləri 775 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497 min manat, yerli xərcləri 784 803 min manat) təsdiq edilib.

Read More