- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşır Dünya birjalarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artaraq 90,78 ABŞ dolları təşkil edib.
ABŞ səhm indeksləri yüksəlib. GDP xəbər verir ki, S&P 500 və Nasdaq rekordları yeniləyib. Amerika səhm indeksləri ticarəti artımla tamamlayıb, S&P 500 və Nasdaq Composite Tesla Inc. səhmlərinin 10% yüksəlməsindən sonra maksimumları yenilədi. Elektromobil istehsalçısı ikinci rübdə tədarükləri 4,7% azaldaraq 443,956 min avtomobilə çatdırdı, lakin nəticə ekspertlərin orta proqnozundan (436 min avtomobil) xeyli yaxşı oldu. Bazarın dəstəyinə həmçinin Sintrada keçirilən Avropa Mərkəzi Bankının forumunda Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Jerome Powell-in bəyanatları kömək etdi. Bizi Telegramda izləyin
ABŞ Energetika Nazirliyi ehtiyatdan 1 milyon barel benzin satıb.GDP xəbər verir ki, ABŞ Energetika Nazirliyi 4 iyul bayramı (Müstəqillik Günü) ərəfəsində yanacaqdoldurma məntəqələrində qiymətləri endirmək üçün ehtiyatlardan 1 milyon barel benzin satıb, departamentin açıqlamasında deyilir.Şimal-Şərq Ehtiyatından (NGSR) benzin beş şirkətə satılıb, BP, George E. Warren, Vitol, Freepoint Commodities və Irving Oil. Yanacağın orta satış qiyməti gallon üçün 2,34 dollar olub.
Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov Düşənbədə Seçki Qrupunun Toplantısı çərçivəsində “Yaşıl iqtisadiyyat iqtisadiyyatların inkişafı üçün alternativ kimi” mövzusunda təşkil olunan müzakirə panelinə qatılıb.GDP Mərkəzi banka istinadən xəbər verir ki, yaşıl maliyyənin inkişafından danışan Ə.Məmmədyarov dayanıqlı iqtisadiyyata keçidin zərurətə çevrildiyini, maliyyə sektorunun bu prosesin dəstəklənməsində böyük rola malik olduğunu vurğulayıb.O, həmçinin yaşıl maliyyə üçün funksional ekosistemin qurulması istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən strateji təşəbbüslərdən danışıb.
Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib. GDP xəbər verir ki, tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini Dövlət Ehtiyatları Agentliyi əlavə olaraq yoxlayacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda…
Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışı ilə bağlı açıqlama yayıb. GDP xəbər verir ki, Fond tərəfindən 2024-cü ilin iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da bir öncəki ayla müqaisədə 153 milyon manat və ya 26,08% azdır. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Mərkəzi Bankın sədri Taleh Kazımov İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun Düşənbədə keçirilən toplantısında çıxışı zamanı ölkəmizdə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsindən danışıb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə,həmçinin sədr çıxışında ölkənin əsas makroiqtisadi göstəriciləri, maliyyə sektorunun inkişaf tendensiyaları və Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi kimi mühüm məqamlara toxunub.
Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. GDP İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma Azərbaycanın Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə baş tutub. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının…
STOXX 50, həm də STOXX 600 dəyər itirib. Müvafiq olaraq birincisi 0,6%, ikincisi isə 0,4% enib. GDP xəbər verir ki, buna səbəb kimi treyderlərin Avropa Mərkəzi Bankının (AMB) tezliklə faiz dərəcələrini yenidən azaltmayacağına dair perspektivləri həzm etməsi göstərilir. Prezident Laqard bildirib ki, mərkəzi bank faiz dərəcələrini daha da aşağı salmağa tələsmir, çünki inflyasiya və iqtisadi meylləri qiymətləndirmək üçün daha çox vaxt lazımdır. Həmçinin, baş iqtisadçı Filip Leyn iyun ayı üçün inflyasiya məlumatlarının mərkəzi bankın əsas qiymət təzyiqləri ilə bağlı uzunmüddətli suallarına cavab verməyəcəyini açıqlayıb. Avrozonada inflyasiya iyunda gözlənildiyi kimi 2,6%-dən 2,5%-ə qədər azalıb, lakin baza dərəcəsi 2,8%-lik proqnozlarla müqayisədə 2,9%-də…
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb. Bundan başqa, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Eyni zamanda, 2024-cü il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənib. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq…
