Mərkəzi Bankın sədri Taleh Kazımov İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun Düşənbədə keçirilən toplantısında çıxışı zamanı ölkəmizdə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsindən danışıb.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,həmçinin sədr çıxışında ölkənin əsas makroiqtisadi göstəriciləri, maliyyə sektorunun inkişaf tendensiyaları və Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi kimi mühüm məqamlara toxunub.