- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan BRICS-ə daxil olmaq istəyini ifadə edibGDP xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.
Dünya birjalarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. GDP xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,73 ABŞ dolları və ya 0,8% azalaraq 90,05 ABŞ dollarına bərabər olub.
Dow Jones dəyər itirib, S&P 500 və Nasdaq yeni rekord həddə çatıbGDP xəbər verir ki, ticarət gününün sonunda Amerika fond indeksləri vahid dinamika göstərmədi: Dow Jones Industrial Average ticarəti cüzi mənfi ilə başa vurub. S&P 500 və Nasdaq Composite isə rekord səviyyələri yeniləyərək yüksəlib.İyulun 3-də keçirilən ticarət sessiyası cümə axşamı qısaldılıb, ABŞ birjaları bayram (Müstəqillik Günü) ilə əlaqədar bağlanıb.ABŞ fond bazarı məşğulluq fəallığının azalması siqnalları ilə dəstəklənib və bu, treyderlərin Federal Ehtiyat Sisteminin (FED) tezliklə pul siyasətini yumşaltmağa başlayacağına dair ümidlərini artırıb.
İtalyan UniCredit Bankı Avropa Məhkəməsindən Avropa Mərkəzi Bankının (AMB) Rusiyadan çıxma tələblərini dondurmağı xahiş edirGDP xəbər verir ki, AMB UniCredit-i çətin vəziyyətə salıb – ya Rusiyadakı biznesini cüzi qiymətə satsın, ya da AB tərəfindən cərimələrlə üzləşsin. İtalyan bankı Raiffeisenbank-a qoşularaq, AMB-nin tələblərinin onun səlahiyyətlərini aşdığını və bizneslərə bu cür təzyiqlərin demokratik ölkələrdə qəbuledilməz olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.2023-cü ildə Rusiyada qalan Avropa bankları 800 milyon dollar vergi ödəyiblər ki, bu da 2021-ci ildəkindən 4 dəfə çoxdur. Nəticədə AMB onlara bazarı tərk etməyə təzyiq edir. Lakin buna əməl etmək üçün banklar xeyli xərc çəkməli və öz bizneslərini demək olar ki,…
ABŞ-ın neft ehtiyatları həftə ərzində 12,16 milyon barel azalıb. GDP xəbər verir ki, ABŞ-ın kommersiya neft ehtiyatları ötən həftə 12,16 milyon barel azalaraq 448,54 milyon barrelə düşüb, ölkənin Energetika Departamenti bildirib. Bildirilir ki, benzin ehtiyatları 2,21 milyon barel azalaraq 231,67 milyon barel təşkil edib.Kommersiya distillat ehtiyatları 1,54 milyon barel azalaraq 119,73 milyon barrelə düşüb.
Mənim neft ixrac edən ölkələrə pis xəbərim var. Bizim dövrümüzdə ABŞ daha çox neft hasil edəcək, daha çox neft ixrac edəcək. Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. O bildirib:”İqlim dəyişiklikləri ilə bağlı bütün standartlar ləğv ediləcək, neft şirkətlərinə tam yaşıl işıq yandırılacaq.ABŞ dünyada OPEK kartelinə neftin qiymətinin süni şəkildə qaldırmasına imkan verməyəcək. Neft qiymətləri enəcək. American Energy Dominance planımız mərhələ-mərhələ həyata keçəcək”.
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan İnvestisiya Holdinqi ilə Milli Rifah Fondu Samruk-Kazyna Səhmdar Cəmiyyəti arasında imzalanmış Səhmdarlar Sazişinin mübadiləsi mərasimi keçirilib.
“NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbəti ümumi yığıncağının iclası keçiriləcək. GDP xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətin elanında bildilir. Qeyd olunur: ““NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbəti ümumi yığıncağının iclası 05 avqust 2024-cü il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcək” Məlumata görə,ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər salınıb. 1. Cəmiyyətin 2023-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi; 2. Cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərə dair…
Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olubGDP xəbər verir ki, iyulun 3-də Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu“ Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. GDP xəbər verir ki, Bu dəqiqələrdə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
