Author: Aynure Gdp

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi barədə aparılan maarifləndirmə tədbirləri davam etdirilir. Bu silsilədən olan növbəti təlim Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə keçirilib. GDP xəbər verir ki, Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən bir sıra məqamlara dair təşkil edilmiş seminarda ATİB-ə üzv olan şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və ATİB-in sədri Mürsəl Rüstəmov açılış nitqi ilə çıxış edərək Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, onun milli iqtisadiyyatın və…

Read More

Amerika iqtisadi datalarını səhv paylaşaraq hər kəsi aldadır?! Misal üçün işsizlik dataları. Xəbər qaynaqlarına baxsaz işsizlik datasının son bir neçə müddətdir ki, yaxşı gəldiyini görəcəksiz. Amma həqiqət elə deyil ! Amerikada çox sayıda iş sahib insan var. Yəni bir amerikalı hazırda birdən çox işdə işləyir. Buna görə bu cür datalar ‘’yaxşı’’ görünür. Aşağıda paylaşdığım Multiple Jobholders qrafıkinə baxın. 90-cı illərdən bu günə qədər bir insan son illərdə olduğu qədər birdən çox işdə eyni anda işləməyib. Təbiiki insanlar məcburən birdən çox işdə işəyirlər. Ona görə açıqlanan işsizlik xəbərlərinə inanmaq doğru deyil.Hətta, Multiple Jobholders, Primary Job Full Time, tam zamanlı işləyən işçi…

Read More

Artıq m10-dan Binance kriptovalyuta birjasına AZN-lə vəsait mədaxil edərək kriptovalyuta almaq mümkündür GDP xəbər verir ki, bu barədə Binance platformasında məlumat əks olunub. Məlumatda bildirilir: “m10 Azərbaycan manatı (AZN) ilə onlayn əməliyyatlar üçün sürətli, təhlükəsiz və istifadəsi asan xidmətlər göstərən Azərbaycanın lisenziyalı maliyyə institutudur. Gəlin Binance tətbiqində m10 vasitəsilə Binance-a AZN-ni necə yatıracağınıza nəzər yetirək”

Read More

Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulması layihəsi çərçivəsində yaşayış binalarının və kommunal obyektlərin inşası 6 minə yaxın insanın buraya köçürülməsinə imkan verəcək. Macarıstanın Fövqəladə və Səlahiyyətli Səfiri Bunu müsahibəsində Azərbaycan təmsilçisi Tamas Jozsef Torman deyib.Hazırda biz Soltanlının yenidən qurulmasına diqqət yetiririk. Bu, kompleks və irimiqyaslı layihədir, burada 6 minə yaxın insanın köçürülməsinə imkan verəcək yaşayış binaları, həkim məntəqəsi və kommunal obyektlər tikiləcəkdir.Səfirin sözlərinə görə, Macarıstan şirkətləri Qarabağ regionunda, ilk növbədə, sutəmizləyici və kanalizasiya qurğularının yenidən qurulması, su təchizatı şəbəkələri və yaşıl enerji layihələri ilə bağlı digər layihələrdə iştirak etməyə can atırlar.Hazırda Macarıstan firmaları öz səylərini tətbiq etmək üçün potensial layihələri…

Read More

Prezident İlham Əliyev Qazaxıstana səfər edibGDP xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.

Read More

Azərbaycan hökuməti bu il ictimaiyyətə, biznes nümayəndələrinə ətraf mühit, sosial və idarəetmə məsuliyyəti (ESG) üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışır. Bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev Bakıda keçirilən “ESG sammiti: Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı” mövzusunda tədbirdə bildirib. O qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ESG elementlərinin tətbiqi çox önəmlidir: “Biz çalışırıq ki, ESG üzrə bütün tərəflərin aktiv iştirakı üçün şərait yaradaq. ESG elementlərinin təşviqi baxımından biznes mühitinin yaxşılaşdırılması əsas prioritet hədəflərinin tərkib hissəsini…

Read More

İpoteka və Kredit Zəmanət Fondu kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatını araşdıracaq. Sorğu zamanı proporsionallığın təmin edilməsi, eləcə də bütün iqtisadi rayonları və qeyri-neft sektorunu əhatə etməsi üçün “klaster” seçimi metodundan istifadə ediləcək. Bu metoda əsasən sorğu edilən sahibkarlıq subyektləri fəaliyyət göstərdiyi iqtisadi sahə, sahibkarlıq subyektinin həcmi (mikro, kiçik, orta), fəaliyyət göstərdiyi region üzrə bölünməli və klaster kimi sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi iqtisadi sahə götürülməlidir. Mənbə: Report

Read More

1997 və 2012-ci illər arasında doğulan “zoomer”lər aktiv iş kütləsinə çevrilirlər. Artıq demək olar ki, dünyanın hər yerində “baby boomer”ləri keçiblər. Analitiklərin təəccübünə səbəb olaraq, bu həyat mərhələsində “zoomer”lər tarixdə ən varlı nəsil hesab olunurlar. Nə “millennial”lar, nə də “baby boomer”lər onların yaşında bu qədər pul qazanmışdılar. Bu əsasa dayanaraq, analitiklər zoomerlərin mütləq mənada ən varlı nəsil olacaqlarını proqnozlaşdırırlar. “Zoomer”lərin digər fərqli xüsusiyyəti onların investisiya vərdişləridir. “Millenniallar”la birlikdə onlar ənənəvi banklar əvəzinə ayaqqabı, zinət əşyaları, şərab və hətta Lego kimi maddi əşyalara investisiya edirlər. Bu, Bank of America-da narahatlıq yaradıb. Gələcək nəsil istiqrazlar və səhm bazarlarına cəlb olunmasa, Wall Street-in…

Read More

Ədliyyə nazirinə yeni müşavir təyin edilib. GDP xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyinat alıb. S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən indiki təyinatadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

Read More