Author: Aynure Gdp

Himayəçilər Şurasının qərarı ilə İcbari Sığorta Bürosunun (Büro) rəhbərliyində dəyişiklik edilib. GDP xəbər verir ki,Vüsal Məsiyev Hamlet oğlu Büronun icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. Vusal Məsiyev daha əvvəl İcbari Sığorta Bürosunun Baş İnformasiya Meneceri vəzifəsində çalışmişdır. Qeyd edək ki, 2022-2024-cü illərdə DOST rəqəmsal innovasiyalar agentliyində direktor müavini vəzifəsində, 2021-2022-ci illərdə Dövlət Məşgulluq Xidmətində idarə heyətinin sədrinin müşaviri vəzifəsində və 2005-2019-cu illərdə Cibernet MMC-də Texniki direktor vəzifəsində çalışmışdır.

Read More

Heydər Əliyev Beynəlxalq Aeroportu iyulun 2-4-də Türkiyənin İstanbul şəhərində keçirilən ACI EUROPE 34-cü İllik Konqresi və Baş Assambleyasında iştirak edib. GDP hava limanına istinadən xəbər verir ki, bu mühüm hadisə sənayenin inkişafının əsas aspektlərini müzakirə etmək üçün Avropanın aparıcı hava limanları rəhbərlərini və aviasiya sənayesi ekspertlərini bir araya gətirir. İştirakçılar əsas diqqəti geosiyasi amillərin hava limanı sənayesinə təsiri, sərnişin təcrübəsinin təkmilləşdirilməsi, hava limanı infrastrukturunun modernləşdirilməsi və aviasiya sənayesinin karbonsizləşdirilməsinə yönəldiblər. Öz növbəsində Heydər Əliyev Beynəlxalq Aeroportu davamlı inkişaf strategiyasını, o cümlədən tullantıların təkrar emalı sistemlərinin, ətraf mühitə təsirin azaldılması üçün innovativ texnologiyaların tətbiqini və digər əsas təşəbbüsləri fəal şəkildə həyata…

Read More

Ölkəmizdə özəl sektorun ən böyük təmsilçilərindən biri olan “Azərsun Holdinq” MMC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. GDP xəbər verir ki, “Azərsun Holdinq” MMC-nin 2023-cü ildə aktivləri 2022-ci ilə nisbətən 96 milyon 435 min 911 manat və ya 19.3% azalaraq 402milyon 226.720 min  manat təşkil edib. Holdinqin cəmi aktivləri 0.09181001 manat yaxud 7.8% azalaraq 1 milyard 71 milyon 600.612 min manat olub. “Azərsun Holdinq” MMC 2023 cü il ərzində 58 milyon 312,392 min manat xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilə nisbətən 43 milyon 115.565 min manat və ya 73.9% çoxdur. Şirkət 2023-cü ildə 29 milyon 171 min…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 27 iyun 2024-cü il tarixli Qərarı ilə “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi bankı məlumat yayımlayıb. Qeyd edək ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Read More

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ilə Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsi arasında protokol imzalanıb. AZSTANDART-ın GDP-yə verdiyi məlumata görə, sənəd Azərbaycanın milli standartlarının Belarusda tətbiqini nəzərdə tutur. Bu imkanların həyata keçirilməsi Belarus Dövlət Standartlaşdırma İnstitutuna həvalə olunub. Sözügedən saziş ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Read More

“BakuBus” 121 E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib. Avtobuslar 12 dəqiqə intervalla “Əhmədli” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək. Gedişhaqqı 70 qəpikdir.

Read More

“Naxçıvan Bank” ASC-nin “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi ilə əlaqədar Bankın səhmləri dövriyyədən çıxarılır və ləğv edilir. Bankın bildirişində deyilir: “Naxçıvanbank” ASC-nin yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq 468085 (dörd yüz altmış səkkiz min səksən beş) ədəd və Bankın səhmdarlarının ümumi yığıncağının 05.12.2023-cü il tarixli qərarına əsasən səhmdarlardan geri satın alınmış 531915 (beş yüz otuz bir min doqquz yüz on beş) ədəd səhm də daxil olmaqla, dövlət qeydiyyat nömrəsi AZ1007200384, nominal dəyəri 94 (doxsan dörd) manat olan ümumilikdə 1 000 000 (bir milyon) ədəd (ümumi dəyəri 94 000 000…

Read More

Avropa İttifaqı (Aİ) iyulun 4-dən Çindən gələn elektrik avtomobillərinə ilkin müvəqqəti rüsumlar tətbiq edəcək, GDP xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat açıqlayıb. Rüsumların məbləği 17,4%-dən 37,6%-ə qədərdir (konkret istehsalçıdan asılı olaraq), onlar uzun illər qüvvədə olan 10 %-lik rüsumlara əlavə olunacaqlar.Aİ Pekinin öz istehsalçılarına verdiyi dövlət dəstəyindən narazıdır Brüssel bu sahədə dövlət subsidiyalarının Avropa sənayesinə zərər verə biləcəyinə inanır.

Read More

Azərbaycana idxal olunan əkin üçün noxud oktyabr, noyabr, dekabr və yanvar aylarında da gömrük rüsumundan azad olunub. GDP xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir. Qeyd edək ki, bundan əvvəl əkin üçün noxud fevral, mart, aprel və may ayları üzrə idxal gömrük rüsumundan azad idi.

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşü keçirilib. GDP xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Mərkəzi Bankın sədri Taleh Kazımov Memorandumun hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.

Read More