Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankı daha bir yerli təşkilata elektron pulun təşkili ilə bağlı fəaliyyət göstərmək üçün müddətsiz lisenziya verib.GDP xəbər verir ki, bunu sabiq deputat Vüqar Bayramov açıqlayıb. O bildirib: “Elektron pul nəinki ödəniş sistemini sadələşdirir, həm də gələcəkdə kağız pullardan istifadənin tədricən minimuma endirilməsinə gətirib çıxara bilər”Eyni zamanda, elektron pul şəffaflığı artırır. Bayramov əlavə edib ki, onlar pul bazarında aparılan əməliyyatlar vasitəsilə vətəndaşlar üçün elektron əmanət və hətta gəlir mənbəyinə çevrilə bilərlər.

Read More

İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib. GDP xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı” nda çıxış edərkən deyib. O bildirib: “KOBİA-nın əsas hədəflərindən biri də Qarabağ ərazisində biznes sektorunun bərpasının dəstəklənməsidir. İşğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digər sahələrdir.” Orxan Məmmədov şun sözlərinə gprə indiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət…

Read More

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) olub. GDP xəbər verir ki, qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. Eyni zamanda qurum məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. Bildirilir kə ““AzInTelecom” tərəfindən bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “AzDoc” proqram təminatı ilə təmin olunub. AZAL informasiya sistemlərini tam şəkildə Bakı Data Mərkəzinə yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. Məlumat üçün bildirək ki, qeyd olunan “bulud” xidmətlərini AZAL QSC-nin tərkibindəki…

Read More

“Bizim baxışımız sadəcə tranzitdən kənara çıxır, biz iqtisadi artım və əməkdaşlığa təkan vermək üçün coğrafi üstünlüklərimizdən istifadə edərək Azərbaycanı logistik mərkəzə çevirməyi hədəfləyirik” Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı” nda çıxış edərkən deyib. O bildirib: ” Nəqliyyat-tranzit sahəsində planlaşdırılan bu kimi yeni yollar kommunikasiyalarımızı daha sıx birləşdirməklə, ölkələrimizin sahibkarlıq subyektləri arasında da əlaqə və münasibətlərin genişləndirilməsinə imkan verir. Bunlara əsaslanaraq deyə bilərik ki, qarşılıqlı əməkdaşlıq ölkələrimiz üçün faydalıdır və bu əməkdaşlıq şirkətlərimizin, iş adalarımızın, eləcə də startap ekosisteminin də inkişafına töhfə verə biləcək Orxan…

Read More

Moldova vətəndaşlarının hər biri BVF-yə təxminən 315 dollar borcludur, ölkənin ümumi borcu 775 milyon dollardır.GDP xəbər verir ki, fondun Avropa borcluları siyahısında Moldova Ukrayna və Serbiyanı qabaqlayaraq “şərəfli” üçüncü yerdədir. 2023-cü ilə qədər Moldovanın xarici borcu təxminən 10 milyard dollara çatıb.

Read More

Ford səhmdarları son on ildə cəmi 24% gəlir əldə edərək məyus olublar. Müqayisə üçün qeyd edək ki, həmin müddət ərzində S&P 500-ə qoyulan sərmayə kapitalınızı 3 dəfədən çox artırardı. Yaxşı olmayan göstəricilərə baxmayaraq, investorlar bu məşhur avtomobil səhmini indi almalıdırmı? Bir nəticəyə gəlməzdən əvvəl Fordun yaxşı, pis tərəflərinə nəzər yetirək Yaxşı tərəfləri Ford son zamanlarda stabil maliyyə nəticələri açıqlayır. Gəlir 2022-ci ildə 16% və 2023-cü ildə 18,1% artaraq əvvəlki illərdəki göstəriciləri xeyli üstələdi. Pandemiya zamanı sənayeni sarsıdan tədarük zənciri problemləri azalmağa başladıqdan sonra şirkət daha yüksək qiymətlərdən faydalana bildi. İlk rüb (31 martda sona çatan) qazanc elanında rəhbərlik bu il…

Read More

Çinin valyuta ehtiyatları iyun ayında azalıb. GDP xəbər verir ki, Çinin valyuta ehtiyatları 9,7 milyard dollar azalaraq 2024-cü ilin iyununda 3,222 trilyon dollara çatıb. Ölkədə dolların digər valyutalara nisbətdə bahalaşması ilə may ayında valyuta ehtiyatları 3,232 trilyon dollardan aşağı düşüb. Bu arada, Çinin qızıl ehtiyatları ardıcıl ikinci aydır ki, dəyişməz olaraq yəni 72,8 milyon troya unsiyası səviyyəsində qalıb, lakin onun dəyəri may ayında olan 170,96 milyard dollardan 169,70 milyard dollara düşüb.

Read More

BRİKS ölkələri vahid valyuta üzərində danışıqlar aparırlar. GDP xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib. O bildirib: “Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk. Onun yaradılması yaxın gələcəkdə mümkün deyil, lakin bu istiqamətdə atılan addımlar göz qabağındadır”

Read More

RussNeft şirkəti 2000-ci illərin əvvəllərindən bəri sahib olduğu Azərbaycandakı istehsal aktivlərindən çıxıb. GDP xəbər verir ki, 2015-ci ildə GEA (RussNeft-in ölkədəki aktivi) Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət idi. Qərarın səbəbləri açıqlanmır, lakin şirkət uzun müddətdir ki, bütün xarici aktivlərindən çıxıb və bütün diqqətini Rusiya daxilində işə cəmləyib.Belə ki, 2018-ci ilə qədər “Russneft” də “Slavneftexim” QSC vasitəsilə Belarusda fəaliyyət göstərib. Lakin sonra şirkət bu müəssisəni 1,8 milyon dollara satıb.

Read More

Nvidia-nın baş direktoru Jensen Huang iyun ayında 169 milyon dollar dəyərində şirkətin səhmlərini satıb. GDP xəbər verir ki, Amerikalı çip istehsalçısı Nvidia Corp-un baş icraçı direktoru Jensen Huang iyun ayında şirkətin 1,3 milyon səhmini cəmi 169 milyon dollara satıp. Juan üçün bu, bir ayda ən böyük səhm satışı və ilin əvvəlindən bəri ilkdir. Nvidia-nın iyun ayında kapitallaşması tarixdə ilk dəfə olaraq 3 trilyon dolları ötüb və Huang-ın sərvəti son altı ayda iki dəfədən çox artıb və hazırda 107,7 milyard dollar təşkil edir. Bizi Telegram-da izləyin

Read More