Author: Aynure Gdp

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 18-20 iyul tarixlərində Şəki şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.GDP xəbər verir ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://bit.ly/3XTZUhW (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şəki” qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır.

Read More

S&P 500 və Nasdaq indeksləri yeni rekordlar müəyyənləşdirilərək, Dow Jones bir qədər düşübGDP xəbər verir ki, Amerika fond indeksləri S&P 500 və Nasdaq Composite bazar ertəsi ticarətdən sonra tarixi zirvələrini təzələyərkən, Dow Jones Sənaye İndeksi mühüm statistik məlumatların olmaması səbəbindən bir qədər aşağı düşübQarşıdan gələn həftənin mühüm hadisələri Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelin çərşənbə axşamı və çərşənbə günü ABŞ Konqresində çıxışları, həmçinin iyun ayında ölkədə istehlak qiymətlərindəki dəyişikliklərlə bağlı cümə axşamı dərc olunacaq məlumatlar olacaq.Corning Inc. səhm qiymətləri bir gündə 12% artdı. Monitor şüşəsi istehsalçısı, ikinci rüb üçün gəlirini əvvəllər gözlənilən 3,4 milyard dollardan təxminən 3,6 milyard dollara yüksəldib.

Read More

Azərbaycan nefti ucuzlaşıb GDP xəbər verir ki, dünya birjlarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,56 % azalaraq 90,29 ABŞ dolları təşkil edib.

Read More

İnformasiya texnologiyalarının sürətli inkişafı həyatımızın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, müsbət və mənfi dəyişikliklərə səbəb olmuşdur. Daha çox texnoloji dəyişikliklərə məruz qalan sahələrdən biri də maliyyə sistemidir. Texnologiyanın maliyyə sektoruna tətbiqi FinTech adlanır. Maliyyə sistemində informasiya texnologiyalarından istifadə bank-maliyyə sistemində, xərclərin səmərəliliyində, müştəri məmnuniyyətində, əməliyyatların daha sadə və müştəriyönümlü idarə edilməsində, daha çox müştəriyə xidmət göstərilməsində avtomatik emal əmsalının artmasına səbəb olmuşdur. Fintech maliyyə inkişafını, inklüzivliyi və səmərəliliyi gücləndirməklə, rəqəmsal iqtisadiyyatın çiçəklənməsi üçün tələb olunan maliyyə xidmətlərini təmin etməklə artımı və yoxsulluğun azaldılmasını dəstəkləyir. Bu faydaları əldə etmək üçün səlahiyyətli orqanlar maliyyə sektorunun rəqəmsal transformasiyası davam etdirərək sabitlik, tamlıq,…

Read More

Carlsberg Britaniya içki istehsalçısı Britvic-i 3,3 milyard funt-sterlinqə alacaqGDP xəbər verir ki, danimarkalı pivə istehsalçısı Carlsberg, Britaniyanın sərinləşdirici içki istehsalçısı Britvic-i 3,3 milyard funt-sterlinqə və ya 4,2 milyard dollar alacağını bildirib.Carlsberg, idarəetmə komandası yekdilliklə şirkətin səhmdarlarına tövsiyə etmək niyyətində olan Britvic-in direktorlar şurası ilə müqavilənin şərtlərini razılaşdırıb.Carlsberg hər Britvic səhminə görə 13,50 funt sterlinq ödəyəcək ki, bu da mümkün sövdələşmədən əvvəl, iyunun 19-da bazar dəyərindən 36% yüksəkdir.

Read More

Rusiyanın Ural neftinin qiyməti 80 dollara qədər bahalamaqla müharibədən bəri rekord müəyyən edib. GDP xəbər verir ki, artıq Rusiya demək olar ki, nefti endirimlə satmır. Müharibənin əvvəlindən endirim 20 dollardan 5dollara qədər azalıb.

Read More

Nvidia üç gün ərzində 550 milyard dollar dəyər itirib. GDP xəbər verir ki, şirkət 2,905 trilyon dollar dəyərində qiymətləndirmə ilə bütün şirkətlər arasında bazar kapitallaşması baxımından üçüncü yerə düşüb. Hazırda Nvidia-nın qrafiki Cisco-nun qrafikini əks etdirir. Tarix yenidən təkrarlanır?

Read More

Vergi Məcəlləsinin müasir dövrlə ayaqlaşmaqda gecikdiyi normalarından biri də vergi ödəyiciləri ilə yazışmayla bağlı 70-ci maddənin normalarıdır. Bu normanın iki əsas problemi : 1-ci məsələ ondan ibarətdir ki, maddə yalnız vergi orqanından vergi ödəyicisinə göndərilən məlumatlar üzrə müddətləri və qaydaları müəyyən edir. Lakin vergi ödəyicisinin göndərdiyi istər elektron istər fiziki üsulla təqdim edilmiş məktublar, şikayətlər barədə heç bir məsələyə toxunmur. Əmlakın siyahıya alınmasının ən xırda lazımsız prosesual təfərrüatlarına qədər toxunmuş Vergi Məcəlləsinin bu məsələni unutması çox da məqbul deyildir. Bu səbəblə vergi ödəyicisindən vergi orqanlarına göndərilən sənədlər qalır Vətəndaşların müraciətləri haqqında AR qanununun ümidinə . Bəs həmin qanun nə deyir…

Read More

TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının nöbədənkənar iclası keçirləcək. GDP xəbər verir ki, bu barədə TuranBank ASC -nin elanında məlumat verilib. Bildirilir ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının nöbədənkənar iclası 14 avqust 2024-cü il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. Qeyd olunub ki,iclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilib.

Read More

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 326 457 şəxs qəbul edilib və onlara 492 520 sayda xidmət göstərilib GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bildirilir: “Bunlardan 185 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 103 minə çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.” Ümumi elektron xidmətlərin 88,1 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: – Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim…

Read More