- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub. GDP xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artmışdır. ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşmüş, məhsula və…
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüson ilə görüşüb. GDP Azərbaycan Mərkəzi bankının yayımladığı məlumata istinadən xəbər verir ki, görüş zamanı COP29 və yaşıl maliyyə üzrə hədəflər və öhdəliklər, dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması və taksonomiyanın hazırlanmasında BMK ilə əməkdaşlıq müzakirə olunub. Dayanıqlı iqtisadiyyata keçid istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə həmçinin qurumlar arasında ikitərəfli maraq doğuran digər mühüm məsələlər və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Moody’s reytinq agentliyinin hesabatına əsasən, Azərbaycan iqtisadiyyatının dollardan asılılığının azaldılması valyuta bazarlarının əhəmiyyətli volatilliyə məruz qalmasını azaldıb və bu da öz növbəsində kreditlərin xarici risklərə həssaslığını azaldıb. Bankların valyuta riskləri ilə bağlı prudensial tədbirlər sərtləşdiyindən maliyyə sistemində dollarlaşma azalmaqda davam edir. Pul siyasətinin güclü effektivliyi və etibarlılığı qərarların qəbulunda şəffaflığı artıran islahatları, eləcə də makroprudensial risklərin monitorinqi və idarə olunmasına proaktiv yanaşmanı əks etdirir. “2022-ci ilin sonunda yeni əməliyyat çərçivəsinin tətbiqi yolu ilə pul siyasətinin ötürülməsini yaxşılaşdırmaq üçün son və davam edən səylər siyasətin effektivliyini daha da artırmalı və uzunmüddətli perspektivdə inflyasiya hədəflənməsinə keçid üçün zəmin hazırlamalı olan islahatlara sadiqliyi nümayiş etdirir”, hesabatda…
Dünən Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə yer alan mühüm müddəalardan biri Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlaması, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləməsi və BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlamasıdır.Belə bir şəraitdə, BRİCS-ə üzvlük Azərbaycana iqtisadi və geosiyası baxımdan nə verə bilər? BRİCS-ə daxil olmaqla Azərbaycan hansı real faydaları axtarır?2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilat olan BRİCS nüfuzlu bir beynəlxalq təşkilatdır.…
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd “Pacco onlayn ticarət” MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, “MRP” MMC-nin müştəri rəyləri platforması, “Renter” MMC-nin onlayn icarə platforması, “Kodlasan” MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, “AREA Engineering” MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, “Etik Teknoloji Baku” MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, “SOS Avto” MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiq, “BYQR” MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, “Tezfinance Tech” MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat…
2024-cü ilin iyun ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,2 % təşkil etmişdir. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə,iyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çoxbahalaşma parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarınınqiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddidəyişikliklər baş verməmişdir.
2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən101,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 %, qeyriqida məhsulları üzrə 101,0%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9%,yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7% təşkil edib. 2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlakqiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 %, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,4% təşkil etmişdir.
Brent markalı neftin qiyməti 84,4 dollar/barelə düşüb GDP xəbər verir ki, bu səhər benchmark neft qiymətləri enməkdə davam edir. Treyderlər bazar ertəsi Texas sahillərini vuran Beril qasırğasının təsirini, həmçinin tələb proqnozlarını və ABŞ-ın neft ehtiyatları ilə bağlı qeyri-rəsmi məlumatları qiymətləndirirlər. Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları 0,27 dollar və ya 0,32% azalaraq 84,39 dollar/barel təşkil edib. Onların qiyməti 1,09 dollar və ya 1,3% ucuzlaşaraq 84,66 dollar/barelə çatıb ki, bu da iyunun 17-dən bəri minimumdur.
Təbii sərvətlərdən, xüsusilə neft və qaz kimi strateji əhəmiyyətli resurslardan əldə edilən gəlirlər, ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Bu gəlirlərin səmərəli və effektiv idarə edilməsi, uzunmüddətli makroiqtisadi inkişafın təmin edilməsi üçün vacibdir Azərbaycan Dövlət Neft Fondunun (ADNF) fəaliyyəti nəticəsində əldə edilən gəlirlər, dövlət büdcəsinə böyük dəstək verir və müxtəlif sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldilir. Bu layihələr arasında infrastrukturun inkişafı, təhsil və səhiyyə sektorlarının gücləndirilməsi, eləcə də kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkə iqtisadiyyatının diversifikasiyasını təmin edir və neftdən asılılığı azaldır. Fond ölkə büdcəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Neft Fondundan büdcəyə edilən irihəcmli tranferlər…
Dünya Bankının araşdırmasına görə, alıcılıq qabiliyyəti paritetində Azərbaycanın ümumilli gəliri 228 milyard dollar təşkil edib. GDP xəbər verir ki, region ölkələrindən Gürcüstanın ümumi milli gəliri 2023-cü ildə 11,75% artıb,ümumilli gəliri 86,6 milyard dollar təşkil edib. Bu göstəriciyə görə Gürcüstan Avropa İttifaqına üzv olan altı ölkəni: Lüksemburq, İslandiya, Malta, Kipr, Latviya və Estoniyanı qabaqlayır.Ölkə həm də 62,3 milyard dollar ümummilli gəlirlə Ermənistanı qabaqlayır, lakin 228 milyard dollar ümumilli gəlirə malik olan Azərbaycandan xeyli geridədir.
