Close Menu
    What's Hot

    Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

    03 Sentyabr 2026

    Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

    03 Sentyabr 2026

    Niderland 86 ton qızılı Londona daşıyıb

    03 Sentyabr 2026
    Trending
    • Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi
    • Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı
    • Niderland 86 ton qızılı Londona daşıyıb
    • Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb
    • Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib
    • Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
    • Azərbaycanda bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb
    • Apple-ın yeni CEO-su Con Ternus 2027-ci ildə 58 milyon dollar həcmində bonus paketi alacaq
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

      03 Sentyabr 2026
      Recent

      Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

      03 Sentyabr 2026

      Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib

      02 Sentyabr 2026

      Mərkəzi Bankdan maliyyə qurumlarına yeni tələb: müştəri şikayətləri üçün ayrıca funksiya yaradılacaq

      01 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      PAŞA Kapital anderraytinq xidmətlərinin sayına görə Bakı Fond Birjasının üzvləri arasında lider olub

      19 Avqust 2026

      Bakı Fond Birjasında ən çox təkrar bazar əməliyyatını ABB Invest həyata keçirib

      19 Avqust 2026

      Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

      03 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026

      Mis qiymətləri rekord həddə çatıb və yüksəlməkdə davam edir

      26 Avqust 2026

      Səudiyyə Ərəbistanının neft ixracı 2021-ci ildən bəri minimum səviyyəyə düşüb

      25 Avqust 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

      03 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      NVIDIA 96,2 milyard ABŞ dolları gəlir əldə etdi: növbəti hədəf 108 milyarddır,bazardan ehtiyatlı reaksiya: investorlar nə gözləyir?

      27 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

      02 Sentyabr 2026
      Recent

      Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

      02 Sentyabr 2026

      Azərbaycanda bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb

      02 Sentyabr 2026

      SOCAR ABŞ-da 1,65 milyard dollarlıq nəhəng qaz sövdələşməsinə hazırlaşır

      01 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu
    Bank

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu

    10 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Təbii sərvətlərdən, xüsusilə neft və qaz kimi strateji əhəmiyyətli resurslardan əldə edilən gəlirlər, ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Bu gəlirlərin səmərəli və effektiv idarə edilməsi, uzunmüddətli makroiqtisadi inkişafın təmin edilməsi üçün vacibdir

    Azərbaycan Dövlət Neft Fondunun (ADNF) fəaliyyəti nəticəsində əldə edilən gəlirlər, dövlət büdcəsinə böyük dəstək verir və müxtəlif sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldilir. Bu layihələr arasında infrastrukturun inkişafı, təhsil və səhiyyə sektorlarının gücləndirilməsi, eləcə də kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkə iqtisadiyyatının diversifikasiyasını təmin edir və neftdən asılılığı azaldır.

    Fond ölkə büdcəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Neft Fondundan büdcəyə edilən irihəcmli tranferlər dövlətin iqtisadi dayanıqlığının birbaşa təminatçısı rolunda çıxış edir. Beləki, 2024-cü ilin dövlət və icmal büdcənin aparılan dürüstləşdirilmə çərçivəsində Fondun 2024-cü ilin büdcəsində müvafiq dəyişikliklərin edilib, bu dəyişikliklərə əsasən Fondun büdcəsində xam neftin ortaçəkili qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına qədər, müvafiq olaraq Fondun büdcə gəlirləri 12 073,3 milyon manatdan 14 109,2 milyon manata qədər, büdcə xərcləri 12 900,2 milyon manatdan 12 904,9 milyon manata qədər artırılıb. Bununla əlaqədar,  Fondun dürüstləşdirilmiş büdcəsində cari ilin sonuna 1 204,2 milyon manat profisit proqnozlaşdırılır. Neft Fondunun xərcləri ilə bağlı artım isə “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilən xərclər üzrə proqnozun 4,7 milyon manat və yaxud 14,1 % artırılaraq 33,5 milyon manatdan 38,2 milyon manata çatdırılması hesabına olub. 

    Xüsusilə qeyd edilməlidir ki, Dövlət Neft Fondu tək neft satışından deyil, eyni zamanda aktivlərin idarə olunmasından da irihəcmli qazanc əldə edirək maliyyə imkanlarını genişləndirir. 31 may 2024-cü il tarixinə Dövlət Neft Fondunun faktiki daxilolmaları 7440,7 milyon manat, xərcləri 5346,6 milyon manat təşkil edib, Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 1,76 mlrd ABŞ dollar və yaxud 3,1% artaraq 57,8 mln ABŞ dollar təşkil etmişdir. Qeyd edilməlidir ki, Fondun aktivlərinin həcmi 2024-cü ilin əvvəlində 56 069,7 milyon ABŞ dolları təşkil edib. Fondun aktivlərinin bir hissəsini beynəlxalq maliyyə bazarlarında diversifikasiyalı yatırımlara yönəldir. Bu, fondun gəlirlərini sabitləşdirmək və riskləri azaltmaq məqsədi daşıyır. 

    ARDNF də kotirovka olunan səhmlərə investisiyalarını həyata keçirərkən passiv idarəetmə strategiyasından istifadə edir. Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 1465 şirkətin (bu şirkətlərin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır) səhmlərini özündə birləşdirir. Aktivlərinin səmərəli idarə edilməsinin nəticəsidir ki, 2024-cü ilin ilk rübündə Fond aktivlərinin idarə olunmasından 1 846,9 milyon manat gəlir əldə edib. 2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox “Microsoft”un səhmlərinə sahib olub. Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb.

    Fond “Microsoft”un əksinə, “Apple” üzrə səhm portfelini 77 mln. dollar və ya 15,5% azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə “Apple” ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib.

    ARDNF ilk rübdə “NVIDIA”nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. Fondun “NVIDIA” üzrə səhm portfelinin dəyəri 202 mln. dollardan 371 mln. dollara yüksəlib. ARDNF həmçinin, “Amazon” üzrə səhm portfelinin həcmini 233 mln. dollardan 279 milyon dollara çatdırıb.

    Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübdə “Alfabet” (Google) ARDNF-in TOP-5-yinə düşə bilməyib. Ötən ilin sonunda Fond “Alfabet”in 258 mln. dollar həcmində səhminə sahib olub.

    Əvəzində Fond Mark Zukerberqin “Meta platforms”ına 179 milyon dollar həcmdə investisiya edib. Sözügedən İT nəhənglərinin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4,0%, 3,4%, 3,0%, 2,3% və 1,4% təşkil edib.

    Qeyd edək ki, 2024-cü ilin ilk rübündə səhm portfelinə daxil olan TOP-5 şirkət üzrə ümumi yatırımların həcmi 1 mlrd. 742 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% çoxdur. Ötən il bu rəqəm 1 milyard 627 milyon dollar təşkil edib. Dövlət Neft Fondu valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən büdcədənkənar 151,7 milyon manat gəlir əldə edib. 

    ARDNF-nin gəlirləri dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edir. Bu gəlirlər sayəsində hökumət sosial xərcləri artırmış və infrastruktura invetisiya etmişdir. ARDNF-nin maliyyələşdirdiyi sosial proqramlar sayəsində Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, ölkədə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmış və 2003-cü ildəki 43%-dən 2023-cü ildə 5%-ə düşüb. Qeyri-neft sektoru sürətlə inkişaf etmişdir və 2003-cü ildə ÜDM-də 42%-lik paydan 2023-cü ildə 65%-lik paya yüksəlmişdir.

    Son 10 ildə (2013-2023) Azərbaycan manatı ABŞ dolları qarşısında cəmi %15 dəyərsizləşmişdir. Bu, bölgədəki digər valyutalara nisbətən manatın ən sabit valyutalardan biri olduğunu göstərir. ARDNF, valyuta ehtiyatlarından vaxtaşırı manatın dəyərini tənzimləmək üçün istifadə edilir. Neft gəlirlərindən əldə edilən valyuta ehtiyatları, manatın tələbini artırmaq və təzyiqi azaltmaq üçün valyuta hərraclarında satılır. Ölkədə valyutaya tələbin artması vəziyyətində yaranan tələbi qarşılayan Dövlət Neft Fondu ölkədə monetar sabitliyin qorunmasında əvəzsiz rol oynayır. Sabit valyuta məzənnəsi investisiya fəaliyyətini və ticarəti asanlaşdırır, bu da iqtisadi inkişafa təkan verir. Manatın dəyərinin sabitləşdirilməsi və inflyasiyanın aşağı saxlanılması əhalinin həyat səviyyəsinin yaxşılaşmasına kömək edir.

    Fond tərəfindən 2024-cü ilin iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

    Beləkilə, Fondun valyuta satışı iyunda may ayı ilə müqayisədə 153 milyon ABŞ dolları və ya 27,4% az olub.

    Fond tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində,  mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

    Neft Fondunun səmərəli fəaliyyəti və ölkə iqtisadiyyatındakı həlledici təsiri beynəlxaq reytinq agentliklərinin da diqqətindən kənarda qalmayıb. “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqi ilə bağlı proqnozunda Neft Fondunun Azərbaycan iqtisadi inkişafında və dayanıqlığındakı rolunu «Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) saxlanılan suveren sərvətlər əhəmiyyətli dərəcədədir və hökumətin birbaşa borcunu təxminən 5 dəfə örtür.» fikri ilə ifadə edib. 

    Yazı “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

    03 Sentyabr 2026

    Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib

    02 Sentyabr 2026

    Mərkəzi Bankdan maliyyə qurumlarına yeni tələb: müştəri şikayətləri üçün ayrıca funksiya yaradılacaq

    01 Sentyabr 2026

    Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif

    31 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.