- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Beynəlxalq reytinqimiz bu il də yüksəldi. Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq yerli və xarici valyutada uzunmüddətli depozit reytinqimizi Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqləri ilə bağlı qərarı barədə deyib. Abbas İbrahimov qeyd edib ki,reytinq proqnozumuz isə yenə də “Pozitiv” səviyyəsindədir. “Bankımızın aktivlərinin artan keyfiyyəti, yüksək mənfəətliliyi, güclü kapital mövqeyi, likvidliyi, risklərinin məhdudluğu və digər bu kimi müsbət amillər son illər beynəlxalq reytinqlərimizin yüksəlişində də özünü göstərir.Uğurlarımızda payı olan hər kəsə təşəkkürlər”
Fidan Fərzəliyeva “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin müşaviri təyin edilib.GDP xəbər verir ki, barədə AZAL məlumat yayıb.O, bu vəzifəyə təyin olunmazdan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri olub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-2025-ci illərdə təqribən 2 milyard manat həcmində proqnozlaşdırdığı nağd pul vəsaitlərinin generasiyası gözlənilən 9,3 milyard manatlıq borc öhdəliklərini ödəmək üçün kifayət etməlidir. GDP xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinqləri “müsbət” proqnozla təsdiqləndiyi reytinq fəaliyyətində bildirilib. “Bundan əlavə, SOCAR-ın kredit keyfiyyəti onun Azərbaycanın neft-qaz sektorundakı əsas rolunu və milli iqtisadiyyat üçün əhəmiyyətini, 2024-cü ilin birinci yarısında müəyyən azalma olsa da, 2021-2023-cü illərdə sabit karbohidrogen hasilatı həcmini, əhəmiyyətli ehtiyatlar toplayan və lazım gəldikdə şirkətə maliyyə dəstəyi göstərə bilən Azərbaycan hökuməti ilə sıx əlaqələri, bu yaxınlarda hökumət tərəfindən göstərildiyi kimi şirkətin daha intizamlı strateji və maliyyə idarəetməsini…
Qazprombank beynəlxalq iştirakını Çində genişləndirməyi planlaşdırır.GDP xəbər verir ki, “Opora Russia” şirkətinin prezidenti Aleksandr Kalinin bildirib ki, “Gazprombank bu günlərdə yəqin ki,” Çində filial açacaq.Bankın birinci vitse-prezidenti Oleq Melnikov bunu təsdiqlədi: “Bəli, həqiqətən də, ilin sonuna qədər biz Çində bank açacağıq. İndi biz bunun üzərində intensiv işləyirik”.
10 ildən artıq fəaliyyət dövrü ərzində ölkənin kapital bazarlarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” bu ilin II rübünün nəticələrinə əsasən yenə də bazarın lideri olaraq mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb. Bakı Fond Birjası tərəfindən 2024-cü ilin iyun ayı üzrə açıqlanan hesabata əsasən “PAŞA Kapital” 14 milyard 087 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli…
Qırğızıstan Mir kartlarını geri qaytarmaq üçün öz proqram təminatını yaradır.GDP xəbər verir ki, Qırğızıstanın İqtisadiyyat və Ticarət Naziri Daniyar Amangeldiyev məlumat verib. O bildirib:”Elkart sistemimizin əsaslandığı proqram təminatı Qərb tərəfdaşlarına məxsusdur və biz Mir kartlarına xidmət göstərməkdən imtina etmək məcburiyyətində qaldıq.Nazirin sözlərinə görə, yeni proqram təminatı yaradılır. Banklararası Prosessinq Mərkəzi öz məhsulunu hazırlayır.Rusiya bizim əsas strateji tərəfdaşımızdır və digər valyuta əməliyyatlarında məhdudiyyətlər olarsa, biz alternativlər axtaracağıq.
Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında Fərman imzalayıb. GDP xəbər verir ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək. ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. ERİS-in yaradılması və saxlanılması ilə bağlı…
Bu ilin 6 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi əhəmiyyətli şəkildə artaraq 3,388 milyon nəfərə çatıb. Bu, 2,423 milyon sərnişinin daşındığı ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur. “Qafqazinfo” xəbər verir ki, beynəlxalq marşrutlarda 3,045 milyon sərnişin daşınıb. Onların 1,609 milyon sərnişin və ya 53% xarici aviaşirkətlərin, 1,436 milyonu yəni 47%-i isə milli aviadaşıyıcının payına düşüb. Ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Dubay və Əbu-Dabi şəhərləri olaraq qalır ki, burada 6 ay ərzində 1,537 milyon sərnişinə xidmət göstərilib. Bu dövr ərzində Bakı aeroportu 17-si aşağıbüdcəli (loukoster) olmaqla, 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət…
Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır.GDP xəbər verir ki, bu barədə agentlikdən bildirilib. Qeyd olunub ki, yeni yaşayış kompleksi Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində, 5,83 ha torpaq sahəsində inşa ediləcək. Agentlik artıq yeni yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı hazırlıqlara başlayıb.
Azərbaycan COP29 iştirakçılarına pulsuz elektron xüsusi viza verəcək.GDP xəbər verir ki,sənəd ölkəyə yalnız birdəfəlik giriş-çıxışa icazə verir. Yenidən daxil olmaq üçün iştirakçı konvensiyanın qeydiyyat nömrəsindən istifadə edərək yeni viza üçün müraciət etməlidir. Əcnəbilərin ölkəyə giriş tarixindən sonra ən azı 6 ay etibarlı pasportu olmalıdır.Qeyd: “COP29 vizası” üçün müraciət sistemi tezliklə təqdim olunacaq.
