Author: Aynure Gdp

2024-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. Bildilir:”İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.”

Read More

“İnhisarçı mühit, bildiyimiz kimi, hər zaman investisiyaların stimullaşdırılmasını zəiflədir. ” GDP xəbər verir ki,bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Rəqabət Forumunda çıxışı zamanı deyib. O bildirib: “Biz nə üçün inhisarlaşmanın əleyhinəyik, ədalətsiz gəlir transferinə imkanlar yaradır və nəticəsi olaraq iqtisadiyyatda sosial bərabərsizlik dairəsi genişlənmiş olur. Məhz bu məqsədlər üçün rəqabət mühitinin formalaşması və azad sahibkarlığın inkişafı əsas hədəflərdən biridir. İnhisarçı mühitdən fərqli olaraq, azad bazar sahibkarlığı bizim şirkətlərimizin bizim biznes subyektlərinin dayanıqlığını gücləndirməklə xarici böhranlar qabağında bizim dövlətimizin iqtisadiyyatının immunitetini artırmış olur. ” Məmməd Abbasbəyli qeyd edib ki, o nöqteyi nəzərdən də yenə də…

Read More

Sahibkarlarımızın, kiçik orta biznes subyektlərimizin dayanıqlığının və rəqabət qabiliyyətinin təmin olunması üzərində çalışmalıyıq. GDP xəbər verir ki,bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Rəqabət Forumunda çıxışı zamanı deyib. O bildirib: “Əsas məqsədlərimizdən biri rəqabət qanunvericiliyi dedikdə, ölkəmizin, dövlətimizin əsas instrumenti olan hansısa xüsusi müdaxilələr vasitəsilə yox, dövlət tərəfindən çox aydın və lazımi tənzimləmə, qanunverici tənzimləmə mexanizmlərinin tətbiqi və qanunverici tənzimləmə mexanizmlərinin real həyatda tətbiqi nəticəsində iqtisadi inkişafın sahibkarlarımızın, kiçik orta biznes subyektlərimizin dayanıqlığının və rəqabət qabiliyyətinin təmin olunması üzərində çalışmalıyıq.” Məmməd Abbasbəyli qeyd edib: İnhisarçı mühit, bildiyimiz kimi, hər zaman investisiyaların stimullaşdırılmasını zəiflədir.

Read More

Ölkə olaraq iqtisadiyyat ölkə olaraq iqtisadiyyat olaraq rəqabət orqanının əsas məqsədlərindən biri də qəbul olunmuş rəqabət qanunvericiliyinin iqtisadiyyata tam adaptasiyasını təmin etməkdir, tam mənimsənilməsini təmin etməkdir. GDP xəbər verir ki,bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Rəqabət Forumunda çıxışı zamanı deyib. O bildirib: “Rəqabət mədəniyyəti dediyimiz bu məfhum elə bunu özündə ehtiva edir ki, biz rəqabət qanunvericiliyinin bütün ölkəmizdə tam mənimsənilməsini təmin edə bilər.” Məmməd Abbasbəyli qeyd edib: “Rəqabət mədəniyyəti dedikdə rəqabətin gətirdiyi faydaları mütləq qaydada müzakirə etmək vacibdir və bu forumun növbəti panellərində bu isti müzakirələr aparılacaqdır”

Read More

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. GDP xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb. Bildirilib ki, ixracın 51 faizi (6,4 milyard kubmetri) Avropanın, 39 faizi (5 milyard kubmetri) Türkiyənin, 10 faizi (1,3 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.Hesabat dövründə TANAP Türkiyəni 2,8 milyard kubmetr qazla təchiz edib. Cari ilin ilk 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz artıb.

Read More

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib. Bu barədə OPEC-in aylıq hesabatında bildirilir. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106,31 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,85 mln. barel çoxdur. OPEC bu il üçün qlobal neft tələbatının 104,46 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir. Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir. Qeyd edək…

Read More

Sifariş icra edilmədikdə, sifariş üzrə ödənilmiş məbləğ investorun bank hesabına geri qaytarılacaq. GDP xəbər verir ki, bunu ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı barədə məlumat verən “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadə deyib. O bildirib: “Bir mühüm məlumatı da diqqətə çatdırmaq istərdim. Nəzərə alaraq ki, səhmlərin dəyərini əvvəlcədən ödəyən investorların vəsaitləri 10 sentyabr tarixinə qədər ABB-də qalacaq, onların bu vəsaitlərindən də qazanmaları üçün ABB daha bir sərfəli fürsət yaradıb.” Nadir Babazadə ABB səhmlərini əldə edə bilməyib vəsaiti geri qaytarılanlara faiz ödəniləcəyini qeyd edib: ” Onlar 10 sentyabr tarixinə qədər ABB-də qalan vəsaitlərinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər.…

Read More

Bu gün Xəzərin “Abşeron” qaz-kondensat yatağından hasilata başlanmasından bir il keçir. GDP xəbər verir ki, yatağın hasilata başlamasından ötən 1 il ərzində yataqdan bir hasilat quyusundan 1,5 milyard kubmetr təbii qaz və 580 min ton (təxminən 4,7 milyon barel) kondensat çıxarılıb Abşeron layihəsinin səhmdarları Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR Totalenergies və ADNOC şirkətləridir.

Read More

Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucovun rəhbərliyi ilə nümayəndə heyəti “Visa” təşkilatının MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə görüşüb.GDP xəbər verir ki, görüş çərçivəsində ictimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi, ağıllı şəhər və ağıllı kənd konsepsiyasının tətbiqi, eləcə də rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının qarşısının alınması kimi məsələlər müzakirə olunub.Görüşdə həmçinin qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən və perspektivdə olan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Read More

Abunə yazılışının müddətinin sonunda ABB-nin üstünlük hüququndan istifadə etmək niyyəti bildirmiş səhmdarlarının sifarişləri xaric, bütün sifarişlər qiymətə görə sıralanmaqla icra olunacaq. GDP xəbər verir ki, bunu ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı barədə məlumat verən “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadə deyib. O bildirib:” Əgər toplanan sifarişlər üzrə alınan səhmlərin sayı təklif edilən səhmlərin sayından, yəni 322 000 000 ədəddən çox olsa, daha yüksək qiymətlə verilmiş sifarişlər ilk növbədə icra ediləcək.” Nadir Babazadə eyni qiymətə verilmiş sifarişləriicra edilmə şərtlərinə də aydınlıq gətirib.: “Eyni qiymətlə verilmiş sifarişlər isə sifariş üzrə alınan səhmlərin sayına görə mütənasib qaydada icra ediləcək.”

Read More