- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankı ödəniş daxilolmaları əsasında aktivlik indeksi hazırlayıb.İndeksin qeyri-neft-qaz ÜDM-in artım tempi ilə korrelyasiyası 45% təşkil etsə də, korrelyasiya əmsalı 2020-ci ilin yanvar ayından etibarən 66%-ə yüksəlir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi “Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabatın”da məlumat verilib. Bildirilir ki, hesabatda qeyri-neft-qaz ÜDM-in yüksək tezlikdə izlənilməsi məqsədilə ödəniş daxilolmaları əsasında aktivlik indeks hazırlanmış və qeyri-neft-qaz ÜDM-in rüblük artım tempi ilə əlaqəsi Şəkil 1-də göstərilib. Qeyd olunur ki, indeksin hesablanması məqsədilə iqtisadi fəaliyyət sahələri üzrə mövsümi təmizlənmiş ödəniş daxilolmaları “Əsas komponentlərin təhlili” (Principal component analysis) metodu vasitəsilə vahid indeksdə aqreqatlaşdırılmışdır. İndeksin qeyri-neft-qaz…
İqtisadi Zonaların İnkişafı Agentliyinin və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Özbəkistanın “TST Textile Group” MMC-nin təsisçiləri ilə görüş keçirilib. Bu barədə GDP-yə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib. Qeyd edilib ki, görüşdə iyulun 5-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan İmişli rayonunda yerləşən aqroparkın 5826 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair imzalanmış müqavilənin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. “TST Textile Group” MMC tərəfindən 5826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq ki, bu da ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28.7 milyon manat investisiya yatırılacaq. Bundan başqa…
“Bank VTB (Azərbaycan)” ASC 2024-cü ikinci rübünü (yanvar-iyun) 4 milyon 720 min manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 1 milyon 27 min manat və ya 17.8% azdır. 2023 cü ilin ilk 6 ayı ərzində “Bank VTB (Azərbaycan)” ASC 5 milyon 747 min manat xalis mənfəət əldə edib. Bank dövr ərzində mənfəət vergisi ödəməyib. GDP xəbər verir ki, 2024-cü ilin 2 rübü ərzində “Bank VTB (Azərbaycan)” ASC -nin öhdəlikləri ötən ilin müvafiq dövründə olan 158 milyon 845 min manatdan 34 milyon 587min manat yaxud 17.8% artaraq 193.432 min manata qədər artıb. “Bank…
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə Mərkəzi Banka müştəriləri tərəfindən ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (2.93 indeksi ilə) olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin iyun ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında “Bakı Sığorta” 2.81 indeksi ilə növbəti dəfə ikinci, “Paşa Sığorta” 1.12 indeksi ilə siyahıda üçüncü olub. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:
Qazaxıstan Mərkəzi Bankı bu il üçüncü dəfə baza dərəcəsini azaldıb – 14,5%-dən 14,25%-ə endirib. GDP xəbər verir ki, baza (əsas) faiz dərəcəsi kommersiya banklarının Mərkəzi Bankdan borc ala biləcəyi faizdir. Onu alan kommersiya bankları artıq bu pulları şirkətlərə və vətəndaşlara öz faizləri ilə borc verirlər ki, bu da Mərkəzi Bankın faizindən bir qədər yüksəkdir.
Qızıl qiymətləri ABŞ-da inflyasiyanın yavaşlaması siqnalları treyderlərin Federal Ehtiyat Sisteminin pul siyasətini yumşaldacağına dair ümidlərini artırdığından mayın sonundan bəri ən yüksək səviyyəyə qalxıb. GDP xəbər verir ki, Nymex-də avqust qızıl fyuçersləri 1,9% bahalaşaraq 1 unsiya üçün 2424,8 dollar təşkil edib. Müqavilələr mayın sonundan bəri ilk dəfə bir unsiya üçün 2400 dollardan yuxarı satılır.Qızılın qiyməti mayın 20-də rekord həddə çataraq bir unsiya üçün 2477 dollara çatıb və bundan sonra kəskin ucuzlaşıb.
Amerika fond indeksləri ticarətdə vahid dinamikanümayiş etdirməyib.ABŞ-da inflyasiyanın azalması treyderlərin Federal Ehtiyat Sisteminin tezliklə pul siyasətini yumşaltmağa başlayacağına dair ümidlərini artırır, Cümə axşamı Bakı vaxtı ilə saat 17:10-a olan məlumata görə, Dow Jones Industrial Average indeksi 120,79 bənd və ya 0,3% artaraq 39 842,15 bənd təşkil edib. Standard & Poor’s 500 0,31 bənd və ya 0,01% artaraq 5 634,22 bənd olub. Nasdaq Composite 56,56 bənd və ya 0,3% itirərək 18,590,89-a düşüb.
IDC analitiklərinə istinadən Bloomberg-in məlumatına görə, 2024-cü ildə Apple Vision Pro qulaqlıqlarının dünya üzrə satışlarının gözləniləndən xeyli aşağı olacağı gözlənilir – 500 000 ədəddən çox olmayacaq. İnsanların qadcetdən üz döndərmələrinin əsas səbəbi onun çəkisi və məzmunun olmamasıdır. Agentliyin məlumatına görə, satışda təsirsiz başlanğıc Apple-ı qarışıq reallıq qulaqlıqlarının daha sərfəli modelini yaratmağı düşünməyə vadar etdi – təxminən indi təklif olunanın yarı qiymətə. Hazırkı qulaqcığın qiyməti 3500 dollardır. Görünür, məsələ təkcə və ya ilk növbədə qiymətlə bağlı deyil. Hazırda oyundan kənar genişlənmiş və ya tam virtual reallığa ciddi tələbat yoxdur. Texnoloji cəhətdən bu cür cihazlar da mükəmməl deyil və insanların yalnız dar…
“Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 10 qəpik ödəniş tutulur. Əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. GDP xəbər verir ki,hazırda SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 20 qəpik ödəniş etməlidirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Qafqazinfo-ya bildirib ki, tutulan məbləğ “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiyadır. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur.
Son həftələrdə Çin Xalq Bankı (ÇXB) ölkənin suveren istiqraz bazarında köpüyün formalaşmasından zaman keçdikcə daha çox danışır. İndi ÇXB, problemi müzakirə etmək əvəzinə onilliklər ərzində bazara ilk müdaxiləsinə hazırlaşmağa keçib. Cümə günü mərkəzi bank, tələbi ödəmək üçün bazarda sata biləcəyi bir neçə yüz milyard yuan uzunmüddətli istiqrazlar almaq üçün bir neçə qurumla müqavilə imzaladığını açıqlayıb. Bu addımlar mərkəzi bankın suveren istiqrazlara pul axınını azalmaq əzminin hələ də ən güclü siqnalıdır. Mərkəzi bank ehtiyat edir ki, alıcılar, məsələn, regional banklar, gəlirlərin kəskin artması və aktivlərinin dəyərinin aşağı düşməsi halında problemlərlə üzləşə bilər və bu, “Silikon Vadisi” Bankının ötən il çökməsinə bənzər…
