“Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 10 qəpik ödəniş tutulur. Əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı.
GDP xəbər verir ki,hazırda SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 20 qəpik ödəniş etməlidirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Qafqazinfo-ya bildirib ki, tutulan məbləğ “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiyadır. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur.