- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı minik avtomobillərinin idxalı və satışı ilə məşğul olan “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. Xidmətdən GDP-yə verilən məlumata görə, yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Auto Azərbaycan” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması prosesində “Auto…
Bitcoin, kriptovalyutalara qarşı yüksəliş əhval-ruhiyyənin canlanması fonunda təxminən bir ayın ən yüksək səviyyələrinə çataraq 65.000 dolları keçib. GDP xəbər verir ki, Bitkoin indi kriptovalyuta tərəfdarı kimi tanınan ABŞ-ın keçmiş prezidenti Donald Trampın həftə sonu uğursuz sui-qəsd cəhdindən sonra noyabrda Ağ Evi geri alacağına dair artan optimizm fonunda iyul ayının minimum göstəricisindən 20%-dən çox bahalaşıb.
Azərbaycan Mərkəzi Bankının sədrinə yeni məsləhətçi təyin edilib. GDP xəbər verir ki, 2024-cü ilin iyul ayından etibarən Bəhruz Balayev Mərkəzi Bankın sədrinin müşaviri təyin edilib. O, 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayına qədər Birləşmiş Millətlər Təşkilatında məsləhətçi kimi çalışıb. Bəhruz Balayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2001 – 2005-ci illərdə “Siyasi Elm və Dövlət İdarəçiliyi” üzrə bakalavr təhsili alıb. 2013-2014-cü illərdə Harvard Kennedi Məktəbində “Dövlət İdarəçiliyi” üzrə magistr dərəcəsini bitirib . Mənbə:Banker.az
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib. SOCAR-dan GDP-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib. Daha sonra iclasda SOCAR-ın “Yeni Əməliyyat Modeli”nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub. Görüşdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə…
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının könüllü tibbi sığortası və balansındakı avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə elan etdiyi açıq tenderlərə yekun vurub. GDP xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən hər iki tenderin qalibi “Meqa Sığorta” şirkəti olub. Tenderin nəticələrinə əsasən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi Şəxs ilə “Meqa Sığorta” ASC arasında müvafiq sığorta müqavilələrinin bağlanması nəzərədə tutulur.
Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub. GDP xəbər verir ki, görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti “FOODEX Japan 2024” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında yerli məhsulları təqdim edib. Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində Agentlik tərəfindən Yaponiya üzrə “İxrac bələdçisi”nin hazırlandığı da qarşı tərəfin diqqətinə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.
Dövlət büdcəsinin xərcləri. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib. 2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16052,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2297,8 milyon manat (16,7 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 43,7 faizini təşkil edir ki, bu da…
Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb. GDP xəbər verir ki, məlumatda deyilir: Dövlət büdcəsi 2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 18842,9 milyon manat, xərcləri 16052,1 milyon manat olmuş, 2790,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. Dövlət büdcəsinin gəlirləri. 2024-cü ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 16940,6 milyon manat proqnoza qarşı 18842,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1902,3 milyon manat və ya 11,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3363,0 milyon manat çoxdur. Azərbaycan Respublikasının…
2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib. Xidmətdən GDP-yə verilən məlumatda bildirilir ki, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13 faiz artıb. Ödənilən vergilərin 70.9 faizi qeyri-neft-qaz sektorunun, 29,1 faizi isə neft-qaz sektorunun payına düşüb. Naxçıvanda vergi daxilolmaları 27,9 % artıb 2024-cü ilin yanvar – iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi…
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin iyun ayı üzrə Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edib. Siyahıda yer almayan banklar üzrə ay ərzində Mərkəzi Banka şikayət daxil olmayıb.
