Author: Aynure Gdp

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib. GDP xəbər verir ki, Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb. AZAL Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “Mpay” QSC-yə və ”Paysis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.  GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.”Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib. Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions”, “United Payment”, “Modenis”, “PashaPay” və “Mobile Payment Solutions” MMC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 8-ə çatıb.

Read More

Yaxın aylarda Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı qiymətləndirmələrə başlaması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Rəşad Orucov “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclasında bildirib. “Bu xüsusda işçi qrupunun yeni Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasının həm dövlət, həm də özəl sektor nümayəndələri arasında aparılacaq qiymətləndirmə nəticələrinə müsbət təsir edəcəyini gözləyirik”, – deyə o qeyd edib. Mənbə: Report

Read More

Bakı Zooparkına giriş qiyməti qalxdı GDP xəbər verir ki,əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb: 2 manat. Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər.

Read More

Avropa Mərkəzi Bankı gözlənildiyi kimi uçot faiz dərəcəsini 4.25%-də sabit saxladı GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı gözlənildiyi kimi 2024-cü ilin iyul ayında faiz dərəcəsini dəyişməz saxlamağa qərar verib. Cari məlumatlar onların əvvəlki inflyasiya proqnozunu dəstəkləyib.Bəzi inflyasiya göstəriciləri may ayında müvəqqəti amillərlə əlaqədar artıb, lakin iyun ayında inflyasiya sabitləşib və ya azalıb. Yüksək əmək haqqı artımının inflyasiyaya təsiri mənfəətlə azaldılıb və pul siyasəti məhdudlaşdırıcı olaraq qalır. Buna baxmayaraq, daxili qiymət təzyiqləri və xidmət inflyasiyası hələ də yüksəkdir və ümumi inflyasiyanın gələn il hədəfin üzərində qalacağı gözlənilir. Şura inflyasiyanı 2%-ə qaytarmağı hədəfləyir və lazım gəldikdə məhdudlaşdırıcı siyasət dərəcələrini saxlayacaqdır. Faizlər…

Read More

Donald Trump JP Morganın direktorunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri təyin edəcəyini açıqlayıb. GDP xəbər verir ki,bu barədə ABŞ kütləvi informasiya vasitələrində məlumat yayımlanıb. Bildirilir ki, ABŞ prezidentliyinə namizəd,eks ABŞ prezidenti Donald Tramp Amerika bank sisteminin ən böyük simalarından biri olan Ceymi Dimonu Federal Ehtiyatlar Sisteminin sədri vəzifəsinə namizəd kimi irəli sürmək niyyətindədir.

Read More

Neft qiymətlərindəki artım, keçən həftə ABŞ-da bu növ yanacaq ehtiyatlarının gözləniləndən daha əhəmiyyətli azalması ilə bağlı məlumatlar ilə gücləndirilib.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:35-ə qədər 1,01 dollar və ya 1,21% artaraq bir barel üçün 84,74 dollar olub. Bu vaxta qədər Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin fyuçersləri 1,35 dollar və ya 1,67% artaraq 1 barelə görə 82,11 dollar olub.

Read More

ABŞ-ın neft ehtiyatları həftə ərzində 4,87 milyon barrel azalıb GDP xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilirBildirilir ki, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 4,87 milyon barrel azalaraq 440,23 milyon barrelə düşüb, .Benzin ehtiyatları 3,33 milyon barel artıb. Kommersiya kondensat ehtiyatları 3,45 milyon barel artaraq 128,07 milyon barelə çatıb.Mütəxəssislər neft ehtiyatlarının 1,08 milyon barrel azalacağını, benzin ehtiyatlarının 1,23 milyon barrel azalacağını və kondensat ehtiyatlarının 200 min barrel artacağını gözləyirdilər.

Read More

Dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən GDP-yə bildirilib ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.  Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma…

Read More