- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Bitcoin, ETF-lərdən vəsait axını artdıqca 68 min dollar həddini aşıb. GDP xəbər verir ki, Bitcoin 68.000 dollardan yuxarı qalxıb və iyun ayının ortalarından bəri ən yüksək səviyyəyə çatıb, çünki iyul ayında ABŞ-da Bitcoin birjasında satılan spot fondlar yeni bir rekord müəyyən edərək 17 milyard dollardan çox pul toplayıb. Əsas investorlar BlackRock-dan IBIT və Fidelity-dən Fbtc idi, xalis daxilolmaları müvafiq olaraq 19 milyard dollar və 10 milyard dollar olub. Trump-ın ikinci prezidentliyi müddətində kriptovalyutalar üçün daha əlverişli tənzimləmə mühiti gözləyərək kripto aktivlərini dəstəkləməyə davam edib.Trump bu ayın sonunda Tennessi ştatının Nashville şəhərində konfransda çıxış etmək niyyətindədir və bəzi analitiklər bitcoin-i ABŞ-ın…
Microsoft qlobal nasazlığın təxminən 8,5 milyon Windows cihazına təsir etdiyini açıqlayıb. GDP xəbər verir ki, ancaq bunun ümumi sayın 1% – dən az olması korporasiyada narahatlığı azaldıb. Müştərilərlə birbaşa işləyən yüzlərlə Microsoft mühəndisi və mütəxəssisi səhv yeniləmənin nəticələrini aradan qaldırmağa davam edir. Şirkət qeyd edir ki, hadisə “geniş ekosistem” in – bulud xidmətləri, proqram platformaları, təhlükəsizlik və digər proqram təminatçılarının, eləcə də müştərilərin bir-biri ilə əlaqəli xarakterini göstərdi.
Mərkəzi Bank tərəfindən mətbuat nümayəndələri üçün növbəti təlimlər 19 iyul tarixində keçirilib. GDP xəbər verir ki, Mərkəzi Bankın nümayəndələri tərəfindən təqdimat formasında təşkil olunan bu təlimlərdə “Pul siyasətinin transmissiyası” və “Xüsusi tənzimləmə rejimi” mövzuları əhatə olunub. “Pul siyasətinin transmissiyası” mövzusuna dair təqdimatda pul siyasətinin ötürücülüyünün mahiyyəti, pul siyasətinin hədəfləri və alətləri, Azərbaycanda pul siyasətinin transmissiyasının faiz kanalının gücləndirilməsi istiqamətində görülən tədbirlər və bu tədbirlərin nəticələri və s. kimi mühüm məqamlara dair məlumatlar səsləndirilib. Qeyd olunub ki, ölkədə banklararası pul bazarının aktivləşməsi, pul bazarı üzrə bençmark faiz indekslərinin formalaşması, bu indekslərin faiz dəhlizi daxilində idarə edilməsi faiz ötürücülüyünün gücləndirilməsi istiqamətində əldə…
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) Sahibsoy Tural Sahib oğlunun, eləcə də Məmmədov Tərlan Vidadi oğlunun və Rüstəmov Musa Vəli oğlunun sığorta agenti lisenziyalarını ləğv edib. Məlumata görə, bu qərar iyulun 8-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, 1-ci halda könüllü müraciət əsasında, digərlərində isə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yaranmasının nəzərə alınaraq ləğv olunub.
“Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik”. GDP xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. “2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resurslar Avropaya mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.
Qızılın qiyməti kəskin ucuzlasıb. GDP xəbər verir ki, bəzi analitiklər bu həftənin əvvəlində tarixi maksimuma çatdıqdan sonra məntiqi bir geri çəkilməni mümkün hesab edirlər. Comex birjasında avqust qızıl fyuçerslərinin kotirovkaları cümə günü hərracda 2,1% azalaraq unsiyası 2405,6 dollara düşüb. Qızılın ucuzlaşması kəskin görünsə də, bu, əsasən Qərb investorlarının fərziyyələri ilə idarə olunan bazar üçün olduqca tipik bir davranışdır. eksperlər hesab eder ki, Şanxayda güclü qiymət endirimləri başlayıb və bu, bəlkə də dünyada, xüsusən də bir nömrəli qiymətli metalın istehlakçısı olan Çində zərgərlik və pərakəndə investisiyalara tələbin azalma dinamikasının artması ilə bağlı narahatlığı göstərir. Bununla yanaşı qızılın qiymətindəki azalma, istiqraz və…
ABB-nin Londonda təqdim olunan nüfuzlu Euromoney Mükafatına – “Ölkənin Ən Yaxşı Bankı” adına layiq görüldüyünü elan etməkdən qürur duyuruq. GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib: “Son illərdə Euromoney Azərbaycanda heç bir bankı mükafatlandırmayıb və bu amil bu mükafatı daha da əhəmiyyətli edib” Abbas İbrahimov qeyd edib: “2023-cü ilin noyabrında “The Banker” tərəfindən verilən mükafatdan sonra bu şərəf bizim innovasiyalara və müştəri məmnuniyyətinə sadiqliyimizi vurğulayır.Zəhmət və ehtiras üçün komandamıza xüsusi təşəkkür edirik. Biz birlikdə bank sektorunda yeni standartlar müəyyən edirik”
Tramp ABŞ-da enerji xərclərini azaltmağa və neft hasilatını artırmağa söz verib. GDP xəbər verir ki, prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası zamanı ABŞ-da enerji xərclərini azaltmağa və neft hasilatını artırmağa söz verib. O, bu sözləri Bloomberg Businessweek-ə müsahibəsində deyib. Sabiq prezidentin sözlərinə görə, ABŞ-da neft hasilatını artırmaq üçün ləğv edilməli olan bir neçə qaydalar var. Bu, həm də potensial olaraq enerji xərclərini azalda bilər, çünki ölkədə bütün lazımi resurslar var. Donald Tramp əmindir ki, ABŞ dünyanın hər hansı digər ölkəsindən daha böyük enerji ehtiyatlarına malikdir. O hesab edir ki, günəş və külək elektrik stansiyaları çox baha olduğu üçün səmərəsizdir. Ona…
Neftin qiymətinin azalması bir qədər sürətləndi.GDP xəbər verir ki, Lndonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri Bakı vaxtı ilə saat 17:14-ə olan məlumata görə, bir barel üçün 0,45 dollar və ya 0,53% ucuzlaşaraq 84,63 dollar olub.Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,36 dollar və ya 0,43% ucuzlaşaraq 82,49 dollar/barelə bərabər olub.
Azərbaycan “yaşıl enerji”nin tədarükü, “yaşıl hidrogen” istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. GDP xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə bildirilib. Görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir. Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsində önəmi vurğulanıb. Nazirlər həmçinin…
