Neft qiymətlərindəki artım, keçən həftə ABŞ-da bu növ yanacaq ehtiyatlarının gözləniləndən daha əhəmiyyətli azalması ilə bağlı məlumatlar ilə gücləndirilib.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:35-ə qədər 1,01 dollar və ya 1,21% artaraq bir barel üçün 84,74 dollar olub.
Bu vaxta qədər Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin fyuçersləri 1,35 dollar və ya 1,67% artaraq 1 barelə görə 82,11 dollar olub.