Beynəlxalq maliyyə və əmtəə bazarlarında qarışıq dinamika müşahidə olunur.
GDP xəbər verir ki, Bitcoin 1,30% ucuzlaşaraq 84 360 dollara enib. ABŞ dolları indeksi isə 0,20% artaraq 102,03 səviyyəsinə yüksəlib.
Asiya bazarlarında Şanxay indeksi 0,31% yüksələrək 3 842,19 bənd təşkil edib. Honq Konqun Hang Seng fyuçersləri 0,60%, Yaponiyanın Nikkei 225 fyuçersləri isə 0,83% geriləyib. Avropada Euro Stoxx 50 fyuçersləri 0,64% ucuzlaşıb. ABŞ-ın S&P 500 fyuçerslərində 0,06%-lik cüzi artım qeydə alınıb.
Enerji bazarında Brent markalı neftin qiyməti 0,95% artaraq 101,54 dollara, təbii qazın qiyməti isə 0,90% yüksələrək 3,138 dollara çatıb.
Qiymətli metallar bazarında azalma üstünlük təşkil edib. Qızıl 0,38% ucuzlaşaraq 4 171,26 dollar, gümüş isə 0,64% geriləyərək 61,198 dollar səviyyəsində qərarlaşıb. Mis də 0,26% dəyər itirib.
Digər əmtəələr arasında ən yüksək artım uranda qeydə alınıb. Qlobal uran göstəricisi 4,01% yüksələrək 41,80-ə çatıb. Nikel 0,17% bahalaşaraq 15 657,75, alüminium isə 0,63% artaraq 3 145 səviyyəsində olub.
ABŞ-ın 10 illik xəzinə istiqrazları üzrə fyuçerslər isə 0,21% azalaraq 104,28 səviyyəsinə enib.


