“Dünya nəhəng mayeləşdirilmiş təbii qaz (LNG) qıtlığı ilə üzləşib”: Avropanın qaz anbarları cəmi 72 faiz dolub ki, bu da payız fəsli üçün müşahidələr tarixinin ən aşağı göstəricisidir.
⠀
“Avropanın Rusiya qazından imtina etməsindən və Yaxın Şərqdəki böhrandan sonra tədarük kəskin azalıb – Hörmüz boğazının bağlanması səbəbindən Qətər fors-major elan edib, LNG çatışmazlığı isə 39 milyon ton həcmində qiymətləndirilir”.
⠀
Mövcud şəraitdə Avropanın qaz anbarları cəmi 72 faiz doludur – bu, ilin həmin dövrü üçün tarixi minimum hədd sayılır. Almaniyada isə analoji göstərici cəmi 57 faiz təşkil edir. Bununla belə, mövcud defisit artıq istehsalçıları yeni layihələrin icrasına başlamağa sövq edir.
⠀
Qlobal LNG bazarı kəskin çatışmazlıqdan dağıdıcı artıqlıq vəziyyətinə keçə bilər. 2030-cu ilə qədər dünyada ümumi tədarükün illik 630 milyon tona çatacağı ehtimal edilir, lakin “Rystad Energy” şirkətinin hesablamalarına görə, qlobal tələbat yalnız 574 milyon ton olacaq.
⠀
Əgər Qətər hasilatı tam gücü ilə bərpa edərsə və planlaşdırılan bütün yeni güclər işə salınarsa, bazarda 55-75 milyon tonluq izafi qaz kütləsi yarana bilər. Bu isə öz növbəsində qiymətlərin kəskin şəkildə ucuzlaşması və uzun illər davam edəcək yeni disbalans riski yaradır.
Trending
- Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb
- “Azərbaycan Dəmir Yolları” ilə yükdaşımalar 13%, tranzit daşımaları 20%, konteyner daşımaları isə 18% artıb
- “A Group Sığorta”nın gəlirləri 4,3% artsa da, xalis mənfəəti 23,4%, pul vəsaitləri isə 36% azalıb
- Gümüşün qiyməti 200 günlük orta göstəricidən 30% aşağı düşüb – 2020-ci ilin martındakı vəziyyət təkrarlanır
- “Atəşgah Sığorta”nın aktivləri 11,36 milyon manat, gəlirləri 9,68 milyon manat artsa da, xalis mənfəəti 0,75% azalıb
- Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüşüb
- Zeynal Kərimzadə: “2027-ci ildə Özbəkistanda “Real Madrid Foundation” ilə tərəfdaşlıq layihəmizə start verəcəyik”
- Fərid Osmanov “Deloitte Portugal” rəhbərliyi ilə görüşüb: süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

