Ölkə olaraq iqtisadiyyat ölkə olaraq iqtisadiyyat olaraq rəqabət orqanının əsas məqsədlərindən biri də qəbul olunmuş rəqabət qanunvericiliyinin iqtisadiyyata tam adaptasiyasını təmin etməkdir, tam mənimsənilməsini təmin etməkdir.
GDP xəbər verir ki,bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
O bildirib: “Rəqabət mədəniyyəti dediyimiz bu məfhum elə bunu özündə ehtiva edir ki, biz rəqabət qanunvericiliyinin bütün ölkəmizdə tam mənimsənilməsini təmin edə bilər.”
Məmməd Abbasbəyli qeyd edib: “Rəqabət mədəniyyəti dedikdə rəqabətin gətirdiyi faydaları mütləq qaydada müzakirə etmək vacibdir və bu forumun növbəti panellərində bu isti müzakirələr aparılacaqdır”