Abunə yazılışının müddətinin sonunda ABB-nin üstünlük hüququndan istifadə etmək niyyəti bildirmiş səhmdarlarının sifarişləri xaric, bütün sifarişlər qiymətə görə sıralanmaqla icra olunacaq.
GDP xəbər verir ki, bunu ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı barədə məlumat verən “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadə deyib.
O bildirib:” Əgər toplanan sifarişlər üzrə alınan səhmlərin sayı təklif edilən səhmlərin sayından, yəni 322 000 000 ədəddən çox olsa, daha yüksək qiymətlə verilmiş sifarişlər ilk növbədə icra ediləcək.”
Nadir Babazadə eyni qiymətə verilmiş sifarişləriicra edilmə şərtlərinə də aydınlıq gətirib.: “Eyni qiymətlə verilmiş sifarişlər isə sifariş üzrə alınan səhmlərin sayına görə mütənasib qaydada icra ediləcək.”