Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucovun rəhbərliyi ilə nümayəndə heyəti “Visa” təşkilatının MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə görüşüb.
GDP xəbər verir ki, görüş çərçivəsində ictimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi, ağıllı şəhər və ağıllı kənd konsepsiyasının tətbiqi, eləcə də rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının qarşısının alınması kimi məsələlər müzakirə olunub.
Görüşdə həmçinin qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən və perspektivdə olan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Trending
- Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
- Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
- Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
- Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
- Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
- BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
- Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
- Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

