Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüson ilə görüşüb.
GDP Azərbaycan Mərkəzi bankının yayımladığı məlumata istinadən xəbər verir ki, görüş zamanı COP29 və yaşıl maliyyə üzrə hədəflər və öhdəliklər, dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması və taksonomiyanın hazırlanmasında BMK ilə əməkdaşlıq müzakirə olunub.
Dayanıqlı iqtisadiyyata keçid istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin qurumlar arasında ikitərəfli maraq doğuran digər mühüm məsələlər və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.