- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb. GDP xəbər verir ki, son 1 ildə Azərbaycanda sığortalanan əkinlərin sahəsi 1,5 dəfə, fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri 2 dəfədən çox artıb. Azərbaycanda aqrar sahənin – əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının dövlət sığortası ilə məşğul olan Aqrar Sığorta Fondu (ASF) 2024-cü ilin yanvar-may aylarının nəticələrini açıqlayıb. 2024-cü ilin yanvar-may aylarında sığorta hadisələrindən zərər çəkmiş fermer və təsərrüfatlara, ümumilikdə, 2 milyon 572 min manat sığorta ödənişi edilib. Sığorta ödənişlərindən 2 milyon 21 min manat əkin sahələri, 551 min manatı isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib. 2023-cü ilin…
Dow Jones Industrial Average, demək olar ki, hamısı dividend ödəyən 30 mavi çip şirkətindən ibarətdir. İndeks S&P 500 və Nasdaq Composite-dən daha çox gəlir gətirsə də, onun səhmlərindən yalnız ikisi 5%-dən çox gəlir gətirir. Verizon Communications (NYSE: VZ) 6,5% gəlirlə onlardan biridir. Digəri Dow kimya şirkətidir (NYSE: DOW).Bunun Dow Jones Industrial Average-dəki “Dow” ilə heç bir əlaqəsi yoxdur. Qarışıqlığı bir kənara qoysaq, Dow-un əla qiymətləndirilməmiş yüksək gəlirli dividend səhmi olmasının səbəbi budur. Dow tənəzzüldədir Dow-un dörd əsas seqmenti var: qablaşdırma, infrastruktur, istehlakçı və mobillik. Seqmentdən və ya müştəridən asılı olmayaraq, şirkətin məqsədi mümkün olan ən aşağı qiymətə plastik, köpük, gel,…
Beynəlxalq Valyuta Fondu (BVF) ölkələrə borc verən beynəlxalq təşkilatdır. 1944-cü ildə yaradılmış BVF, dünya iqtisadi stabilliyi təmin etmək, qlobal ticarəti dəstəkləmək, iş yerləri yaratmaq və iqtisadi artımı təşviq etmək məqsədilə fəaliyyət göstərir. BVF-nin əsas funksiyalarından biri ölkələrə maliyyə yardımı göstərməkdir. Ölkələr maliyyə çətinlikləri ilə üzləşəndə və iqtisadi problemləri həll etmək üçün dəstək tələb etdikdə BVF-yə müraciət edirlər. BVF-nin maliyyə yardımı göstərməsi üçün müəyyən şərtlər və proqramlar təklif olunur. Şərtlər hər bir ölkənin spesifik problemlərinə və ehtiyaclarına görə dəyişə bilər. BVF maliyyə yardımı göstərərək ölkəyə lazım olan likvidliyi təmin edir. Bu yardımlar, adətən, aşağı faiz dərəcələri ilə və müəyyən müddət ərzində…
Çinlə Avropa İttifaqı (Aİ) arasında ticarət müharibəsi noyabrda başlayacaq. GDP xəbər verir ki, bu proqnozla Pekin Universitetinin mütəxəssisləri çıxış ediblər. Onların fikrincə, Çin Aİ-yə avtomobil tarifləri ilə bağlı qərarını yenidən nəzərdən keçirmək və ya əsaslandırmaq üçün bir neçə ay vaxt verəcək. Əgər Aİ ağlabatan cavab verməsə və bunu etmək ehtimalı azdırsa, Çin noyabr ayında cavab tədbirləri həyata keçirməyə başlayacaq. Rusiya Çin avtomobilləri üçün əsas xarici bazar olduğu üçün bu inkişafdan faydalanacaq. Çin nəyin bahasına olursa olsun Rusiyadakı mövqeyini qoruyub saxlamağa çalışacaq ki, bu da birjada yuan ticarətinə, bank köçürmələrinə və digər əlaqəli aspektlərə təsir edəcək.
Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. GDP xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir Bizi Telegram-da izləyin
“Birbank” Azərbaycan bazarının 1-cisi olub. GDP xəbər verir ki, ölkənin aktivlərinə görə ən böyük ikinci bankı “Kapital Bank”ən mobil tətbiqi “Birbank” Rusiyanın “Markswebb” konsaltinq agentliyiinin araşdırmasına görə 1 ci yeri tutub.
2004-cü ildən fəaliyyətə başladığı tarixdən etibarən “Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) dövlətin siyasətini dəstəkləyərək Azərbaycanla qardaş Türkiyə dövləti arasında iqtisadi və sosial əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində öz töhfəsini verməkdə davam etdirir. Ölkəmizdə münbit biznes mühitinin olması nəticəsində ATİB daimi olaraq dövlət qurumları ilə sahibkarlar arasında əlaqələr yaradır, ölkəmizə investisiyarın cəlb edilməsi sahəsində bir sıra işlər həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən türk və yerli şirkətlərin inkişafına dəstəyin göstərilməsi, eləcə də qurum tərəfindən indiyədək görülmüş işlərlə bağlı ATİB-in sədri Mürsəl Rüstəmovla olan müsahibəni təqdim edirik. Hörmətli Mürsəl müəllim, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini nəzərə alaraq son 3 il ərzində ATİB-ə üzv…
“İşğaldan azad edilmiş ərazilərdə mütəmadi monitorinqlər aparırıq. İşəgötürənlərlə bağlı hər hansı uyğunsuzluq aşkarlananda onlara müvafiq xəbərdarlıqlar edirik”. GDP xəbər verir ki, bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, işəgötürənlərin sözügedən ərazilərə işə cəlb etdikləri şəxslərlə həmin gün əmək müavilələri bağlaması vacibdir: “Əks halda uyğunsuzluq olur. Bəzən işçilərlə işə başlayandan sonra əmək müqavilələri bağlanır. Bu kimi hallara yol verilməməsi üçün işəgötürənlərə müraciət edirik ki, diqqətli olsunlar. Eyni zamanda, qarşıda duran hədəflərə uyğun olaraq bir sıra yeniliklər gözlənilir. 2016-cı ildən başlayaraq əmək müqaviləsi bildirişləri nazirliyin əmək…
Bitcoin fevral ayından bəri ən aşağı səviyyəyə düşübGDP xəvər verir ki, Federal Ehtiyat Sisteminin (FRS) hələ də faiz dərəcələrini endirməyə hazır olmadığına dair narahatlıqlar səbəbiylə bitkoinin qiyməti fevralın sonundan bəri minimum səviyyəyə enir.CoinDesk-in məlumatına görə, Bitcoin 6,7% ucuzlaşıb və qiyməti 54 359 dollar təşkil edir. Ötən ay kriptovalyuta ilin əvvəlindən təxminən 30% dəyər qazansa da, demək olar ki, 23% dəyər itirib.Bundan əvvəl Federal Açıq Bazar Komitəsinin (FOMC) 11-12 iyun tarixlərində keçirilmiş iclasının protokolları dərc edilmişdi. Sənəddə deyilir ki, Fed siyasətçiləri pul siyasətini yumşaltmağa başlamaq üçün inflyasiyanın yavaşlamasına dair əlavə dəlillərə ehtiyac duyurlar.
Qarabağda fəaliyyət üçün 2100-dən artıq sahibkarın müraciəti qeydə alınıb. Bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib. Onun sözlərinə görə, onların yarısı investisiya layihələri, digərləri isə müxtəlif işlərin görülməsi ilə bağlıdır: “220-dən artıq layihə artıq reallaşdırılıb. 80-dən artıq layihə isə tamamlanmaq üzrədir. Qısa zamanda qeydə alınan rezidentlərin sayı göstərir ki, Qarabağda biznes fəaliyyətinə maraq böyükdür”.
