Close Menu
    What's Hot

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026
    Trending
    • Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
    • Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
    • TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
    • İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
    • “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
    • “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    • Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026
      Recent

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026

      TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

      12 İyun 2026

      Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

      11 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026
      Recent

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026

      “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

      12 İyun 2026

      Azərbaycanda yeni neft emalı zavodu tikiləcək – BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

      11 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Mürsəl Rüstəmov: ATİB üzvləri Qarabağın yenidən qurulması işində yaxından iştirak edir – MÜSAHİBƏ
    Biznes

    Mürsəl Rüstəmov: ATİB üzvləri Qarabağın yenidən qurulması işində yaxından iştirak edir – MÜSAHİBƏ

    05 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2004-cü ildən fəaliyyətə başladığı tarixdən etibarən “Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) dövlətin siyasətini dəstəkləyərək Azərbaycanla qardaş Türkiyə dövləti arasında iqtisadi və sosial əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində öz töhfəsini verməkdə davam etdirir. Ölkəmizdə münbit biznes mühitinin olması nəticəsində ATİB daimi olaraq dövlət qurumları ilə sahibkarlar arasında əlaqələr yaradır, ölkəmizə investisiyarın cəlb edilməsi sahəsində bir sıra işlər həyata keçirir. 

    Ölkəmizdə fəaliyyət göstərən türk və yerli şirkətlərin inkişafına dəstəyin göstərilməsi, eləcə də qurum tərəfindən indiyədək görülmüş işlərlə bağlı 

    ATİB-in sədri Mürsəl Rüstəmovla olan müsahibəni təqdim edirik.

    Hörmətli Mürsəl müəllim, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini nəzərə alaraq son 3 il ərzində ATİB-ə üzv olan türk şirkətlərinin sayında nə qədər artım olub və hazırda üzrlərin sayı nə qədərdir?

    Son üç il ərzində Azərbaycan – Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri sırasına daha 7 türk şirkəti qoşulmuşdur. Ümumilikdə hal-hazırda ATİB üzvlərinin sayı təxminən 90-a yaxındır, bunların da otuza qədərini türk şirkətləri təşkil edir.

    Cari ilin sonunadək bu sayın artacağını proqnozlaşdırırıq.

    ATİB-ə üzv olan şirkətlər hansı sahələri təmsil edir və bu üzv şirkətlərdə nə qədər insan çalışır?

    ATİB-ə üzv şirkətlər əsasən qeyri-neft sektorunda fəaliyyət göstərilər. Üzvlərimiz tikinti və inşaat, maliyyə və bankçılıq, İKT və telekommunikasiya, turizm və hotelçilik, kənd təsərrüfatı və qida sənayesi​ sahələrində təmsil olunurlar. Bu şirkətlərdə əlli minədək insan çalışır.

    ATİB üzvləri tərəfindən Azərbaycan iqtisadiyyatına təqribi investisiya yatırımlarının həcmi nə qədərdir?

    Bildiyiniz kimi, Türkiyə şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi artıq 15,2 milyard ABŞ dollarını keçmişdir. Bu yatırımların təxminən 10%-ə qədəri ATİB üzvlərinin payına düşür və müxtəlif sahələrə, o cümlədən sənaye, kənd təsərrüfatı, xidmət və ticarət sektorlarına yönəldilmişdir.

    Müvafiq layihələr həm yerli iqtisadiyyatın inkişafına, həm də yeni iş yerlərinin yaradılmasına əlverişli şərait yaratmışdır.

    ATİB Türkiyədən Azərbayacana investisiyaların cəlb edilməsi istiqamətində hansı addımları atır? Ümumiyyətlə digər ölkələrdən də investorların cəlbi ilə bağlı hansısa işlər görülürmü?

    ATİB, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən türk şirkətlərinin fəaliyyətini təşviq edir və inkişafına kömək göstərir. Bununla yanaşı hər iki ölkənin rəhbərlərinin biznes mühitinin təkmilləşdirilməsi, azad sahibkarlığın və iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində yürütdüyü siyasi xətti izləyərək öz üzvləri ilə mütəxəssisləri, dövlət və qeyri-hökumət təşkilatlarını,  siyasətçiləri, elm  xadimlərini, ictimaiyyətin və  biznes dünyasının təmsilçilərini, bir  sözlə, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini bir araya gətirməklə regionun rifahına mane olan problemlərin müəyyən edilməsinə və bu problemlərin aradan qaldırılması üçün həll yollarının işlənib hazırlanmasına vasitəçilik etməyə çalışır.

    Məsələn, fərqli zamanlarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Sənaye və Ticarət Nazirliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası, eləcə də, Türkiyə, Azərbaycan və Şimali Kiprin sahibkarlıq, ticarət, sənaye və s. kimi müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən ictimai qurumları və özəl şirkətləri ilə görüşlər keçirilmişdir.

    Eyni zamanda həm ATİB İdarə heyəti üzvləri, həm üzv şirkətlər vaxtaşırı regional və ikitərəfli biznes toplantılarında iştirak edərək Azərbaycanın biznes mühitinin şəffaflığı, yeni dünyanın tələblərinə cavab verən və innovativ təşəbbüslərə açıqlığı, ölkəmizdəki azad rəqabət, yerüstü və yeraltı resursların zənginlik və perspektiv imkanlar barədə çıxış etməklə xarici investorları cəlb etməyə çalışırlar.

    Ölkəmizə, o cümlədən Qarabağa investisiyaların cəlb edilməsi ilə bağlı hansı layihələr icra edilib? Üzvlər arasında təxminən neçə şirkət Qarabağda fəaliyyət göstərir. Bu prosesə ATİB necə dəstək verir?

    Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri Qarabağ bölgəsinin yenidən qurulmasına müxtəlif yollarla töhfə verirlər. Təxminən ona yaxın üzvümüz işğaldan azad edilmiş ərazilərdə əsasən tikinti, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf etdirilməsində fəal iştirak edir.

    Belə ki, ATİB üzvü Kolin İnşaat, Geoproject şirkətləri Qarabağ regionunda əhəmiyyətli layihələr həyata keçirməklə yollar, körpülər, su və kanalizasiya sistemləri kimi əsas infrastruktur elementlərinin yenidən qurulmasına kömək ediblər. Bununla yanaşı Arenol Group şirkəti yaşayış məskənləri, ticarət mərkəzləri və digər inzibati obyektlərin inşaatında iştirak edərək bölgənin fiziki inkişafına da töhfə verib.

    Bildiyiniz kimi Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı potensialı ilə zəngin rayondur. Üzvümüz olan şirkətlər kənd təsərrüfatı texnologiyaları, avadanlıqları və bilikləri ilə bölgədəki kənd təsərrüfatı fəaliyyətini təkmilləşdirərək, bölgənin özünü təmin edən kənd təsərrüfatı bazasına çevrilməsinə dəstək olurlar. Bu şirkətlər sırasında Ağdam Aqrar Heyvandarlıq Kompleksini qeyd etmək olar.

    Bildiyimiz kimi, Ələt-Azad İqtisadi zonası yaradılır. Həmin zonada bəzi şirkətlər artıq fəaliyyət göstərir. Bilmək istərdik ki, ATİB üzvləri arasında sözügedən zonada fəaliyyət göstərməyə maraq varmı? ATİB bu proseslə maraqlanırmı?

    Sözsüz ki, ATİB üzvləri arasında da Ələt Azad İqtisadi Zonasına maraq yüksəkdir.

    Bildiyiniz kimi bu zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşdiyi üçün qlobal nəqliyyat dəhlizlərinə çıxış imkanı təmin edir. Bununla yanaşı ƏAİZ-də investorların əlavə dəyər vergisi, mənfəət vergisi və digər korporativ vergilərdən azad olması, gömrük rüsumlarının olmaması və sərbəst valyuta əməliyyatları kimi üstünlüklər əcnəbi investorlar üçün xüsusilə əlverişli imkanlar yaradır.

    ATİB də öz növbəsində Zonanın investisiya potensialını və üstünlüklərini tanıtmaq üçün seminarlar və işgüzar görüşlər təşkil etməklə üzvlərini ƏAİZ-in təmin etdiyi imkanlar və prosedurlar barədə məlumatlandırır. Eyni zamanda Azərbaycan hökuməti və digər tərəfdaşlarla əməkdaşlıq edərək investorların bu zonada daha rahat fəaliyyət göstərmələrini təmin etmək üçün lazımi dəstəyi göstərir.

    Bu maraq və dəstək nəticəsində bəzi ATİB üzvləri artıq Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək üçün müraciət etmişlər və bir sıra layihələrin icrasına başlanılmışdır. İnanırıq ki, bu layihələr həm yerli iqtisadiyyatın, həm də Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə verəcəkdir.

    ATİB sahibkarlar üçün şərait yaradılması prosesində necə iştirak edir? Son vaxtlar hansı dövlət qurumunda sahibkarlar adından hansı təkliflərə dair məsələlər müzakirə edilib?

    Daha öncə qeyd etdiyim kimi ATİB ölkə başçısının azad sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində yürütdüyü siyasəti dəstəkləyərək vaxtaşırı müxtəlif dövlət qurumları ilə sahibkarlar arasında körpü olmağa çalışır. Belə ki, son dövrlərdə İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə aparılan müzakirələrdə ATİB sahibkarlığın inkişafı üçün vergi qanunvericiliyinin sadələşdirilməsi, gömrük prosedurlarının asanlaşdırılmasını və s. nəzərdə tutan bir sıra konkret təkliflərlə çıxış etmişdir.

    Xüsusilə, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə aparılan görüşlərdə sənaye parklarının və iqtisadi zonaların inkişafı, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və infrastruktura dair məsələlər, Minatəmizləmə Agentliyi ilə görüşlərdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün təhlükəsiz mühitin yaradılması sahəsində görülən işlər, Dövlət Miqrasiya Xidməti ilə görüşlərdə  əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün şərtlər, eləcə də müvafiq qanunvericiliyə artıq edilmiş və təklif olunan dəyişikliklər müzakirə edilmişdir.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə ATİB üzvü şirkətlər üçün dövlət satınalmaları, eləcə də yeni Rəqabət Məcəlləsi mövzusunda təlimlər təşkil edilmişdir.

    Bununla yanaşı ATİB üzvü olan Azərbaycan İnvestisiya Şirkəti ilə mütəmadi müzakirələrdə türk şirkətləri ilə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılır. Bu prosesdə ATİB, üzv şirkətlərinin səsi kimi çıxış edərək onların maraqlarını müdafiə edir və dövlət qurumları ilə dialoqu davam etdirir.

    Azərbaycanla Türkiyə arasında iqitisadi-ticari əlaqələrin artması çox önəmlidir. Bu, eyni zamanda ATİB üzvləri üçün də mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılıb. Əvvəlki qaydalara əsasən, investorlar iki ölkədə vergi ödəməli olurdular. Bu isə dövlətlərarası ticarətə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədirdi. Yeni qaydaların tətbiqindən sonra hər iki dövlət, o cümlədən ATİB üzvləri üçün hansı əlverişli imkanlar yaranacaq?

    Qeyd etdiyiniz kimi gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması iki dövlət arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələdir.

    Yeni qaydaların tətbiqi ilə hər iki ölkənin investorlarının müvafiq olaraq digərinin ərazisində investisiya yatırımları zamanı vergi yükü azaldığından mənfəətləri artacaqdır. Bu isə ATİB üzvü olan şirkətlər kimi Azərbaycanda artıq fəaliyyətdə olan investorların investisiyalarını artırmasına, eyni zamanda yeni investorların meydana çıxmasına şərait yaradır.  

    Ümid edirik ki, bu yeni vergitutma qaydaları sayəsində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrində də böyük bir sıçrayış olacaq.

    Mənbə: Fed.az

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”

    11 İyun 2026

    Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib

    09 İyun 2026

    Qeyri-neft ixracında özəl şirkətlər kəskin artıb, dövlət ixracatçılarında azalma qeydə alınıb

    02 İyun 2026

    Vüqar Bayramov: “Qadınların iqtisadi baxımdan güclənməsi üçün onlara daha çox güzəştli kredit verilməlidir”

    26 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.