Author: Aynure Gdp

Bu gündən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib.Bu barədə GDP-yə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.Bildirilir ki, 12 fəsil, 84 maddədən ibarət Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafına, sahibkarlıq subyektlərinin sayının artırılmasına və iqtisadiyyata investisiyaların cəlb edilməsinə imkanlar yaradacaq.

Read More

Xarici ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsum iyulun 1-dən xalis tonaj (xalis ton) üçün 5,07 dollara qaldırılıb, halbuki bir il əvvəl tətbiq edilən rüsum 4,42 dollar olub.GDP xəbər verir ki, müvafiq qərarı Türkiyənin Nəqliyyat Nazirliyi verib.Onun sənədində tariflərin artırılmasının nəzərdə tutulduğu qeyd olunub.Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bir müddət əvvəl bildirmişdi ki, rüsumun məbləğinə yenidən baxılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 oktyabr 2022-ci il tarixli fərmanı əsasında həyata keçirilir.1936-cı ildə imzalanmış və Boğaziçi və Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına əsasən, ticarət gəmilərinin onlar vasitəsilə dayanmadan tranziti tibbi nəzarət, mayak və gəmi təxliyyəsi xidmətləri üçün ödənişlərə…

Read More

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. GDP xəbər verir ki, yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərinə “Bolt”, “Uber”, “Yango” kimi tətbiqlərdə blok tətbiq edilib. Bəzi sürüclər isə avtomobillərinin yeni qaydalara cavab vermədiyi halda belə profillərinin hələ də bağlanmadığını bildiriblər. Ehtimal olunur ki, proses mərhələli şəkildə həyata keçiriləcək.

Read More

“AccessBank” QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir. Bankın yaydığı məlumatda bildirilir ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını  və müvafiq olaraq nizamnamə kapitalının azaldılmasını (52,94% azalma) elan edir. Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq. Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq. Qeyd edək ki, hazırda “AccessBank” QSC-nin niamnamə kapitalı 270 milyon 106 min 912 manatdır. Səhminin nominal dəyərinin azaldılması ilə əlaqədar olaraq Bankın niamnamə kapitalı 127 milyon 113 min…

Read More

Bazar ertəsi səhər neftin qiyməti qalxır.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,45% bahalaşaraq 85,38 dollar/barelə çatıb. Cümə günü Brent neftinin qiyməti 0,26 dollar və ya 0,3% artaraq 85 dollar/barelə çatıb. Əvvəlki ticarətin sonunda müddəti başa çatan avqust kontraktları həmin gün bir barel üçün 0,02 dollar bahalaşaraq 86,41 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,44 bahalaşaraq bir barelə görə 81,9 dollar təşkil edib. İyunun 28-də müqavilənin qiyməti 0,2 dollar və ya 0,2% ucuzlaşaraq 81,54 dollar/barel olub.

Read More

Azərbaycan iyulun 19-20-də Aktauda keçiriləcək 1-ci Şimal-Cənub Nəqliyyat Forumunda iştirak edəcək.GDP xəbər verir ki, tədbirdə Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan və BƏƏ-dən də nümayəndələrin iştirakı gözlənilir.Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas oyunçularının iştirakı ilə dəmir və avtomobil yollarının, eləcə də limanların inkişafı müzakirə olunacaq.Kənd təsərrüfatı məhsullarının ixrac potensialının inkişafına xüsusi diqqət yetiriləcək.

Read More

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasının üzvü Anar Axundovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində (SDM) görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib. GDP xəbər verir ki, görüşdə emal sektorunda görülən transformasiya işlərinin ölkənin dayanıqlı inkişafında və iqtisadi potensialının artırılmasında önəmi vurğulanıb. Görüş çərçivəsində SDM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı təqdimat dinlənilib, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma işlərinin gedişatı müzakirə edilib. SOCAR-ın emal seqmenti üzrə fəaliyyət istiqamətləri, SDM tərəfindən NEZ-də və digər emal zavodlarında…

Read More

Tarif Şurasının iclasında bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb. GDP xəbər verir ki, Tarif Şurasının məlumatında deyilir: Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır. Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi…

Read More

Bu gündən taksi fəaliyyətinə icazə üçün yeni tələblər qüvvəyə minib GDP xəbər verir ki,bu gündən taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Tələb iyulun 1-dək müraciət edənlərə tətbiq edilmir. Qeyd edək ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.

Read More

İyulun 13-dən Füzuliyə müntəzəm reyslər açılacaq. GDP xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC məlumat yayıb. Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək. Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun…

Read More