“Tacikistana işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının (İMB) sədri Tomas Cordan ilə ikitərəfli görüşümüz oldu.”
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb.
O bildirib: “Görüş zamanı hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr apardıq. Tomas Cordana qurumlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Seçki Qrupu ölkələri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqinə verdiyi mühüm töhfəyə görə təşəkkürümüzü bildirdik.”
Taleh Kazımov həmçinin qeyd edib ki, İMB-də sədrlik fəaliyyətini başa çatdıran cənab Cordana yeni fəaliyyətində uğurlar arzu etdik.