Milli Depozit Mərkəzinə üzv olan investisiya şirkətləri tərəfindən müştərilərə depo hesablarını məsafədən açmaq imkan yaradılıb.
MDM -dən GDP-yə verilən məlumata görə, depo hesabları proqram interfeysi üzərindən zəruri olan xanalar doldurulduqdan sonra avtomatik olaraq yaranacaq. Yeni arxitektura kapital bazarının inkişafını, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə yanaşı, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətinin daha effektiv həyata keçirilməsinə imkan verəcək.