“Competo” MMC-yə yeni Baş İcraçı Direktor təyin edilib.
Rauf Qulaməliyev “Competo” MMC-nin yeni Baş İcraçı Direktoru təyin edilib.
GDP xəbər verir ki, Rauf Qulaməliyev Korporativ Maliyyə üzrə magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holdinq” MMC-yə qoşulmuş və 2024-cü il iyulun 1-dək Ekosistemin İnkişafı Departamentinin rəhbəri vəzifəsini icra edib.
Rauf Umico Bonus, Umico Market və m10 kimi məhsulların satışa çıxarılmasında iştirak edib və mühüm rol oynayıb. Bundan əlavə, o, Uklon, Trendyol və Bakikart ilə tərəfdaşlıqlarla əməkdaşlığın qurulmasında aparıcı mövqe tutub.