Dövlət proqramı çərçivəsində indiyədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 16 milyard manatdan çox vəsait ayrılıb.
GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov deyib.
Onun sözlərinə görə, bu vəsaitin əsas hissəsi yolların və sosial infrastrukturun tikintisinə ayrılıb.
Bundan əlavə, biz reabilitasiya və tikinti fəaliyyətlərində özəl sektorun iştirakını dəstəkləyir və təşviq edirik. Hazırda bu ərazilərdə həm dövlət-özəl tərəfdaşlıq əsasında, həm də birbaşa investisiyalar hesabına bir sıra sahibkarlar fəaliyyət göstərir.