- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik. Həmçinin biz yeni kontekstə açıq olmalıyıq. Daha çox investisiya və ideyalar cəlb etməliyik. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) investisiya festivalının açılışında deyib. Nazir bildirib ki, Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizin regionda yeni kontekstdə fəaliyyətə başlaması ilə bağlıdır. “İlk dəfədir ki, Cənubi Qafqazın əməkdaşlıq edə biləcəyini düşünürəm. COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür. Hazırda Azərbaycanın işğaldan…
BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. GDP xəbər verir ki, Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6%-ni KOB subyektləri təşkil edir. Onların 96,8%-i mikro, 2%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54% artıb. Bu dövrdə KOB–ların qeyri-neft/qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat…
Mərkəzi Bank tərəfindən kommersiya banklarının nağd pulla əməliyyat aparan əməkdaşları üçün təqdimatların keçirilməsi davam etdirilir. GDP xəbər verir ki, təşkil olunan növbəti təqdimatda “Pul nişanlarının dəyişdirilməsi ilə bağlı Qanunvericilikdə edilmiş dəyişikliklər” və “Milli və xarici valyuta pul nişanlarının mühafizə sistemi” mövzuları əhatə olunub. Təqdimat aktual məsələlərin müzakirəsi ilə davam edib. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Avrasiya İnkişaf Bankı(AİB) Azərbaycanın banka qoşulmaq üçün müraciətinə baxmağa hazırdır.GDP xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov açıqlama verib. O bildirib, “Belə bir təşəbbüs yaranarsa, AİB Azərbaycanın banka qoşulmaq üçün müraciətinə baxmağa hazırdır.”Qeyd: AİB-in səhmdarları Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstandır.
Azərbaycanda “Sabah city” texnoparkı yaradılacaq. Bunu jurnalistlərə açıqlamasında “Sabah HUB” İnnovasiya Mərkəzinin direktoru Rəhim Bayramlı deyib. O bildirib ki, “Sabah city” Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan layihədir: “Ekosistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmək və tədqiqatlar aparmaq istəyirik. Yaxın iki il ərzində “Sabah city” İnnovasiya Mərkəzinin yaradılmasını düşünürük”. O, həmçinin qeyd edib ki, 25 milyon dollarlıq sabah fondu yaradılacaq: “Fondun məqsədi Azərbaycanda və Cənubi Qafqazda, Mərkəzi Asiyada startapları yatırımlarla təmin etməkdir. Düşünürük ki, bu, 100-500 min dollar civarında yatırımlar olacaq. Yaxın dörd il ərzində bölgədə 50-60 startapa investisiya yatırmağı düşünürük”. Mənbə: Report
Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub. GDP xəbər verir ki, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib ki, bu da 2022-ci il ilə müqaisədə 7.324 milyard manat azdır.Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ili 9,424 milyard manat xalis mənfəətlə başa vurub. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib. Hesabat ilində SOCAR-ın cari aktivləri…
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı. GDP xəbər verir ki, gözələnildiyi kimi TCMB faizini 50% səviyyəsində sabit saxladı. Bazar iştirakçıları TCMB-nin iyun iclasında faizini dəyişməz olaraq 50% səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar. TCMB-nin nə vaxt pul siyasətini yumşaltmağa başlayacağı sualı bazarın diqqət mərkəzindədir.
2024-cü ilin yanvar – may ayları ərzində (ilk 5 ayda) banklar tərəfindən 519,7 milyon manat xalis mənfəət, 732,6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18,9% və 13,7% artmışdır. Bu barədə GDP Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.Azərbaycanın bank sektoru 2023-cü ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə etmişdi.2023-cü ilin yanvar-may aylarında banklar 437,1 milyon manat xalis mənfəət, 644.1 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Ötən ilin müvafiq dövrü…
2024-cü ilin May ayında bankların kredit portfeli 2.1% və ya 513,7 milyon manat artaraq 25 milyard 158,2 milyon manata çatıb. Bu barədə GDP Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir. Kredit portfelinin strukturu aşağıdakı şəkildədir:ı) biznes kreditləri – 54.8% (13 milyard 784,7 milyon manat);ıı) istehlak kreditləri – 29.7% (7 milyard 480,2 milyon manat)ııı) ipoteka kreditləri – 15.5% (3 milyard 893,3 milyon manat). May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308,4 milyon manat (+2.3%), 153,2 milyon manat (+2.1%) və 52,2 milyon manat (+1.4%) artmışdır. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki…
Türkiyə parlamenti kriptovalyuta əməliyyatlarını tənzimləyən qanun layihəsini qəbul edibGDP xəbər verir ki, Türkiyə parlamenti respublikada kriptovalyutadan istifadəni tənzimləyən və onunla işləmə qaydalarının pozulmasına görə cərimələrin – 7,5 min dollardan 182,6 min dollara qədər, habelə fiziki şəxslərə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən qanun layihəsini qəbul edib.Məlumata görə, qanun layihəsi may ayında hakim Ədalət və İnkişaf Partiyası tərəfindən parlamentə göndərilib və müvafiq idarələrin, xüsusilə də Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamentinin tövsiyələri nəzərə alınmaqla hazırlanıb.Məhz o, sənəddən göründüyü kimi, blokçeyn və oxşar texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində lisenziyalar verəcək, kriptovalyuta buraxacaq, yayacaq və ticarət edəcək. Bütün kriptovalyuta…
