Türkiyə parlamenti kriptovalyuta əməliyyatlarını tənzimləyən qanun layihəsini qəbul edib
GDP xəbər verir ki, Türkiyə parlamenti respublikada kriptovalyutadan istifadəni tənzimləyən və onunla işləmə qaydalarının pozulmasına görə cərimələrin – 7,5 min dollardan 182,6 min dollara qədər, habelə fiziki şəxslərə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən qanun layihəsini qəbul edib.
Məlumata görə, qanun layihəsi may ayında hakim Ədalət və İnkişaf Partiyası tərəfindən parlamentə göndərilib və müvafiq idarələrin, xüsusilə də Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamentinin tövsiyələri nəzərə alınmaqla hazırlanıb.
Məhz o, sənəddən göründüyü kimi, blokçeyn və oxşar texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində lisenziyalar verəcək, kriptovalyuta buraxacaq, yayacaq və ticarət edəcək. Bütün kriptovalyuta köçürmələri indi qeydə alınacaq.
Qeyd edilir ki, Türkiyədə kriptovalyuta sahiblərinin sayı hazırda təxminən 12 milyon nəfərdir.
Trending
- Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır
- Dünyada LNG qıtlığı:Avropada qaz ehtiyatları rekord minimuma enib
- Maykl Börri fond bazarında mümkün çöküş barədə yenidən xəbərdarlıq edib
- Hakerlər Danimarka sakinlərinin məlumatlarının yer aldığı bazanı ələ keçiriblər
- Mikayıl Cabbarov: Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik
- SpaceX-in səhmləri 2 ticarət sessiyasında 15%-dən çox bahalaşıb
- S&P 500 tarixi maksimumunu yeniləyib
- Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

