Author: Aynure Gdp

2025-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən keçməli və audit hesabatlarını açıqlamalı olacaqlar. GDP xəbər verir ki,bunu AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov VIII Beynəlxalq Bankçılıq Forumunda açıqladı. Qasımov bildirdi ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən, 2025-ci ildən başlayaraq banklar və ödəniş xidməti təşkilatları üçün ildə bir dəfə audit keçirilməsi məcburi olacaq. Bu təşkilatlar audit hesabatlarını həmin ildən təqdim etməli olacaqlar. Gücləndirilmiş müştəri audentifikasiyanın (GMA) tətbiqi qaydasının əsas məqsədi banklar üzrə xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsidir.

Read More

Nağdsız ödənişlərin artması ilə paralel olaraq fırıldaqçıların bu sahəyə marağı da çoxalır. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB( Ödəniş sistemlərinin İnkişafı və siyasət şöbəsinin rəhbəri Rəşad Qasımov VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib ki, fırıldaqçılıq halları ilə mübarizə tədbirlərinin genişləndirilməsinə xüsusi zəruriyyət yaranıb. Qasımovun sözlərinə görə, gücləndirilmiş müştəri audioidentifikasiyasının tətbiqi banklar üçün xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır.

Read More

2023-cü ildə “AzərGold”un xalis mənfəəti 27.228 milyon ABŞ dolları təşkil edib. GDP şirkətin 2023-cü üzrə audit hesbatına istinadən xəbər verir ki, şirkətin xalis gəliri 2021-ci ildə 112.7 milyon ABŞ dolları, 2022-ci ildə isə 123.65 milyon ABŞ dolları olub. Xalis mənfəətin illər üzrə dəyişməsinə nəzər saldıqda görürük ki, 2021-ci ildən 2022-ci ilə keçiddə mənfəət 33.5 milyon dollardan 32.6 milyon dollara enərək 0.9 milyon ABŞ dolları və ya 2.7% azalıb. Növbəti ildə isə azalma daha kəskin olub – 2022-ci ildən 2023-cü ilə keçiddə xalis mənfəət 32.6 milyon dollardan 27.228 milyon dollara düşərək 5.372 milyon ABŞ dolları və ya 16.5% azalıb. Şirkətin EBITDA…

Read More

Son iki həftədə Bitkoin qiymətinin 40% artmasına baxmayaraq, mütəxəssislər investorları ehtiyatlı olmağa çağırır. Bəzi mənbələr digər kriptovalyutalarda daha yüksək gəlirlilik potensialı olduğunu iddia edirlər. Məsələn, bəzi hesablamalara görə, əgər oktaybrın sonunda ACT kriptovalyutasına 100 dollar investisiya qoyulsaydı, hazırda balans təxminən 48,000 ABŞ dolları təşkil edərdi. Solana ilə də oxşar vəziyyət – 2022-ci ildə 500 dollar investisiya 14,000 dollara çevrilə bilərdi. Lakin ekspertlər bu kimi iddialarla bağlı ciddi ehtiyatlılıq nümayiş etdirirlər. Onlar vurğulayırlar ki, kriptovalyuta bazarı yüksək riskli və qeyri-sabit bir bazardır. İstənilən investisiya qərarından əvvəl professional məsləhət almaq və ətraflı təhlil aparmaq tövsiyə olunur.

Read More

“Azerbaijan Supermarket” şirkəti yeni “Oluna” qarğıdalı yağını bazara təqdim edib. GDP xəbər verir ki, məhsulun 1 və 2 litrlik çeşidləri BRAVO mağazalarında satışa çıxarılıb. Şirkət bildirir ki, “Oluna” yağı 100% təbii məhsuldur və yüksək keyfiyyət standartlarına cavab verir. Yerli istehsalın inkişafında mühüm addım kimi qiymətləndirirlər. “Oluna” yağı tez bir zamanda istehlakçıların diqqətini cəlb etməyə və yerli bazarda özünəməxsus yer tutmağa iddialıdır.

Read More

Qış mövsümündə havanın soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər. Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir. Ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. “İcbari sığorta haqqında” Qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25 min manat,…

Read More

Azərbaycanın strateji valyuta ehtiyatları 9 Ayda 7.3% artaraq 73.5 milyard ABŞ dollarına çatıb GDP xəbər verir ki, Mərkəzi Bankın “Pul siyasəti icmalı”na görə, ölkənin strateji valyuta ehtiyatları son 9 ayda 7.3% artaraq 2024-cü ilin sentyabr ayının sonunda 73.5 milyard ABŞ dollarına bərabər olub. Bununla yanaşı, Mərkəzi Bankın özünün valyuta ehtiyatları da 1.6% artaraq 11.8 milyard dollara çatıb. Beləliklə, ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edir. 2024-cü ilin sentyabr ayına bu ehtiyatlar 35.5 aylıq mal və xidmət idxalını əhatə edib. Daha bir önəmli göstərici isə strateji valyuta ehtiyatlarının manatla pul kütləsini (M2) 3.5 dəfə üstələməsidir. Bu…

Read More

Azərbaycan Mərkəzi Bankı virtual aktivlər üçün yeni tənzimlənmə qaydaları hazırlayır Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sektoru və FinTech üzrə Hüquqi Dəstək Departamentinin rəhbəri Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumunda mühüm açıqlamalar edib. Mahmudovanın sözlərinə görə, 2024-2026-cı illəri əhatə edən maliyyə bazarlarının inkişafı strategiyası çərçivəsində “Virtual aktivlər və virtual aktiv xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsi hazırlanır. Bundan əlavə, paylanmış reyestr texnologiyaları ilə bağlı zəruri normativ-hüquqi bazanın yaradılması da planlaşdırılır. Eyni zamanda, bankların İnformasiya-Əməliyyat Sistemləri (İOS) funksionallığına dair tələblərin hazırlanması prioritet məsələlərə daxildir. Bu addımların məqsədi maliyyə bazarlarının müasir çağırışlara uyğun şəkildə inkişafını təmin etməkdir. Virtual aktivlər sahəsində yeni tənzimləmələrin…

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 574.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. GDP xəbər verir ki, bu, oktyabrla müqayisədə 229% artımın göstərisidir. Oktyabr ayında ARDNF 174.4 milyon dollar valyuta satmışdı. Cari ilin ilk 11 ayı ərzində ARDNF ümumilikdə 6 milyard 494 milyon dollar satışı həyata keçirib.

Read More

Azərbaycanda banklar kredit verilməsi prosesinə yeni bir model tətbiq etməyə başlayıblar. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) şöbə rəisi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumunda məlumat verib. Günay Mahmudovanın sözlərinə görə, beynəlxalq təcrübədə geniş yayılan agent bankçılığı modeli artıq ölkədə tətbiq olunmağa başlayıb. Mərkəzi Bank “Banklarda kredit risklərinin idarəedilməsi qaydası”na dəyişiklik edərək agent bankçılığın hüquqi bazasını yaradıb. Bu dəyişikliklər sayəsində banklar artıq kreditlərin verilməsi prosesinə üçüncü tərəfləri cəlb edə bilirlər. Lakin bu prosesə cəlb edilə bilən tərəflər məhdud sayda müəyyənləşdirilib. Üçüncü tərəf kimi yalnız ödəniş təşkilatları, elektron pul təşkilatları, bank olmayan kredit təşkilatları (BOKT-lar) və poçt…

Read More