- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
- ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
- Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır
- “PAŞA Maliyyə Holdinqi”nin İdarə Heyətinin sədrinə müavini təyin edilib
Author: Aynure Gdp
ABŞABŞ-da səhmlər ardıcıl ikinci həftə artaraq Dow, S&P 500 və S&P 400 MidCap indekslərini tarixi zirvələrə çatdırdı. Russell 2000 üç ildən çox əvvəlki rekordunu yeniləyərək yeni zirvəyə yüksəldi. Donald Trampın Scott Bessent-i Xəzinədarlıq naziri vəzifəsinə namizəd göstərməsi müsbət qarşılandı, çünki investorlar iqtisadi sabitlik və inflyasiya nəzarətinə diqqət gözləyirdilər. Lakin Tramp daha sonra Meksika, Kanada və Çindən idxallara yüksək tarif tətbiq edəcəyini elan etdi. Bu xəbər avtomobil istehsalçılarına mənfi təsir göstərdi, General Motors 9%-ə yaxın dəyər itirdi. İsrail və Hizbullah arasında atəşkəsin elan edilməsi bazar əhvalını yaxşılaşdırdı, lakin neft qiymətlərini aşağı salaraq enerji səhmlərinə təsir etdi. Oktyabr ayında şəxsi gəlirlər 0.6% artaraq…
Brent neftinin qiymətlərinin 10% azalması kapital bazarının fəaliyyətinə, investorların əhval-ruhiyyəsinə və likvidliyinə təsir göstərə bilər. Bu, həmçinin Azərbaycan iqtisadiyyatında diversifikasiyanın vacibliyini daha da vurğulayır. GDP xəbər verir ki, bu “Bakı Fond Birjasının 2024-cü ilin III rübü Azərbaycan Kapital Bazarına dair Bülleten”ində qeyd edilir. Neftdən asılılığın azaldılması: Azərbaycanın iqtisadi sabitliyi üçün kritik addım 2022-ci ildə Azərbaycanın ÜDM-i 44% artıb, lakin 2023-cü ildə 9% azalaraq iqtisadiyyatın neft qiymətlərindən irihəcmli asılılığını göstərib. 2023-cü ildə Brent neftinin qiymətlərinin 10% azalması bu azalmaya əsas səbəblərdən biri kimi vurğulanır.Bu, ölkənin iqtisadiyyatının neft bazarındakı dalğalanmalara qarşı həssaslığını bir daha sübut edir. Sənaye Bölməsi və İqtisadi Diversifikasiya Azərbaycan…
Mərkəzi Bankın 2024-2026-cı illər üçün strategiyası maliyyə inklüzivliyini artırmaq, maliyyə alətlərini diversifikasiya etmək və kapital bazarlarının qeyri-neft ÜDM-ə töhfəsini 10%-dən 14%-ə çatdırmaq məqsədi daşıyır. GDP xəbər verir ki, bu “Bakı Fond Birjasının 2024-cü ilin III rübü Azərbaycan Kapital Bazarına dair Bülleten”ində qeyd edilib. Bülleten bildirilir ki, Azərbaycanda maliyyə sektorunda sağlam artım və sabitlik müşahidə olunur. Sentyabr 2024-cü il vəziyyətinə görə, ölkənin maliyyə sektoru əlverişli iqtisadi şərait və tənzimləyici islahatlar sayəsində davamlı inkişaf edir. «Bank sektorunda xalis mənfəət 6,6% artaraq təxminən 454 milyon dollara çatıb, əməliyyat gəlirləri isə 19,2% artaraq 2,199 milyard dollara yüksəlib. Bankların cəmi aktivləri 9,3% artaraq 29,123 milyard…
Amerikadakı fond indeksləri Şükran Günündən sonra qısaldılmış ticarət sessiyasının əvvəlində yüngülcə artır. İnvestorlar Federal Ehtiyat Sisteminin (FES) pul-kredit siyasətinin perspektivlərini qiymətləndirirlər. Analitiklərə görə, amerikan mərkəzi bankı 66% ehtimalla dekabr iclasında faiz dərəcəsini 25 bazis punktu endirəcək. GDP xəbər verir ki, CME FedWatch-un məlumatlarına əsasən, qalan ehtimal faiz dərəcəsinin dəyişməz qalması üzərindədir. Ticarətin əvvəlində ayrı-ayrı şirkətlərin səhmləri belə dəyişib: Əsas indekslər:
Fransada siyasi və iqtisadi gərginlik kəskinləşir. Son 14 ildə ölkənin səhmləri Avropada ən zəif performans göstərənlərdən biri olub, CAC40 indeksi son 24 ildə yalnız 9% artaraq ciddi durğunluq nümayiş etdirir. GDP xəbər verir ki, investorlar ölkənin maliyyə vəziyyəti ilə bağlı ciddi narahatçılıq keçirir. Fransız dövlət istiqrazlarının gəlirliyi ilk dəfə olaraq yunan istiqrazlarının səviyyəsinə çatıb, bu isə hökumətin 2025-ci il üçün büdcə siyasəti ilə bağlı ciddi şübhələr yaradır. Siyasi böhran daha da dərinləşir. Parlament prezident əksəriyyətindən məhrum olub və sol fraksiyalar sosial xərclərin artırılmasında israr edir. Müxalifət dekabr ayında hökumətə etimadsızlıq göstərmək üçün hazırlıq aparır. Makronun hökuməti büdcə kəsirini azaltmaq üçün…
Mərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. GDP xəbər verir ki,sorğunun 2024-cü il III rübü üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam etmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. İpoteka Kreditlərinin Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında isə heç bir dəyişiklik qeydə alınmamışdır. Bankların proqnozlarına görə, növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik gözlənilmir.
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi genişlənməkdə davam edir. GDP xəbər verir ki, 2024-cü ilin ilk 10 ayında fermerlərə ümumilikdə 4 milyon 49 min manat sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondunun məlumatına görə, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artıb. Ödənişlərin 3 milyon 142 min manatı meyvə bağları və əkin sahələri üzrə olub ki, bu da ötən ilə nisbətən 4 dəfə çoxdur. Hesabat dövründə gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, habelə arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof kimi əkinlər üzrə sığorta ödənişləri edilib. İri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907…
03-04 noyabr 2024-cü il tarixində, Bakıda, Mastercard-la əməkdaşlıq çərçivəsində VIII Beynəlxalq Bankçılıq Forumu (IBF-2024) keçiriləcək. Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, forumun mövzusu ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir. Qeyd edilib ki, iki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. VIII Beynəlxalq Bankçılıq Forumu ilə bağlı ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz. VIII Beynəlxalq Bankçılıq Forumu Vurğulanıb ki, 8 ildir IBF özünü sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə…
