- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
- ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
- Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır
- “PAŞA Maliyyə Holdinqi”nin İdarə Heyətinin sədrinə müavini təyin edilib
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin üçüncü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrini açıqlayıb. GDP xəbər verir ki, hesabata görə, 2024-cü ilin III rübündə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə verilən kreditlər üzrə tələbdə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Mikro sahibkarlıq seqmentində isə kredit tələbinin qismən artdığı müşahidə edilib. İri sahibkarlıq subyektləri üzrə kredit tələbində cari ilin əvvəlki rübü ilə müqayisədə cüzi artım baş verib. Bankların proqnozuna əsasən, 2024-cü ilin növbəti rübündə ümumi biznes kreditləri, xüsusilə mikro sahibkarlıq subyektləri üzrə kredit tələbinin artması gözlənilir.
Beynəlxalq kredit reytinqi agentliyi “AM Best” Azərbaycanın “AzRe Reinsurance” şirkətinin maliyyə reytinqini yüksəldib. GDP xəbər verir ki, agentlik şirkətin Maliyyə Gücü Reytinqini B++ səviyyəsinə (Yaxşı), Uzunmüddətli İssuer Kredit Reytinqini isə “bbb” səviyyəsinə qaldırıb. Reytinqlərin proqnozu sabit olaraq qalır. Reytinq yüksəlişi şirkətin balans möhkəmliyindəki irəliləyişlərlə bağlıdır. “AzRe” 2023-cü ildən etibarən investisiya portfelini diversifikasiya edərək xarici maliyyə alətlərinə üstünlük verir. Belə ki, şirkətin xarici investisiyaları 2023-cü ilin sonunda 10%-dən 2024-cü ilin iyun ayında 35%-ə qədər artıb. 2023-cü ildə şirkət 63.6% kombinə edilmiş əmsal və 24.4% kapitalın gəlirliliyi nümayiş etdirib. “AM Best” şirkətin orta müddətli dövrdə güclü fəaliyyət göstərəcəyini proqnozlaşdırır. Müəllif:Aynur Qəniyeva
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin üçüncü rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrini açıqlayıb. Hesabata əsasən, kiçik və orta sahibkarlıq (KOS) ilə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin standartlarında əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Eyni zamanda, mikro sahibkarlıq seqmentində kredit standartlarının yumşalması trendi davam etməkdədir. Bankların proqnozuna görə, növbəti rübdə həm mikro, kiçik və orta sahibkarlıq (MKOS), həm də iri sahibkarlıq subyektlərinə verilən kreditlərin şərtlərində stabillik gözlənilir.
Azərbaycanın sığorta sistemində mühüm rol oynayan “İcbari Sığorta Bürosu” (İSB) bu gün fəaliyyətinin 13-cü ildönümünü qeyd edir. GDP xəbər verir ki, 2011-ci il noyabrın 29-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçən İSB, ölkədə icbari sığorta sisteminin inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən İSB-nin əsas məqsədi zərərçəkən sığorta olunanların və üçüncü şəxslərin maraqlarının müdafiəsi, habelə icbari sığorta sisteminin sabitliyinin təmin edilməsidir. Hazırda İSB 5 əsas sığorta növünün tənzimlənməsini həyata keçirir: Təşkilat rəqəmsallaşma vasitəsilə sığorta sisteminin daha da təkmilləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşdırılmasını prioritet hesab edir.
Çin Yuanı artan ticarət müharibəsinə cavab olaraq 10-15% azalacaq GDP xəbər verir ki, Çin, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın başlatdığı ticarət müharibələrinə cavab olaraq yuanın 10-15% dəyərdən düşməsinə icazə verə bilər. Cahangir Əziz başda olmaqla JPMorgan iqtisadçıları, inkişaf etməkdə olan iqtisadiyyatların Trump-ın ticarət rüsumlarının artırılması vədlərindən əziyyət çəkəcəyini söyləyirlər. Eyni zamanda, mütəxəssislər “Çinə qarşı ticarət siyasətinin daha erkən və daha əhəmiyyətli dərəcədə dəyişəcəyini gözləyirlər.” JPMorgan Çin üçün orta effektiv tarifi 60%, cari 20% – dən yüksəkdir. Qeyddə deyilir ki, bu, 2025-ci ilin iqtisadi perspektivlərinə zərər verə bilər və 3,9-cü ildə 4,8% – dən 2024% – ə qədər artımı ləngidir. Bu…
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ofisində investorların sığortalanması mexanizminin tətbiqi ilə bağlı mühüm bir görüş keçirilib. GDP xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və AFBİA üzvləri iştirak ediblər. Tədbirdə investorların hüquqlarının daha da gücləndirilməsi və kapital bazarlarının davamlı inkişafı üçün yeni imkanlar müzakirə olunub. İştirakçılar, investorların sığortalanması mexanizminin tətbiqi ilə bağlı hüquqi və əməliyyat məsələlərini müzakirə edərək, beynəlxalq təcrübələrdən bəhs ediblər. Bu addım, Azərbaycanın kapital bazarlarında investorların etimadını artırmaq və ölkənin maliyyə sisteminin dayanıqlılığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Noyabr ayında keçirilmiş hərraclar zamanı ümumilikdə 487,1 milyon ABŞ dolları satılmışdır. Ay ərzində bankların dollara olan tələbində müxtəlif səviyyələrdə dalğalanmalar müşahidə edilib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, ilk hərrac 05.11.2024 tarixində baş tutmuş və bu zaman tələb 69,3 milyon dollar təşkil etmişdir. İkinci hərracda (07.11.2024) tələb 77,1 milyon dollara yüksələrək 11,3% artım göstərib. Lakin ayın ortalarında, 14.11.2024 tarixində, tələb kəskin azalmış və 39,7 milyon dollara düşmüşdür ki, bu da əvvəlki hərracla müqayisədə 48,5% azalma deməkdir. Ayın ikinci yarısından etibarən tələbdə yenidən artım müşahidə olunmuşdur. 19.11.2024 tarixində tələb 73,0 milyon dollar təşkil etmiş, 21.11.2024-də bu rəqəm 74,6 milyon dollara…
Neft qiymətləri Amerikada Şükranlıq günü bayramı ilə əlaqədar aşağı fəallığın fonunda cümə axşamı günü zəif aşağı düşür. Ticarətçilər geosiyasi vəziyyəti izləməkdə davam edirlər və bu bazar günü keçiriləcək növbəti OPEK+ görüşünü gözləyirlər. London ICE Futuresə-da yanvar ayının Brent markalı neft kontraktlarının dəyəri 72,61 dollar/barel təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanışından 0,22 dollar (0,3%) aşağıdır. Nyu-Yorkun əmtəə birjasındakı yanvar ayının WTI markalı neft kontraktları isə bu vaxta qədər 0,24 dollar (0,35%) azalaraq, 68,48 dollar/barel dəyərindədir. Bu gün Amerika Birləşmiş Ştatlarında əsas ticarət sessiyaları keçirilmir.
Azərbaycan sığorta bazarının ümumi həcmi 1 milyon 70 min 186 manat sığorta haqqı təşkil edir və bu bazarda 593 min 756 manat sığorta ödənişi həyata keçirilib. Ümumi ödəniş əmsalı 55.5 faiz səviyyəsindədir. GDP Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2024-cü ilin ilk 10 ayı ərzində həyata keçirdiyi yığımlarının həcminə görə rənkinqini təqdim edir.
Aktivlər baxımından, bankların nəğd vəsaitləri 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 2017,4 milyondan 1928,9 milyon manata, yəni 4,4% azalıb. Bu azalma mərkəzi bank müxbir hesablarındakı 46,4% və nostro hesablarındakı 7,9% azalma ilə bağlıdır. GDP Mərkəzi Bankın təqdim eydiyi Bank sektorunun icmal balansına istinadən bəlumat verir ki, banklar tərəfindən maliyyə institutlarına qoyulan depozitlər 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 109,1% artaraq 3512,3 milyondan 7352,2 milyon manata yüksəlib. Kreditlər də əhəmiyyətli dərəcədə artmışdır – müştərilərə verilən kreditlər 22281,9 milyondan 27080,5 milyon manata, yəni 21,6% artmışdır. Öhdəliklər baxımından, 2024-cü ilin ilk 10 ayında…
