- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
- ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
Author: Aynure Gdp
Azərbaycan sığorta bazarının ümumi həcmi 1 milyon 70 min 186 manat sığorta haqqı təşkil edir və bu bazarda 593 min 756 manat sığorta ödənişi həyata keçirilib. Ümumi ödəniş əmsalı 55.5 faiz səviyyəsindədir. GDP Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2024-cü ilin ilk 10 ayı ərzində həyata keçirdiyi yığımlarının həcminə görə rənkinqini təqdim edir.
Aktivlər baxımından, bankların nəğd vəsaitləri 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 2017,4 milyondan 1928,9 milyon manata, yəni 4,4% azalıb. Bu azalma mərkəzi bank müxbir hesablarındakı 46,4% və nostro hesablarındakı 7,9% azalma ilə bağlıdır. GDP Mərkəzi Bankın təqdim eydiyi Bank sektorunun icmal balansına istinadən bəlumat verir ki, banklar tərəfindən maliyyə institutlarına qoyulan depozitlər 2024-cü ilin ilk 10 ayında 2023-cü ilin ilk 9 ayına nisbətən 109,1% artaraq 3512,3 milyondan 7352,2 milyon manata yüksəlib. Kreditlər də əhəmiyyətli dərəcədə artmışdır – müştərilərə verilən kreditlər 22281,9 milyondan 27080,5 milyon manata, yəni 21,6% artmışdır. Öhdəliklər baxımından, 2024-cü ilin ilk 10 ayında…
Bitcoin (BTC) qiyməti 4.96% artaraq 96,417.31 dollar təşkil edir. Ethereum (ETH) isə 10.28% dəyər qazanaraq 3,611.12 dollara çatıb. GDP xəbər verir ki, stabil kriptovalyuta olan Tether (USDT) 0.10% ucuzlaşaraq 1 dollara bərabər qiymət alıb. Solana (SOL) 6.13% bahalaşaraq 240.16 dollara, Binance Coin (BNB) 5.37% yüksələrək 638.33 dollara, Ripple (XRP) 11.06% artaraq 1.49 dollara, Dogecoin (DOGE) 7.62% bahalaşaraq 0.4027 dollara satılır. USD Coin (USDC) 0.01% artaraq 1 dollardan, Cardano (ADA) 11.33% yüksələrək 1.02 dollardan, Avalanche (AVAX) isə 5.06% bahalaşaraq 43.23 dollardan alınıb-satılır.
Kommersiya banklarının iqtisadiyyata olan tələb göstəricisi 2024-cü ilin ilk 10 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,08% artıb və 26 885,7 milyon manata çatıb. GDP bu barədə Azərbaycan Mərkəzi Bankının kommersiya banklarının balansı hesabına istinadən məlumat verir. Bu göstərici bank sisteminin iqtisadiyyata verdiyi kreditləri, yəni iqtisadi subyektlərə – şirkətlərə və fermerlərdən ev təsərrüfatlarına təqdim olunan kreditləri əks etdirir. İqtisadiyyatın inkişafı üçün vacib göstəricilərdən biri olan bu rəqəmlərin artması iqtisadiyyatın daha sürətli böyüməsinə və işgüzar fəallığın artmasına dəlalət edir.
2024-cü ilin yanvar oktyabr ayları ərzində Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri 1963.0 milyon manat olmuşdur ki, 2023-cü ilə nisbətən 7,1% azalmanın göstəricisidir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki,bu, bankların xarici öhdəliklərə olan asılılığının azaldığına işarə edir. Ümumiyyətlə, kommersiya banklarının aktiv-passiv strukturunda 2024-cü ildə 2023-cü illə müqayisədə müsbət dinamika müşahidə olunmuşdur. Xarici aktivlərin və iqtisadiyyata verilmiş kreditlərin artması, resurs bazasının genişlənməsi maliyyə sektorunun möhkəmlənməsindən xəbər verir.
2024-cü ilin yanvar -oktyabr ayı ərzində iqtisadiyyata verilmiş kreditlər 25450.0 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.8% artımın göstərisidir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Hesabata görə, sözügedən dövr ərzində pul kütləsi (M2) 2024-cü ilin 10 ayı ərzində 44926.8 milyon manat olmuşdur ki, 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 9.5% artım göstərir. Bu, monetar siyasətin genişlənməsi və iqtisadi dövriyyədə pulun artan dövranını əks etdirir.
Azərbaycanda bank sektorunun xalis xarici aktivləri 2024-cü ildə 24599.4 milyon manat olub, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 1.5% azalma müşahidə olunur. Bu, xarici ticarət balansı və kapital hərəkətlərindəki nisbi zəifləməni göstərir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Ölkədə bank sektorunun xalis daxili aktivləri 2024-cü ildə 20069.1 milyon manat olmuşdur ki, 2023-cü ilə nisbətən 3.9% artım deməkdir. Bu, daxili iqtisadi aktivliyin güclənməsini və daxili tələbatın artmasının birbaşa göstəricisidir.
Azərbaycan sığorta bazarının ümumi həcmi 1 milyon 70 min 186 manat sığorta haqqı təşkil edir və bu bazarda 593 min 756 manat sığorta ödənişi həyata keçirilib. Ümumi ödəniş əmsalı 55.5 faiz səviyyəsindədir. İcbari sığorta seqmenti isə 185 min 283 manat həcmlə bazarın 17.3 faizini təşkil edir və bu seqmentdə 85 min 314 manat ödəniş həyata keçirilib. İcbari sığortada ödəniş əmsalı 46.0 faiz səviyyəsindədir. İCBARİ SIĞORTA BAZARI ÜZRƏ BAZAR PAYLARI: Könüllü sığorta seqmenti 884 min 903 manat həcmlə bazarın əhəmiyyətli hissəsini – 82.7%-ini təşkil edir və bu seqmentdə 508 min 442 manat ödəniş edilib. Könüllü sığortada ödəniş əmsalı 57.5%dir. KÖNÜLLÜ SIĞORTA…
Ümumi bazarın həcmi sığorta haqları üzrə 1 milyon 70 min 186 manat, sığorta ödənişləri üzrə isə 593 min 756 manat təşkil edib. Bu göstəricilər bazarın ödəniş əmsalının 55.5% səviyyəsində formalaşdığını göstərir. HƏYAT SIĞORTASI SEQMENTİ üzrə bazar payları: QEYRİ-HƏYAT SIĞORTASI SEQMENTİ üzrə bazar payları:
Azərbaycanın sığorta bazarının yanvar-oktyabr dövrü üzrə təhlili göstərir ki, ümumilikdə bazar kifayət qədər yüksək konsentrasiyaya malikdir və bazar sığorta şirkətləri arasında bərabər şərtlərdə bölünmür. Ümumi bazarın həcmi sığorta haqları üzrə 1 milyon 70 min 186 manat, sığorta ödənişləri üzrə isə 593 min 756 manat təşkil edib. Bu göstəricilər bazarın ödəniş əmsalının 55.5% səviyyəsində formalaşdığını göstərir. Bazar paylarına görə Paşa Həyat Sığorta 500 min 177 manat sığorta haqqı yığımı ilə bazarın 46.7 %-ini, Paşa Sığorta isə 263 min 550 manat yığımla 24.6 %-ini təşkil edir. Bu iki şirkət birlikdə bazarın 71.3 %-inə nəzarət edir ki, bu da yüksək bazar konsentrasiyasının göstəricisidir.…
