Author: Aynure Gdp

Azərbaycanın sığorta bazarının yanvar-oktyabr dövrü üzrə təhlili göstərir ki, ümumilikdə bazar kifayət qədər yüksək konsentrasiyaya malikdir və bazar sığorta şirkətləri arasında bərabər şərtlərdə bölünmür. Ümumi bazarın həcmi sığorta haqları üzrə 1 milyon 70 min 186 manat, sığorta ödənişləri üzrə isə 593 min 756 manat təşkil edib. Bu göstəricilər bazarın ödəniş əmsalının 55.5% səviyyəsində formalaşdığını göstərir. Bazar paylarına görə Paşa Həyat Sığorta 500 min 177 manat sığorta haqqı yığımı ilə bazarın 46.7 %-ini, Paşa Sığorta isə 263 min 550 manat yığımla 24.6 %-ini təşkil edir. Bu iki şirkət birlikdə bazarın 71.3 %-inə nəzarət edir ki, bu da yüksək bazar konsentrasiyasının göstəricisidir.…

Read More

Salvador Prezidenti ölkənin vulkanlarını kripto valyuta mayninqi üçün icarəyə verməyi planlaşdırır. GDP xəbər verir ki, bu addım ölkənin kripto valyuta sahəsində innovativ strategiyasının davamıdır. Artıq ölkə tək bir geotermal elektrik stansiyasında 46 milyon dollar dəyərində bitkoin hasil edib. Bu uğurlu təcrübədən sonra hökumət ölkə ərazisindəki 170 vulkanın potensialından istifadə etməyi hədəfləyir. Salvadorun vulkanlardan əldə edilən geotermal enerjidən istifadə etməklə kripto mayninqi həyata keçirməsi həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli həll kimi qiymətləndirilir. Geotermal enerji bərpa olunan və təmiz enerji mənbəyi hesab edilir. Xatırladaq ki, Salvador 2021-ci ildə bitkoini rəsmi ödəniş vasitəsi kimi qəbul edən ilk ölkə olub.

Read More

Wall Street Journal (WSJ) nəşrinin araşdırmasına əsasən, Morgan Stanley-nin rəqəmsal ticarət platforması E*Trade sanksiyaya məruz qalmış Rusiya bankına köçürmələr həyata keçirib. GDP xəbər verir ki, araşdırmada bank yüksək riskli müştərilərlə əməkdaşlıqda ittiham olunur. WSJ-nin əldə etdiyi sənədlərə görə, E*Trade Rusiyada yaşayan müştərilərin minlərlə hesabını idarə edib və ölkəyə təxminən 13 milyon dollar məbləğində vəsait köçürüb. Daha təhlükəlisi, platforma sanksiyaya məruz qalmış Rusiya bankına edilən köçürmə cəhdlərini bloklamamaqda ittiham edilir. Araşdırmada həmçinin qeyd olunur ki, Morgan Stanley kapital idarəetmə imperiyasını genişləndirmək məqsədilə maliyyə, siyasi və korrupsiya riskləri yüksək olan ölkələrdən müştərilər cəlb edib. Bu ölkələr sırasında Latın Amerikası, Pakistan və Rusiya…

Read More

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin direktoru Fuad Səbzəliyev “Turan E- ticarət və E-ixracat Forumu”ndakı çıxışında elektron ticarət və ödəniş sistemlərinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, müxtəlif ölkələr üçün bu sahə getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir. Səbzəliyev bildirib ki, elektron ticarət bazarında ödəniş əməliyyatları üzrə hesablaşma sistemləri və fintex şirkətlərinin fəaliyyəti son dərəcə vacibdir. Onun sözlərinə görə, Mərkəzi Bankın əsas prioritetlərindən biri bazarın son iştirakçıları olan istifadəçilərin hüquqlarının qorunması, eyni zamanda bazar iştirakçıları arasında bərabər hüquqların və güclü rəqabət mühitinin formalaşdırılmasıdır.”Mərkəzi Bank olaraq, bu istiqamətdə bizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qısa zamanda görülən işlərin nəticələri…

Read More

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin direktoru Fuad Səbzəliyev “Turan E- ticarət və E-ixracat Forumu”ndakı çıxışında elektron ticarət və ödəniş sistemlərinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, müxtəlif ölkələr üçün bu sahə getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir. Səbzəliyev bildirib ki, elektron ticarət bazarında ödəniş əməliyyatları üzrə hesablaşma sistemləri və fintex şirkətlərinin fəaliyyəti son dərəcə vacibdir. Onun sözlərinə görə, Mərkəzi Bankın əsas prioritetlərindən biri bazarın son iştirakçıları olan istifadəçilərin hüquqlarının qorunması, eyni zamanda bazar iştirakçıları arasında bərabər hüquqların və güclü rəqabət mühitinin formalaşdırılmasıdır.”Mərkəzi Bank olaraq, bu istiqamətdə bizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qısa zamanda görülən işlərin nəticələri…

Read More

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin direktoru Fuad Səbzəliyev “Turan E- ticarət və E-ixracat Forumu”ndakı çıxışında elektron ticarət və ödəniş sistemlərinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, müxtəlif ölkələr üçün bu sahə getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir. Səbzəliyev bildrib ki, elektron ticarət bazarında ödəniş əməliyyatları üzrə hesablaşma sistemləri və fintex şirkətlərinin fəaliyyəti son dərəcə vacibdir. Onun sözlərinə görə, Mərkəzi Bankın əsas prioritetlərindən biri bazarın son iştirakçıları olan istifadəçilərin hüquqlarının qorunması, eyni zamanda bazar iştirakçıları arasında bərabər hüquqların və güclü rəqabət mühitinin formalaşdırılmasıdır.”Mərkəzi Bank olaraq, bu istiqamətdə bizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qısa zamanda görülən işlərin nəticələri…

Read More

Azərbaycan yaxın və orta müddətdə ABŞ dollarının alıcılıq qabiliyyətinin aşağı düşəcəyini nəzərə alaraq xarici borclanmanı artırmalıdır. Bunu deputat Heydər Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Qlobal ümumi daxili məhsulun (ÜDM) illik dəyəri 100 trilyon ABŞ dollarını keçməkdədir. Qlobal borc isə ÜDM-nin 93 %-i qədərdir. Azərbaycanda isə bu göstərici 7,5 %-dir. Yaxın və orta müddətdə dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözləndiyindən hesab edirəm ki, prioritet, yəni gəlir gətirən layihələrin maliyyələşdirilməsi üçün xarici dövlət borcunun artırılmaısna ehtiyac var. Dövlətin strategiya sənədində də borcun 10 milyard ABŞ dollarına qədər artırılması nəzərdə…

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dekabrın 3-5-də Göyçay rayonunda “KOB FEST” sərgi-satış yarmarkası təşkil edəcək. KOBİA-dan GDP -yə bildirilib ki, yarmarkada kiçik və orta biznes subyektləri məhsul və xidmətlərini istehlakçılara tanıtmaq, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq fürsəti əldə edəcəklər. Göyçay və ətraf bölgələrdən olan sahibkarlar yarmarkada iştirak üçün noyabrın 29-dək Agentliyin rəsmi saytında müvafiq formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı “İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göyçay” qeyd olunmalıdır. Qeyd edək ki, mikro və kiçik sahibkarlar üçün yarmarkada iştirak pulsuzdur.

Read More